İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 1,02 Mb.
səhifə110/169
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#1365
1   ...   106   107   108   109   110   111   112   113   ...   169

Hicamətə aid bir neçə məsələ


1- Hicamət etmək üçün uğurlu günlər

A- Şənbə günü

B- Bazar günü: Allahın Rəsulu (s) buyurub: "Bazar günü olunan hicamət bütün dərdlərə dərmandır".

C- Bazar ertəsinin sonu: İmam Sadiq (ə) buyurub: "Bazar ertəsi gününün sonu olunan hicamət bədəndə olan ağrıları çəkir çıxardır".

Ç- Çərşənbə axşamı günü ayın 17, 19, və 21-ə təsadüf edərsə, Peyğəmbərin (s) buyurduğuna əsasən, bu gündə olunan hicamət bir illik ağrıların dərmanıdır.

D- Cümə axşamının sonu.

E- Ayın 12-dən 15-ə kimi olunan hicamət bədənin sağalmağına səbəb olur.

Ə- Mübarək Ramazan ayında axşam hicamət etmək lazımdır.

2- Hicamət etmək üçün uğursuz günlər

A- Cümə günü günorta.

İmam Sadiq (ə) buyurub: "Cümə günü günorta hicamət etdirən şəxsin halı pisləşərsə, özündən başqasını məzəmmət etməsin"

B- Çərşənbə günü. Peyğəmbər (s) buyurub: "Hər kəs çərşənbə günü hicamət etdirib üzündə ləkə əmələ gələrsə özündən qeyrisini məzəmmət etməsin."

V- Ayın axırı. Bu işin səbəbini İmam Rza (ə) belə buyurub: "Ay yarımçıq olarsa qanda da nöqsan yaranır və ayın dolmağı (dairə formasını alması) ilə qan da artır. (Tədqiqatların bunun səbəbini 100 illər sonra kəşf etməsi mümkündür. Qanın artıb-azalmasının ayın dolub boşalması vasitəsilə olması ola bilsin dənizdəki "çəkilmə və qabarma" hadisəsinə bənzəyir ki, bu da ayla bağlıdır.)1



3- Hicamətdən əvvəl yemək

Hicamət bir az yemək yedikdən sonra edilməlidir, çünki, İmam Kazim (ə) buyurub: "Hicamət yeməkdən sonra olmalıdır. Ona görə ki, insan tox olarkən hicamət edərsə qan bir yerə yığılar və xəstəlik bədəndən çıxar. Ac olarkən hicamət edəndə isə, qan xaric olacaq amma xəstəlik olduğu kimi bədəndə qalacaqdır".2



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin