Musiqi ilə müalicə Müasir dövrdə iddia edilir ki, musiqi ilə, bir çox
xəstəlikləri müalicə etmək mümkündür. Müxtəlif çeşidli
qəzet və jurnallar bu məsələ üzərində manevr verirlər.
Cavab:
Əvvəla, biz haram musiqidən danışırıq. Bəlkə də
musiqi ilə müalicə edənlər, halal musiqidən istifadə
edirlər.
İkincisi, biz də bəzi musiqilər, o cümlədən: Quran
musiqisi, axar suların musiqisi və s. musiqilər, ahənglər
vasitəsilə müalicəni qəbul edirik.
Üçüncüsü, bəlkə də bir sıra xəstəliklər musiqi ilə
müalicə edilə bilər, amma biz məsələnin zahirini
müşahidə edirik. Onlar musiqi ilə bir xəstəliyi müalicə
edir,
ancaq
bədənin
digər
üzvlərinə
zərər
yetirdiklərindən xəbərsizdirlər. Xəstəliyi müşahidə
edərkən dərhal resept yazan həkimlər kimi. Onlar həmin
xəstəliyi müalicə edirlər, bir halda ki, o dərmanın
1
Həmin qaynaq
78
törətdiyi xəsarətlərdən xəbərsizdirlər. Ola bilər ki,
dərmanın bu zərəri ilə öncəkindən daha ağır bir xəstəlik
bədənə əlavə edilə bilər. Misal üçün, müxtəlif kodeinlər
və kapsulalar və digər kimyəvi dərmanları göstərmək
olar.