Həkimin göstərişi icra edilsin Əbu Bəsir deyir: Ümm Xalid Əbdiyyə İmam Sadiqin
(ə) yanına daxil oldu. O zaman mən də İmamın yanında
idim. O dedi: Sənə qurban olum, mənim qarnımda
qurultular və qıvrılmalar çoxdur. İraq həkimlərinə
müraciə etdim, onlar: "Yaxşılaşmaq üçün pivə içərək
qovut yeməlisən" - söylədilər.
Mən isə, bu göstərişə əməl etmədim. Çünki sizin bu
işdən xoşunuz gəlmədiyini bilirdim. İndi isə, sizdən
soruşuram, mən nə edim?
İmam buyurdu: Onu içməkdən səni nə çəkindirdi? O
dedi: Sizə təqlid etməyim. Allah qəlbimə saldı ki, sizdən
soruşana qədər içməyim.
İmam mənə (Əbu Bəsirə) buyurdu: Bu qadının
sözlərini və sualını eşitdinmi? Daha sonra o qadına belə
dedi: And ola Allaha, onun bir damcısını içməyi sənə
icazə vermirəm, çünki səni peşman edər. Yalnız canın
boğazına yetişərsə. İmam əli ilə, boğazına işarə edərək,
üç dəfə buyurdu: Nə dediyimi anladınmı? Dedi: Bəli.