HİCAMƏT (Bədəndən qan alma)
İmam Sadiq (ə) buyurub: "Hicamət olunan yerdən
bədənin zəhərindən başqa bir şey xaric olmur" Həzrət Əli
(ə) buyurub: "Uşağın bədənini hicamət etmək ağacı
budamaq kimidir. Hicamət ölümdən başqa bütün
dərdlərin dərmanıdır". Əziz Peyğəmbər buyurub:
"Cəbrayıl (ə) mənə hicamət etməyi elə tapşırdı ki, onun
vacib olduğunu sandım".
Hicamətin cismi faydaları.
1- Hicamət uşaqlarda və yeniyetmələrdə boyun,
çəkinin və inkişafın sürətini artırar.
2- Hicamət körpələrin, uşaqların və yeniyetmələrin
iştahının artmasına səbəb olur.
3- Hicamət uşaq və yeniyetmələrdə 91 dərdin o
cümlədən: Xənazir (su çiçəyi), migren, xroniki öskürək,
ardıcıl soyuqdəymə, astma, alergiya, körpələrdə sarılıq
(fizioloji sarılıq), gecə yerini islatmaq, zəif görmə və s.
kimi xəstəliklərin müalicəsində müsbət təsirə malikdir.
4- Görmə qabiliyyəti yaxşı olmayan bəzi uşaqlar
hicamət etdikdən sonra gözlərinin zəifliyi düzəlir və
daha eynəyə ehtiyacları olmur.
135
5- Hicamət, uşaq və yeniyetmələrin üz və dərilərinin
şəffaflıq və gözəlliyinə səbəb olur. Habelə saçların
böyüyüb təravətlənməsində də təsirlidir.
6- Uşaq və yeniyetmələrin əksər dəri xəstəlikləri
hicamət etməklə düzəlib.
7- Hicamət uşaq və yeniyetmələrin yaddaşını,
qavrama qüvvəsini şiddətli dərəcədə gücləndirir.
8- Hicamət uşaq və yeniyetmələrin qan dövranını
yaxşılaşdırır və qanazlığının dərmanıdır.
9- Hicamət yeniyetmə qızlarda menstruasiyanın
nizamlanmasında eləcə də aylıq adətlərindəki narahatlıq
və ağrının azalmasında çoxlu təsiri malikdir.
10- Hicamət uşaq və yeniyetmələrdə bədənin
müqavimətinin
artmasına,
əzələlərin
daha
çox
genişlənməsinə, idman və hərəkət zamanı onların cismi
təsirinin artması və bədən fəaliyyətinə səbəb olur.
11- Demək olar ki, hicamət bütün cismi və ruhi
xəstəliklərin dərmanıdır, ya da nisbi surətdə müalicə edir
və ya heç olmasa başqa dərmanların müalicəvi təsirini
gücləndirir.
12- Cavad Fazil "İslamda tibb və gigiyena" kitabında
belə yazır: "Hicamət vasitəsilə müalicə olan ən mühüm
xəstəliklər: diş ağrısı, diş ətlərinin korlanması, ürək
sıxılması, böyrəyin fəaliyyətində pozuntu, sidik kisəsinin
xroniki narahatlıqları, uşaqlığın narahatlıqları, aybaşı
pozuntuları, dəri səpkiləri, çibanlar və s.- dən ibarətdir.
1
1
"İslamda tibb və gigiyeniya", səh.152.
|