124
verilməsə, bu dəliklər tutular və bədəndən tər vasitəsilə
çıxmalı olan bir miqdar zəhər böyrək yolu ilə ifraz olar.
Nəticə etibarilə böyrəklərin yükü artaraq böyrək
pozuntularına səbəb olar. Bildiyimiz kimi tərləmək
dərinin üzünü rütubətli və yumşaq saxlamaqla bərabər
xarici amillərin qarşısında bir növ onu qoruyur. Deməli
artıq ifraz olunan duzlar qusl yolu ilə aradan gedir.
3- Muhəmməd ibni Sənan İmam Rzadan (ə) belə nəql
edir: "Cənabət quslunun səbəbi paklıq, natəmizliyin
aradan getməsi və bütün bədənin təmizlənməsidir.
Cənabət bütün bədən üzvlərindən xaric olduğu üçün
bədənin hər bir üzvünü təmizləmək zəruridir".
Əmirəlmöminin Əli (ə) buyurur: "Hər bir tükün
altında cənabət var".
Cinsi
yaxınlıq
zamanı
bədəndə
baş
verən
dəyişikliklərə diqqət etməklə yuxarıda qeyd olunan
sözün əhəmiyyəti aydın olur. Çünki cinsiyyət vəzisinin
digər daxili vəzilərlə, sinir mərkəzlərinin təhriki ilə
əlaqəsi cinsi əlaqə zamanı yaranan zahiri əlamətlər: o
cümlədən ürək döyüntüləri, tənəffüsün sürətlənməsi,
qan təzyiqinin qalxması, sifətin qızarması, gözlərin
axması və s. kimi işlər şübhəsizdir.
Bundan əlavə praktiki
tibbdə belə nəticəyə çatıblar ki, cinsi yaxınlıq edən zaman
kəsilən heyvanın əti və südü xoşagəlməz dada malik
olur. Yuxarıdakı qısa şərhlə bütün bədən sistemlərinin
cinsi fəaliyyətdə rolu olduğu aydın olur. Belə ki, yaxınlıq
125
edərkən bütün sistemlər öz müvazinətini itirir. Qusl
etdikdə bu balans öz yerini alır.
1
4- Yaxınlıq zamanı yaranan natəmizlik yaxınlıqdan
sonra süzənək, sifilis və başqa müxtəlif xəstəliklərə səbəb
olur. Bundan əlavə yaxınlıq zamanı bədənlərin bir-birinə
sürtünməsi ilə, birindən o birinə dəri xəstəliklərinin
keçməsi mümkündür. Bu da qusl etməklə aradan gedir,
yaxud azalır.
Dostları ilə paylaş: