İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 1,02 Mb.
səhifə70/169
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#1365
1   ...   66   67   68   69   70   71   72   73   ...   169

SİQARET


Siqaret haqqında mərcəi-təqlidlərin çoxunun fətvası bundan ibarətdir ki, siqaret diqqətçəkici və ağır zərərə səbəb olarsa, onun istifadəsi caiz deyildir, haramdır.

İndi isə, tütün məhsullarının zərərlərini qeyd edirik. Bu zərərlərin əhəmiyyətli olub-olmaması haqda mühakimə yürütməyi isə, oxucunun öz öhdəsinə buraxırıq.


Tütün məhsullarının bəzi cismani zərərləri aşağıdakılardan ibarətdir.


1. Xərçəngə yoluxma

Siqaret bədəndə 20 növ xərçəng xəstəliyinin yaranmasında başlıca amil və ya köməkçi rolunu oynayır.1 Buna misal olaraq qida borusu xərçəngini, bütün tənəffüs üzvləri xərçəngini, o cümlədən ağciyərləri göstərmək olar.

"Daneşmənd" jurnalı yazır: "Siqaret nikotin və menoksidkorben kimi öz öldürücü tərkib hissəsi ilə, bədən üzvlərində, ağciyər və bağırsaqlarda ölümlə sonlanan xərçəngyaradıcı virusların törənməsinə zəmin yaradır.

"Səlamət" həftəlik jurnalı yazır: "İspanıyalı alimlər geniş araşdırmadan sonra kəşf etmişlər ki, siqaretin tərkibi müxtəlif zəhərli və xərçəngtörədici maddələrlə doludur. İndiyə kimi həkimlər siqaretdə 4560 zəhərli maddə və 60 xərçəngə səbəb olan maddə aşkar etmişlər.2

2. Yaddaşı zəiflədir

Əgər siqaret çəkir və ağciyər xərçəngindən və 70 cür digər xəstəliklərdən nigəran deyilsizsə, yeni bir araşdırmanın nəticəsinə diqqət yetirin. "Fukus" alman jurnalında yazılmışdır ki, siqaret çəkmək insan sağlamlığına ziyan yetirməklə yanaşı, beyinin iş fəaliyyətinin ölçüsünü azaldaraq, şəxsi kütbeyin edir. Almaniya və İngiltərədə tədqiqatçılar 11 və 64 yaş arası şəxslərin qavrama dərəcəsini ölçərkən bu nəticəyə çatmışlar ki, üzün illər boyu siqaret çəkən şəxs qocaldıqda, sağlam və qüdrətli fikrə, düşüncəyə malik olmur.3

3. İştahanı azaldır

4. Qidanın həzmini ağırlaşdırır.

"Daneşmənd" aylıq jurnalında1 gəlmişdir ki, yeməyin qıcqırmasının və qaytarılmasnın səbəblərindən biri də siqaretdir.

5. Sümük boşluğu (Revmatizm).

Sözügedən jurnal2 yazır: "Sümüklərin boşalmasının faktorlarından biri də, tütün məhsullarının istifadəsi tanıtdırılmışdır".

6. Ürək infarktı.

"İnfarktla nəticələnən təhlükəli amillərdən biri də, siqaret çəkməkdir. Tütün məhsullarının istifadəsi ürəyin ürək əzələlərində qan dövranını azaldır. Ürəyiniz üçün görəcəyiniz ən gözəl iş, siqareti kənara qoymaqdır".3

"Beynəlxalq gigiyena mərkəzinin ən yeni statistikasına əsasən, ürəklə bağlı ölənlərin ən azı 40%-i və dünyada ölənlərin 12,5%-nın səbəbi, həmin arıq əndamlı qatildir. Həkimlər xəbərdarlıq edirlər ki, hər 10 saniyədə bir nəfər siqaret çəkilməsi ucbatından dünyanın bir guşəsində həyatını əldən verir. Eləcə də, 2025-ci ilə kimi, siqaretdən ölənlərin sayının on milyona çatması proqnozlaşdırılır.4

7. Cinsiyyət üzvünün iş qabiliyyətini və fəaliyyətini zəiflədir.5

8. Yuxu sistemini qarışdırır və oyanmanı çətinləşdirir.

9. Dərinin qırışlarını artırır.6

10. Ümumi iş qabiliyyətini və faliyyəti azaldır.

11. Tənəffüsü qoxulu edir (ağız iyi).

12. Görmə qabiliyyətində əngəl yaradır.

13. Nəfəs borularını qıcıqlandırır (boru qıcıqlanmalarının xarici amillərə təsirinə girişi).

14. Hormonları və daxili və xarici selikli qişaları zəhərləyərək fasid edir (çünki zəhər bu yollarla dəf edilir).

15. Bədənin C vitaminini tələf edərək, bədəni C vitamini çatışmazlığı ilə üzləşdirir.

16. Dişləri saraldaraq çürümələrini tezləşdirir.1



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin