İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


Spirtli içkilər rahatlığa səbəb olurmu?



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə61/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   57   58   59   60   61   62   63   64   ...   190
Spirtli içkilər rahatlığa səbəb olurmu? 
Bəzi  şəxslər,  spirtli  içkiləri  içməklə,  dərd-qəmlərinin 
dağılmasını söyləyirlər. Spirt, bədənin təfəkkür sistemini 
zəiflədərək,  beynin,  duyğu  orqanları  vasitəsilə  alınan 
məlumatları  düzgün  analiz  etməsinə  mane  olur...  Beyin 
düzgün  işləmədikdə  və  bununla  da  duyğunun  təsirləri 
aradan  getdikdə,  həqiqətdə  duyğuların  fəaliyyətinin 
inikası  sayılan qəm-qüssələr, dərdlər öz həddini  itirir və 
nəticədə, insan bir növ aldadıcı sevinc, kədərsizlik halını 
əldə edir. 
Cavab:  Doğrudur,  insan  qəmini  unudur;  çünki  spirt, 
xarici  təhrikedicilər  qarşısında  reaksiyanı  azaldaraq, 
müəyyən  həddə  insana  rahatlıq,  sakitlik  gətirir,  lakin 
əvvəla:  spirtin  təsiri  getdikdə  və  narahatçılığın  kökləri 
qaldıqda, 
onun 
hücumu 
daha 
artıq 
və 
daha 
kədərləndirici  olur.  Qəm-qüssənin  kökü  kəsilməsə, 
                                                 
1
 "Böyük günahlar",c.1, səh. 248. 


 
65 
məstlik  halından  sonra,  əsəb  sistemlərinə  daha  dağıdıcı 
təsir göstərəcəkdir. 
İkincisi:  Qəm-qüssəni  dağıtmağın  çoxsaylı  yolu 
olduğu  halda  (namaz,  oruc,  səfər,  dua,  dərdi  dostla 
bölüşmək,  idman  və  s.),  niyə  məhz  günahı  seçməliyik? 
Bu şəkildə qəm-qüssəni dağıtmaq eynilə ona bənzəyir ki, 
az bir miqdarda qəmi olan şəxs, öz dərdinə çarə qılmaq, 
müalicə  etmək  və  problemin  kökünü  kəsmək  əvəzinə 
narkozdan  istifadə  edir.  Bir  keyitmə  iynəsi  ilə,  məsələn 
bir  iki gün huşsuz olaraq, ağrını hiss etməyə bilər, lakin 
ayıldıqda  isə,  ağrının  kökünü  aradan  aparmadığından, 
ağrısının  öz  qüvvəsində  qalmasından  əlavə,  huşsuzluq 
dərmanının  mənfi  təsirləri  də  ona  əlavə  edilir.  Şübhəsiz 
ki, ağıllı insan belə bir iş görməz.
1
 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin