179
RƏVAYƏTLƏRDƏ ÖMRÜN UZUN OLMASININ AMİLLƏRİ Rəvayətlərdə ömrün uzanmasına səbəb olan bir neçə
amilin adı çəkilib. Onlardan bəzilərinə qısa şəkildə işarə
edirik. Qeyd etmək lazımdır ki, öz məhdud elimimiz
səviyyəsində onların bir sıra elmi dəlillərinə işarə edirik.
Elmi dəlillər hələ kəşf olunmayan onlardan digərlərinə
isə toxunmuruq, amma bu hissənin sonunda bu barədə
söz açacağıq. Rəvayətlərdə ömrün uzun olmasının
amilləri aşağıdakılardan ibarətdir:
1- Səhər yeməyinin tez yeyilməsi Doktor Şəhid Paknejad yazır: "Qidaşünaslıq
1
kitablarında çox təəcüblü mətləblər görürəm. Sanki, 14
əsr bundan əvvəl İslamdan köçürülüb. (Misal üçün,
yazılır ki,) Acmamış yemək yeməyin və doymamış əlinizi
yeməkdən çəkin. Yatdıqdan və istirahət etdikdən sonra
yaxşı yeyin. Yedikdən sonra isə yorğan-döşəyə tərəf
getməyin.
Ən üstün yeməyiniz səhər yeməyi üçün seçib sübh
tezdən yeyin və s.
Çazçucil adlı dieoloqun "Səhər yeməyi mühüm
qidalardandır" - sözü düzgün fikirdir. Siz sübh çağı
yaxşıca yeməyə adət etməmişsinizsə öz sağlamlığınızı və
iş həcminizi təhlükəyə almış olursunuz. Səhər yeməyini
az yeyənlər və ya ümumiyyətlə yeməyənlər karans
(vitamin çatışmazlığı) xəstəliyinə başqalarından daha çox
1
"Dietologiya".
180
məruz qalır, öz işlərində çox səhvə yol verir və təhsildə
az müvəffəq olurlar. Diqqət etməli məsələlərdən biri də
budur ki, dietologiya üzrə mütəxəssislər yetərincə
istirahətdən sonra yeyilən yeməyi çox faydalı bilirlər.
1