İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə170/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   166   167   168   169   170   171   172   173   ...   190
Dar uclu ayaqqabılar 
İndiki  zamanda  kişilərin  saçları  nə  qədər  çox 
pırtlaşırsa  (mod  üçün)  qadınların  ayaqqabılarının  ucları 
bir  o  qədər  daralır.  Səbəbini  soruşanda,  bütün  təqsirləri 
"mod"  adlı  sözün  üzərinə  atırlar.  Bunuda  qeyd  etmək 
                                                 
1
 "İlk universitet, son peyğəmbər", c.3, səh.288. 
2
 "İlk universitet, son peyğəmbər", c.18, səh.251. 


 
181 
lazımdır  ki,  kişilərin  ayaqqabıları  heç  də  qadınların 
ayaqqabılarından geri qalmır. Get-gedə də ayaqqabıların 
ucu,  quşların  dimdiklərinə  bənzəyir.  Sanki,  kişilərlə 
qadınların  geyim  tərzini  müəyyənləşdirmək  "dəbin" 
üzərinə  qoyulmuşdur.  Tərslikdən  modelyerlər  heç  də 
insanların sağlamlıqları barəsində düşünmürlər. Beləliklə 
bunların zərərini çəkmək, belə geyimlərdən istifadə edən 
insanların üzərinə düşür. 
Bu  cür  ayaqqabılardan  istifadə  edən  bəzi  insanların 
dəlilləri budur: "Bəs necə ola bilər, bu qədər insanlar belə 
ayaqqabıları  geyinirlər,  amma  xəstələnmirlər"?  Hansı  ki, 
bu  cür  insanların  özlərindən  soruşsanız,  çoxlu  acı 
xatirələr  danışa  bilərlər.  Misal  üçün,  həmin  xatirələrdən 
biri  belədir:  "Burunu  dar  ayaqqabılar  yeni  moda 
düşmüşdü.  Mən  də  gedib  onlardan  birini  alaraq  bütün 
günü  geyib  gəzdim  və  özümü  göstərdim.  Sabahsı  gün 
yenidən  ayaqqabımı  geymək  istəyəndə  baş  barmağımda 
güclü  ağrı  hiss  etdim.  İlk  önsə  çoxda  əhəmiyyət 
vermədim.  Amma  gördüm  dözə  bilmirəm.  Ayağıma 
baxanda  qızardığını  gördüm.  Ev  ayaqqabısıyla  həkimə 
getməyə məcbur oldum. Həkim, dırnağımın ətin arasına 
girdiyini və onu hökmən çıxarmaq lazım olduğunu dedi".  

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin