Hüsnü zənn və yaxşı əhval-ruhiyyəli məhbus Musa peyğəmbərin (ə) vaxtında 2 nəfər zindana düşür.
Bir müddətdən sonra onları azad edirlər. Onlardan biri
yaxşı əhval-ruhiyyədə idi, digərisə arıq zəifləmişdi. Musa
peyğəmbər (ə) kök kişidən soruşdu: "Sənin kökəlməyinə
səbəb nə olub?" Kişi deyir: "Allaha qarşı olan gümanım
xoş idi, və ona (Allaha) hüsnü zənn edirdim"
Həzrəti Musa (ə) arıq kişidən soruşdu: "Sənin bəd hal
və arıq olmağına səbəb nə idi? "Deyir: "Allahın qorxusu
məni bu hala salıb". Həzrət Musa (ə) əllərini qaldıraraq
dedi: "İlahi! Bu iki nəfərin dediklərini eşitdim. Mənə agah
et görüm bunların hansı üstündür. "Allah taala buyurur:
"Mənə xoş güman və hüsnü-zənn edən şəxs üstündür."
1