DÖRDÜNCÜ FƏSİL
Bu və növbəti fəsildə biz yalnız rəvayətlərdə deyilmiş sağlamlığın və xəstəliyin amillərini ümumi surətdə gətirmişik. Əgər xırdalıqları barəsində də deyilmiş rəvayətləri zikr etmək istəsəydik, bu haqda geniş kitab yazmaq lazım olardı. Ona görə də bir neçə məsələyə ümumi surətdə işarə edirik.
BƏDƏNİN TƏBİİ EHTİYACLARINA CAVAB
Allah-taala alim və hikmətli olduğu üçün insan bədəninə nə vaxt su içməyi, qidalanmağı, yatmağı və sair işləri öyrədibdir. Hətta xəstələnərsə özünü mualicə etməyi də öyrədib. (Əksər dərmanlar yalnız müalicənin sürətini artırır bədən üçün köməkçi rolunu oynayır. Həqiqətdə bədəni müalicə edən dərman deyil, bədənin özüdür). Ona görə də bədənin, şəriətin icazə verdiyi istəklərinə mötədillik həddində cavab vermək lazımdır. Belə olmazsa xəstəliyə səbəb olar. İmam Rzanın (ə) buyurduğu hədisin əhəmiyyəti elə burada məlum olur. Buyurur: "Acarkən ye, susuzlayərkən su iç, sidik güc gətirərsə özünü rahat et, ehtiyacın olmasa cinsi əlaqədə olma və yuxun gələn zaman yat. Bu işlər sənin bədəninə sağlamlıq gətirər."1
Hədisdən bu mövzunu da başa düşmək olur ki, acmamış, susuzlamamış yeyib-içmək olmaz. Hər kəs tox olarkən yeyərsə, özü xəstəliyi yaradır. Həmçinin hədisdən anlaşılır ki, çox cinsi əlaqədə olmaz zərərlidir. Bu barədə "uzunömürlülük" bölümünün "az cinsi əlaqə" hissəsində qısa izah verilmişdir.
Dostları ilə paylaş: |