Süfrədə çox oturmaq və uzunömürlülük
barəsində elmi mövzu
İmam Sadiqdən (ə) nəql olunan rəvayətdə deyilir:
"Süfrə arxasında oturmağı uzadın. Doğrudan da süfrə
arxasında
çox
oturmaq
sizin
ömrünüzdən
hesablanmır".
2
İllərdən bəri bu fikirdə idim ki, (bir
tərəfdən İslam ömrə bu qədər əhəmiyyət verir, vaxtdan
və ömürdən səmərəli istifadə etməyi tapşıraraq buyurur
ki, vaxtınızdan o qədər yaxşı istifadə edin ki, Allah
dərgahında cavab verə biləsiniz. Digər tərəfdənsə az
yeməyi, doymamış yeməkdən əl çəkməyi göstəriş verir)
bu rəvayətdə görəsən nə sirr vardır ki, buyurur: nə qədər
1
"Öz həkimimiz olaq", səh.194.
2
"Müstədrək əl-Vəsail", c.16, səh.234.
142
süfrədə otursanız, ömrünüzdən hesab edilmir. (yəni:
nigaran olmayın süfrə başında nə qədər otursanız da
vaxtın tələf olmasına bais olmayacaq. Allah dərgahında
da bu vaxtın uzadılmasına cavab vermək lazım
olmayacaq). Sonda belə bir nəticəyə gəldim: "süfrə
arxasında çox oturmaq ömürdən hesab edilmir"
sözündən məqsəd, səbəbsiz süfrə başında oturmaq ya
insanın ürəyi istədiyi qədər yeməsi yox, (çünki başqa
hədislərdə buyurulur ki, "doymamış əlini yeməkdən
çək") yeməyin çox çeynənilməsidir. Ona görə ki, yeməyi
çox çeynəmək üçün vaxt lazımdır.
Görəsən, yeməyin çox çeynənilməsiylə ona sərf olunan
vaxtın ömürdən hesab edilməməsi arasında nə kimi
əlaqə var?! Demək lazımdır ki, biz yeməyi nə qədər çox
çeynəsək (sübut olunmuş dəlillərə əsasən) mədənin işi
bir o qədər azalır və çeynənilməmiş yeməyin həzmi üçün
yaranan çətinlik aradan götürülür. Beləliklə həzm sistemi
və orqanizm sağlam qalır. Əgər yeməyi yaxşı
çeynəmədiyimiz üçün həzm sisteminin pozulması
nəticəsində xəstələnib 70 il yaşayacaqdıqsa, süfrə başında
çox oturmaqla və yeməyi yaxşı çeynəməklə 80 il yaşaya
bilərək. Bu, əlavə 10 il süfrə arxasında əyləşdiyimiz
günlərin yerini doldurur. Yeməyi yaxşı çeynəməyin
sayəsində aldığımız müxtəlif xəstəliklər nəticəsində: o
cümlədən mədə və həzm sisteminin pozulmasına görə
xəstəxanalarda və gigiyena mərkəzlərində keçirdiyimiz
çoxlu vaxtlara qənaət olunduğu üçün süfrə arxasında
keçirdiyimiz saatların əvəzi ödənir.
|