İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə121/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   117   118   119   120   121   122   123   124   ...   190
 
 
 
 
 
DÖRDÜNCÜ FƏSİL 
 
 
Hədislərdə cismi sağlamlığın səbəbləri, 
elmi və tibbi yollarla sübutu 
 
Bu  və  növbəti  fəsildə  biz  yalnız  rəvayətlərdə 
deyilmiş  sağlamlığın  və  xəstəliyin  amillərini 
ümumi  surətdə  gətirmişik.  Əgər  xırdalıqları 
barəsində  də  deyilmiş  rəvayətləri  zikr  etmək 
istəsəydik,  bu  haqda  geniş  kitab  yazmaq  lazım 


 
133 
olardı.  Ona  görə  də  bir  neçə  məsələyə  ümumi 
surətdə işarə edirik. 
 
BƏDƏNİN TƏBİİ EHTİYACLARINA 
CAVAB 
Allah-taala  alim  və  hikmətli  olduğu  üçün  insan 
bədəninə nə vaxt su içməyi, qidalanmağı, yatmağı və sair 
işləri  öyrədibdir.  Hətta  xəstələnərsə  özünü  mualicə 
etməyi  də  öyrədib.  (Əksər  dərmanlar  yalnız  müalicənin 
sürətini  artırır  bədən  üçün  köməkçi  rolunu  oynayır. 
Həqiqətdə  bədəni  müalicə  edən  dərman  deyil,  bədənin 
özüdür).  Ona  görə  də  bədənin,  şəriətin  icazə  verdiyi 
istəklərinə  mötədillik  həddində  cavab  vermək  lazımdır. 
Belə  olmazsa  xəstəliyə  səbəb  olar.  İmam  Rzanın  (ə) 
buyurduğu  hədisin  əhəmiyyəti  elə  burada  məlum  olur. 
Buyurur:  "Acarkən  ye,  susuzlayərkən  su  iç,  sidik  güc 
gətirərsə  özünü  rahat  et,  ehtiyacın  olmasa  cinsi  əlaqədə 
olma və yuxun gələn zaman yat. Bu işlər sənin bədəninə 
sağlamlıq gətirər."
1
 
Hədisdən  bu  mövzunu  da  başa  düşmək  olur  ki, 
acmamış, susuzlamamış yeyib-içmək olmaz. Hər kəs tox 
olarkən  yeyərsə,  özü  xəstəliyi  yaradır.  Həmçinin 
hədisdən  anlaşılır  ki,  çox  cinsi  əlaqədə  olmaz  zərərlidir. 
                                                 
1
 “Tebbe həkim” 


 
134 
Bu barədə "uzunömürlülük" bölümünün "az cinsi  əlaqə" 
hissəsində qısa izah verilmişdir.  
 
 
 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin