QİSAS
"Ey ağıl sahibləri, qisas sizin üçün həyat deməkdir. Bəlkə bununla pis işlərdən çəkinəsiniz." 1
Bir nəfər qəsdən qətl törədərsə və ya bir nəfərin bədənini zədələyərsə, öldürülmüş insanın qan sahibinin, həmçinin zədələnmiş insanın qisas almağa haqqı vardır. Qeyd etmək lazımdır ki, bu işlər məhkəmə yolu ilə görülməmişdir. İslam dininin bu qanunu, bir tərəfdən cəmiyyətin hər bir insanlarının təhlükəsizliyinə səbəb olur. Ona görə ki, qisas hökmü olmasaydı daşürəkli insanlar cinayət törətməkdə özlərini sərbəst hiss edərdilər və beləliklə günahsız insanların canı təhlükədə olardı. Qisas hökmü olmayan ölkələrdə qətl və cinayətin sayının sürətlə artması buna əyani sübutdur. Digər tərəfdən, qətl törətmək istəyən insanın öz canı da amanda qalır, çünki qisas qanunu onun fikrini insan öldürməkdən və yaralamaqdan bir az da olsa çəkindirir. (Bu halda şəxs öldürülmüş insanın qohumları tərəfindən intiqam olunmaq, vicdan əzabı, yaralanmaq qisas və sair kimi ağır nəticələrə düçar olmaz. Beləliklə qətl törətmək istəyən şəxs qisası və onun sonunu düşündükdə bu işdən çəkinər). Üçüncü bir cəhətdən isə, qisasdakı bərabərlik prinsipi (öldürülən bir şəxsin müqabilində yalnız bir şəxsin (qatilin) qisas olunması) ardıcıl qətillərin qarşısını alır və bir qətlin ardınca bəzən bir neçə qətl yaranmasına səbəb olan cahillik adət-ənənələrinə son qoyur. Bu yolla da cəmiyyətin həyatının sərmayəsi təmin edilir. Qeyd etmək lazımdır ki, qisas hökmü yalnız qatilin bağışlanmadığı surətdə icra olunur və bununla da şərti bir həyata başqa bir qapı açılır.
Dostları ilə paylaş: |