83
EKSTAZİ
Ekistazi sözü vəcdə gəlmək, dəlilik, divanəlik
mənasına olub gecə kulublarında, diskotekalarda və gecə
partilərində rəqsgətirici (oynadıcı) dərmanlar kimi
istifadə edilir.
Eks həbinin cismi zərərləri
Mütəxəssislərin fikirincə hətta yoxlamaq üçün bir dəfə
belə eks tabletkasının istifadəsi çox təhlükəli olub.
Doktor Nuri deyir: "Bu dərmanların zərərləri sırasında
görmə qabiliyyətində çatışmazlıqlar, iştahın azalması,
görmə nazaslıqları (reallıqda olmayan əşyaların gözə
görsənməsi), ürək döyüntülərinin və qan təzyiqinin
artması, qərarsızlıq, bədənin temperaturunun qeyri-
münasib dəyişkənliyi və su və maye içməyə ehtiyac
özünə yer tutur. Bəzən isə, uzunmüddətli sağalmaz və
hətta ölümlə nəticələnə bilən ziyanlar vura bilər.
Amma ekstazi həbi digər təhlükəli fəsadlara da
malikdir. O cümlədən hipotalamusun fəaliyyətinin
pozulması, fərdin danışıq və rəftarında öz nəzarətini
əldən verməsi, qısa müddətli yaddaşda pozuntunun
yaranması, çox miqdarda bədənə daxil olmuş suyun
84
xaric olmamasından dolayı beyin şişinin mümkünlüyü,
duz və eliktrolitlərin azalması, cinsi problemlər, uzun
müddətli
düşkünlük
duyğusu,
baş
ağrısı,
baş
gicəllənməsi və
yuxusuzluq, dəliliyi göstərmək olar".
Bu ekspertin sözünə görə "hər şeydən çox təhlükə
yaradan və sonda ölümə səbəb olan faktor, bu
dərmanların hazırlanmasında istifadə edilən qeyri-xalis
maddələrdir".
1
Dostları ilə paylaş: