İNTİQAM ALMAQ (DÜŞMƏNÇİLİK) Məzəmmətlənmiş xislətlərdən biri də düşmənçilikdir.
Kimdə bu sifət olarsa, onun rahatlığı olmaz və sonda bu
rahatsızlıq çoxlu xəstəliklərə səbəb olacaq. İmam Həsən
Əsgəri (ə) buyurub: "Ən narahat insan, intiqam hissiylə yaşayan insanlardır". Başqa
bir
rəvayətdə
Əmirəlmöminin Əli (ə) buyurub: "Düşmənçilik edən şəxsin canı əzabda, qəmi isə ikiqat olar". 2
Tədqiqatçıların ürək arteriyası xəstəliyinə tutulmuş 1300
kişi və qadın üzərində apardıqları araşdırmada məlun
olub ki, düşmənçilik ruhiyyəsi olan cavanlar 14 il ərzində
mülayim xasiyyətli digər yaşıdlarına nisbətən daha çox
ölüm təhlükəsi qarşısında olmuşlar.
3