Dəlixanaların dəqiq statistikası göstərir ki, dəlilərin
çoxu, uzun illər şəraba aludə olmuş şəxslərdir. Bir xəbərə
əsasən, Amerikada ailənin yeddi üzvü ata-anasının
şərabiçən olduğu üçün şüuri cəhətdən zəif-axmaq idilər.
Nyuyorkun tanınmış həkimlərindən sayılan doktor
Parker, bildirib ki, dəlilik və səfehlik hadisələrinin yarısı
spirtli içkilər səbəbilədir.
1902-ci ildə İngiltərədə götürülən statistikaya əsasən,
spirtli içkilər səbəbilə dəliliyə, ruhi xəstəliyə düçar olan
insanların sayı 2249 kişiyə və 976 qadına bərabərdir.
İngiltərədə alimlərin araşdırmaları isbatlamışdır ki,
təqribən 95% dəlilik, spirtə adət etməkdən qaynaqlanır.
2
İmam Rza (ə) buyurur: "Allah-taala şərabı haram etdi: