DİNİ-İCTİMAİ PROQRAMLAR
İslam dininin bir çox göstərişləri, o cümlədən; cümə və camaat namazı, qohumlar arasında əlaqə yaratmaq, bir birini yoxlamaq, qohum və dostu ziyarət etmək, iftar vermək, xərc etmək, başqalarına qulluq etmək, öyrədib-öyrənmə və sair kimi işlər ictimai tapşırıqlardandır. Yeni aparılan axtarışlar nəticəsində bu göstərişlərin və ictimai fəaliyyətlərin insanın sağlamlığında təsirli rolu aydınlaşdırılıb (İslamın bir çox göstərişləri ictimai əsaslarda qurulmuşdur).
Beləliklə bu tədqiqatların bəzisinə diqqət edin:
A) Sağlamlıqda, dini əməllərin təsiri dərman və idmandan daha çoxdur
Amerikada bir universitetdə aparılan elmi axtarışa əsasən insanların həftəlik dini mərasimlərdə iştirakının təsiri dərman və idman proqramları ilə müqayisədə göstərir ki, həftəlik dini mərasimlərdə hazır olmaq ömrün uzunluğunda nizamlı idman proqramlarından və icazəli dərmanların işlədilməsindən daha təsirlidir. Amerikanın "Vaşinqton post" qəzeti yazır: Dini həftəlik mərasimin nizamlı idman ya dərman qədər ömrün uzunluğunada təsirli ola bilərmi? Bu sual, Peterburq mərkəzi tibii universitetinin bir sıra müəllimlərinin tədqiqat mövzuları olub. Bu tədqiqatın nəticələri Amerikanın "Ailə təbabəti" jurnalında çap olunmuşdur. Onlar ölüm haqqında əldə edilmiş mütaliələrdən istifadə edərək, həftəlik ibadətlərin 2 ildən 5 ilədək ömrün uzanmasında təsirli ola bilməsini proqnozlaşdırıblar. Belə ki, bu miqdar, 3 ildən 5 ilədək edilən nizamlı idmanla və 2,5 ildən 3,5 ildən kolestrolun azalması üçün qəbul edilmiş dərmanla bərabərdir.
Bu tədqiqata rəhbərlik edən keşiş "Danyal Hal" tədqiqin əsas ideyasını təqdim edib. Göstərilən nəticəyə əsasən dini əməllər və sədəqə vermək, dərman üçün ödənilmiş pula nisbətən daha sərfəlidir.1
B- "Mişqan" universitetində aparılan araşdırmalar tək-tənha yaşayan qadınlarda ümumi ölümün sayının ictimai qadınlara nisbətən 1,5 dən 2-dəfəyədək çox olmasını göstərir. Eləcədə az dostu olan, ictimai əlaqəsi zəif və bədən fəaliyyəti məhdud olan kişilərin ölüm miqdarının digərlərindən 2-3 dəfə çox olması göstərilir.2
Dostları ilə paylaş: |