152
müddətdə olsa belə sizi öz adi gündəlik həyatınızdan
uzaqlaşdıracaq. Elə təkcə bu məsələnin özü sizə çoxlu
qüvvət verəcək. Gündəlik proqramınızı dəyişmək
istəyirsiniz, sizin üçün bir növ müalicə hesab edilir. Bu iş
sizin fikir və cisminizi süstlükdən yayındıracaq. Səfər,
bizi hər gün üzləşdiyimiz atmosferdən ayıraraq
yorğunluqlara, əsəb sıxıntılarına və qəm-qüssəyə qarşı
daha yaxın müqavimət göstərməyə kömək edir. Bu iş
səfərin ən mühüm təsirlərindən biridir.
1
3- Açıq havadan bəhrələnəcəksiniz.
Həmişə olduğu kimi idarədə otağınızın 4 divarı
arasında olmağınızdansa səfər boyu siz daha çox evdən
bayırda və açıq havada olacaqsınız. Bu yolla siz təmiz və
təzə havadan daha çox həzz ala bilərsiniz. Gəzinti üçün
dağlığa istirahət üçün dəniz kənarına getsəniz başqa
günlərə nisbətən dərindən nəfəs alarsınız və bədəninizə
daha çox oksigen daxil olar. Eləcə də günəş vannasından
da istifadə etmək olar. Bu şərtlə ki, gün yandırmaması
üçün lazımi ehtiyatlar yaddan çıxmasın.
Dostları ilə paylaş: