İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə154/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   150   151   152   153   154   155   156   157   ...   190
Bekarçılıq 
Ruhi  və  cismi  xəstəliklərə  səbəb  olan  amillərdən  biri 
də  bekarçılıq  və  tənbəllikdir.  Bu  barədə  İmam  Baqir  (ə) 
buyurub:  "Tənbəllik  və  hövsələsizlikdən  çəkin!  Belə  ki, 
bu  iki  şey  hər  bir  pisliyin  (o  cümlədən  xəstəliklərin) 
açarıdır.  Bekarçılıq  mühüm  mövzulardan  olduğu  üçün 
son  zamanlar  ictimai  elmlərin  tədqiqatçıları  və  həkimlər 
tərəfindən  diqqət  mərkəzinə  çevrilmişdir.  Bekarçılıq 
barəsində  aparılan  tədqiqatların  bəzi  maraqlı  nəticələri 
aşağıdakılardan ibarətdir:  
                                                 
1
 “Səlamət” həftəlik jurnalı, 1385 (h.ş) 79-cu sayı. 
2
 "Yüz yaşamaq üçün yüz məsləhət", səh.140. 


 
165 
1-  İşləyən  insanlarla  müqayisədə  bekar  insanların 
cismi  sağlamlığı  az  olur.  Cismin  zəifliyi,  ürək  və  nəfəs 
sistemi kimi xəstəliklərin artmasına səbəb olur.  
2-  Ümumi  ölümün  və  intiharın  sayı  bekar  adamlarda 
daha çoxdur. 
3-  Öz  işini  itirdyi  müddətdə  həkimlərə  müraciət 
edənlərin sayı artır. İşin itirilməsi stress əmələ gətirir.  
4- Siqaret və narkotik maddələr istifadə edənlərin sayı 
bekar  insanlardan  daha  çoxdur.  Kişilərin  bir  çoxu  öz 
sağlamlıqlarını  təhlükə  altına  atırlar.  Bekarçılığın 
kasıbçılıqla  çox  yaxın  əlaqəsi  var.  Kasıblıq  həmişə 
sağlamlıq  üçün  təhlükəlidir.  İnsanların  bekarçılığı  nə 
qədər  uzun  çəkərsə,  kasıblıq  onlara  üz  tutar.  Nəticədə 
xəstəliklər  artar.  Kasıblıq  bais  olur  ki,  insan  yeməyə, 
geyməyə, evin təmirinə, bazarlığa, yanacaq və sair işlərə 
az  pul  xərcləsin.  Bu  iş  də  xəstəliyin  çoxalmasına  səbəb 
olur.  Buna  misal  olaraq  demək  olarki,  fəqirin  yemək 
rejimi  olan  yeməklər,  (çoxlu  miqdarda  heyvan  piyi  olan 
yeməklərdən  istifadə  etmək,  fibrli  vitaminlərin  və 
mineral  maddələrin  az  istifadəsi)  ürək  xəstəliklərin 
artmasına,  kökəlmək  və  digər  xəstəliklərin  yaranmasına 
zəmin  yaradır.  Digər  tərəfdənsə  rütubət  və  qış  fəsilində 
kifayət  qədər  istiliyin  olmaması,  soyuqdəymə,  öskürək 
və xüsusilə də uşaqlarda şiddətli nəfəs yolu xəstəliklərinə 
səbəb  olur.  Bütün  bunlar  yığışaraq  sağlamlığı  təhlükə 
altına salır. 


 
166 
Beləliklə  bekarçılığın  insan  sağlamlığında  və  həyat 
tərzindəki  təsirlərini,  ruhi  və  cismi  sağlamlıqların  təsiri 
altına aldığını müşahidə edirik. 
1
 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin