Oruc tutmaq mədə yarasına səbəb olurmu? Əvvəla: statistikanın verdiyi məlumata əsasən mədə
yarası oruc tutmayan millətlərdə oruc tutan millətlərdən
daha çoxdur. Bu proses əksinə olsaydı orucun mədədə
yara yaratmasını bəlkə də qəbul edərdik.
İkinci bir tərəfdən: 1966-cı il sentyabr ayında Tokioda
keçirilmiş "mədə xəstəlikləri" dünya konfransında bu
xəstəliyin səbəbləri araşdırılmışdır. Konfransda iştirak
edənlərin hər biri öz ölkələrində keçirdikləri tibbi və
gigeyena ilə bağlı yığıncaqlarda əldə etdikləri nəticələri
bu konfransa təqdim etmişdilər. Verilən raportlarda
siqaret, isti yeməklərin həddən artıq yeyilməsi (İslamda
qaynar yemək məkruhdur) həddən artıq su içmək,
əsəbləri oyada bilən qəhvə və ədviyyat kimi ərzaqlara
adət etmək, ifrat dərəcədə duzlu və turş yeməklər yemək
və spirtli içkilərdən istifadə etmək kimi faktorlar,
1
Freyts Bekr, "Oruc həyatını xilas edə bilər" kitabı, səh.154.
123
xəstəliklərin meydana gəlməsində əsas amillər kimi öz
əksini tapmışdır.
1