3
Ön söz
Əlinizdəki bu kitab müxtəlif məqsədlərlə yazılmışdır.
Bunlardan bəzilərinə işarə edirik.
A.14 əsr bundan öncəki din və elmi nailiyyətlər.
Bir çoxları qərəzli olaraq və bəzən də məlumatsızlıq
üzündən, belə düşünürlər ki, on dörd əsr bundan
qabaqkı din hazırkı dövrün mütərəqqi elmləri ilə
ayaqlaşa və bütün bu texnologiyanı, çeşidli kəşfləri
nəzərə alaraq, bəşəriyyətin ehtiyaclarını təmin edə
bilməz. İslam Peyğənbəri (s), həmin şəriəti, olarlar və
olmazları (vacib və qadağaları) elm və texnologiyadan
xali olan bədəvi xalq üçün gətirmiş, çağdaş dünya isə,
elm dünyasıdır. Bu kitabın yazılmasında məqsədlərdən
biri də, dini vaciblərin minlərlə cismani elmi faydalarının
və dində yasaq əməllərin zərərlərinin kiçik bir hissəsini
diqqətinizə çatdırmaqdır. İnanıram ki, bu mütalidən
sonra, dinin necə deyərlər müasir elmdən geri qalmaması,
onunla ayaqlaşmasına dair mühakimə yürüdəcəksiniz.
14 əsrdən sonra tədqiqatçılar öz labaratoriyalarında
mütəmadi, geniş sınaq və analizlərlə yeni-yeni kəşfləri
əldə edir və hər tərəfə car çəkərək özlərini öyürlər; bu
yeniliyi elmi şah əsər kimi müxtəlif mediyada rəqiblərinə
göstərirlər; lakin bir şeydən xəbərsizdirlər ki, bütün bu
yeniliklər, kəşflər, 14 əsr bundan öncə İslam dinində
vacib və haram şəklində bəyan edilmişdir. Eləcə də din
rəhbərlərinin hədislərinin bir çoxunun sirrinə, açmasına
yüz illər sonra, bəzilərinə qiyamət günü varacaq, bir
hissəsini isə ümumiyyətlə anlamayacaqlar.
|