İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


- Asketlə qatarın hekayəsi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə188/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   182   183   184   185   186   187   188   189   190
2- Asketlə qatarın hekayəsi
 
Misir  jurnallarından  biri  materialist  alimlərindən 
birinə  xitab  edərək  deyir:  "Ey  alimlər,  neçə  il  bundan 
qabaq  baş  vermiş  hadisə,  hansı  elm  və  qanunla  uyğun 
gəlir?  Bunu  necə  dərk  edirsiniz?"  Daha  sonra  aşağıdakı 
hekayəni nəql edir: 
                                                 
1
 "Günahın cəzası", c.2, səh.25. 


 
196 
"12  il  bundan  öncə  Hindistan  şəhərlərinin  birində, 
asketlərdən  olan  kasıb  bir  kişi  qatara  minir.  Bir-iki 
dayanacaq ötəndən sonra adət üzrə qatar rəisi biletləri və 
sərnişinləri  yoxlamaq  üçün  vaqonları  gəzir.  Bu  kasıb 
kişiyə  çatdıqda  ondan  bilet  tələb  edir.  Asket  biletinin 
olmadığını bildirir. Qatar rəisi: - qatarın pulunu ver sənin 
üçün bilet verim – deyir. Asket deyir: "O da yoxumdur". 
Qatar  rəisi  növbəti  dayanacaqda  asketi  düşürmək 
üçün  qatarın  işçilərinə  göstəriş  verir.  Qatar  növbəti 
dayanacağa  yetişir.  İşçilər  kasıb  asketi  düşürmək  üçün 
onun  yanına  gəlirlər.  Asket  onlara  üz  tutaraq  deyir: 
"Məni  düşürsəniz  qatar  hərəkət  etməyəcək".  İşçilər 
istehza  ilə  gülərək  onu  qatardan  düşürürlər.  Asket 
yaxınlıqdakı  təpəyə  gedir.  Təpənin  üstündə  səpələnib 
oturaraq göslərini qatara dikir. Qatarın işçiləri öz işlərini 
bitirdikdən  sonra  qatarın  fitini  çəkirlər.  Sərnişinlər  fit 
səsini eşitdikdə qatara daxil olurlar. Maşinist fiti çəkərək 
hərəkət  düyməsini  basaraq  tormozu  buraxır.  Amma 
qatarın  tərpənmədiyini  müşahidə  etdikdə  heyrətə  gəlir. 
Bir  qədər  o  tərəf  bu  tərəfə  baxaraq,  qatarın  vint  və 
qaykalarını  yoxlayır.  Hamısının  öz  yerində  olduğunu 
görür.  Bununla  belə  qatarın  nə  üçün  hərəkət  etmədiyini 
başa  düşə  bilmir.  Yavaş-yavaş  qatarın  və  dayanacağın 
işçiləri  və  rəisləri  yerə  enərək  mexanik  gətizdirirlər.  Nə 
qədər  çalışırlarsa  da  bir  nəticəyə  gələ  bilmirlər. 
Lokomotivin  texniki  qüsura  düçar  olduğunu  və  elə  bu 
səbəbdən  də  qatarın  hərəkət  etmədiyini  zənn  edirlər. 
Bunun  üçün  başqa  bir  lokomotiv  gətizdirib  qatara 
qoşurlar.  Bu  lokomotivində  tərpənmədiyini  gördükdə 


 
197 
təəccüblənirlər.  Nəhayət  işçilərdən  biri  deyir:  "Ola  bilsin 
qatardan düşürdüyümüz o kasıb kişinin işidir. Qatardan 
düşərkən  "Məni  düşürsəniz  qatar  hərəkət  etməyəcək"  – 
dedi.  Bəlkə  də  o  kişi  asketdir  və  elə  iş  görüb  ki,  qatar 
tərpənmir".  Beləliklə  kasıb  kişini  axtarmağa  başlayırlar. 
Onu  yaxındakı  təpədən  tapırlar.  Yanına  gəlib  üzrxahlıq 
etdikdən  sonra,  xahiş  edirlər  ki,  pulsuz  hara  getmək 
istəyirsə qatara minsin. Amma o qəbul etməyərək deyir: 
"Nə vaxt qanun çıxarsanız ki, bu gündən etibarən hər bir 
kasıb asket istədiyi vaxt bir şəhərdən digər şəhərə pulsuz 
aparacaqsınız,  qatara  minərəm".  Qəribə  çətinliklə 
üzləşmişdilər.  Nəhayət  asketin  təklifini  qəbul  edərək  bu 
barədə  ona  söz  verdikdən  və  sərnişinlər  və  işçilər  xeyli 
təkid etdikdən sonra asket qalxaraq qatara mindi. Qatara 
daxil olmağı ilə qatar hərəkət etdi".
1
 
 Sonda qeyd etmək istərdim ki, bu yazı ilə oxucuların 
əhkama  qarşı  olan  əqidələrinin  artacağına  və  İslamın 
hərtərəfli,  qlobal  din  olduğunu  dərk  edəcəklərinə 
ümidvaram.  Elə  bir  din  ki,  heç  bir  din  və  elm  onunla 
müqayisə edilə bilməz.  
 
 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin