Əgər bu qədər zərər varsa, niyə bəziləri şərab
içməklə yanaşı sağlamdırlar?
Spirt haqqında söylənən bütün bu zərərləri nəzərə
alaraq, niyə illərlə şərab içən bir sıra şəxslər tam
sağlamdırlar?
1
"“Səlamət”" həftəlik jurnalı, tir ayının 10-u (yay) 1385-ci il (h.ş), səh. 25.
2
"“Səlamət”" həftəlik jurnalı, tir ayının 10-u (yay) 1385-ci il (h.ş), səh. 30.
3
"“Səlamət”" həftəlik jurnalı, 10.11.1383 (h.ş) 10-cu sayı, səh. 15.
4
"Selahe Şeytan", səh. 58.
5
" Selahe Şeytan", səh. 60.
57
Cavab: Əvvəla sağlamlıq
heç kimin alnında
yazılmayıb, zahirən sağlam nəzərəçarpan şərab əhli,
şübhəsiz daxildə bir sıra xəstəliklər və pozğunluqlara
düçardırlar. Hansı ki, daima onu başqa amillərlə
əlaqələndirmək
istəyirlər.
Məsələn
əgər
kəskin
qarınağrılarına
düçar
olduqda,
onu
düzgün
qidalanmamağa nisbət verirlər və s.
İkincisi: Şərabın zərərləri həmişə dərhal üzə çıxmır və
bəzən illər vaxt aparır. Necə ki, QİÇS xəstəliyinin
barəsində 8 ildən sonra cisimdə zahir olması söylənilir,
xəstə müayinə edilmədiyi təqdirdə isə neçə il bu xəstəliyə
yoluxduğunu bilə bilmir.
Şərab içən şəxs, özünü bir mütəxəssisə göstərərək
müayinə olunsa, o zaman biləcəkdir ki, xeyli sayda
zərərlər bədəninə daxil etmişdir. Bu eynilə uzun müddət
təsiri bilinməyən, illərdən sonra təsiri üzə çıxan siqaret
çəkmək kimidir. Hansı ki hamımız bilirik ki, bir ədəd
sıqaret insan üçün zəhər kimidir.
Üçüncüsü: 70 il yaşadığını gördüyünüz şərab içənlər
şərab içməsəydilər, 100 il yaşayardılar. Çünki bəzi
insanlar irsən (anadangəlmə), xəstəliklər və zəhərlər
qarşısında daha dözümlüdürlər.
Dördüncüsü: Bəziləri şərabın təsirindən din, iman və
ağıllarını itirmişlər. Sağlam olduqlarını da yalan deyirlər.
İndiyə kimi minlərlə xəstəliyə düçar olmuş, amma axmaq
olmuş, ağlını itirmiş deyə, bunları hesablamırlar. Yaxud
cismi zərərlərini qabardaraq onu şərabdan çəkindirmək
istəyən inanclı şəxslərlə söz güləşdirmək üçün, yalandan
58
"biz neçə ildir ki şərab içirik, amma yenə də sağlamıq"
deyirlər.
Dostları ilə paylaş: |