Yeməyin çeynənilməsi və bir elmi təcrübə Spalanzani adlı italiyalı bir alim 1780-cı ildə mədə
barəsində elmi tədqiqat aparır. O, parçadan düzəlmiş
kiçik bir kisənin içinə çeynənilmiş yemək yığaraq ağzını
iplə möhkəm bağlayır. Belə ki, ipin bir ucunu əlində
saxlayaraq kisəni ağız yolu ilə mədəyə salır. Bir
müddətdən sonra kisəni mədədən çıxarir və kisənin
içində heç nəyin qalmadığını görüb heyrətə gəlir.
Mədədə olan güclü turşu, çeynənilmiş yeməyi əridərək
kisənin daxilindən çixarmış və mədənin içərisinə
sormuşdu.
Bir müddətdən sonra Spalanzani kətan parçadan
hazırlanmış iki kisəylə yeni təcrübə aparır. Birinci kisənin
içərisinə bir miqdar tam çeynənilmiş ət qoyur. İkinci
kisənin içərisinə isə bir tikə çeynənilməmiş ət qoyur.
Sonra növbə ilə bir-birinin ardıyla hər iki kisəni udur. Bir
müddətdən
sonra
kisələri
çıxararaq
görür
ki,
çeynənilməmiş ət olan kisədə hələ bir az ət qalıb. Amma
141
çeynənilmiş ət olan kisə isə tamamilə boşdur. O, belə bir
nəticəyə gəlir ki, çeynənilmiş yemək daha yaxşı həzm
olunur.
1