5
də şəri hökümlərin gələcək nəslin əli ilə ixtira ediləcək
xeyli sayda mənfəətləri kəşf edilməmişdir.
Üçüncü məqam:
Vaciblər və müstəhəblər üçün qeyd edilən mənfəətlər,
eləcə də haram və günahlar üçün sadalanan zərərlər, bu
hökümlərin şəriətdə qoyulmasının tam və qəti səbəbi
deyil, əslində onun min dəlilinin biri sayıla bilər.
Həmçinin, hətta o hökümlərin səbəbi də sayılmaya bilər.
Bu baxımdan, deyilməməlidir ki, fülan günahdan fülan
zərəri dəf etdik deyə, demək o günahı həyata keçirə
bilərik. Misal olaraq, donuz ətininin yeyilməsində (onun
ətini yemək haramdır) bir sıra zərərlər qeyd etmişik.
Müasir elmin tərəqqi edərək bu zərərləri donuz ətindən
götürə bilməsini fərz etsək, bu donuz ətini yeməyin
halala çıxması kimi mənimsənilməməlidir. Çünki, əvvəla:
donuz ətininin yeyilməsinin haram olmasının səbəbi
yalnız onun cismani zərərləri deyil, ola bilsin ki, burada
psixoloji, ruhi və s. faktorlar da dəxildir. İkinci bir
tərəfdən: ola bilsin ki, elm 100 il bundan sonra, donuz
ətininin yeyilməsinə dair tədqiqatçıların bu günə kimi
xəbərdar olmadıqları zərəri üzə çıxarsın. Necə ki, keçən
illərə qədər bu zərərlərin bir çoxu onlara bəlli deyildi.
Dostları ilə paylaş: