9
مِهِراَصْبَأ ْنِم اوُّضُغَي َنيِنِمْؤُمْلِّل لُق
"Mömin kişilərə de ki, gözlərini haram edilmiş
şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar)."
1
İslam dinində günah sayılan əməllərdən biri el
arasında şorgözlük adlandırdığımız, ləzzət qəsdi ilə
naməhrəmə baxmaqdır. Bu iş, ictimai və axirətlə ilgili
çoxsaylı zərərləri ilə yanaşı, cismani zərərlərə də malikdir.
Əldə olan statistikaya əsasən, şorgözlük yol
qəzalarının,
boşanmaların
və
adını
çəkmək
istəmədiyimiz bir sıra işlərin əsas səbəblərindən biridir.
Bundan əlavə şorgözlər aşağıdakı çətinliklərlə də
üzləşirlər.
1. Ağır nəfəs alma
2. Ürəkətrafı ağrılar
3.
Ürək döyüntüsü
4. Ümumi halsızlıq,
zəiflik
5. Baş ağrısı
6. Qərarsızlıq
7. Yuxusuzluq və iştahasızlıq
8.
Zehni yorğunluq
2
Sadalanan problemlərin əksəriyyətinin səbəbi budur
ki, insan naməhrəmə baxmaqla onun vurğunu olur və
ona çatmağı arzulayır. Əksər hallarda isə, ona çata
bilmədiyinə görə, yuxarıdakı bəlalara düçar olur. Bəzən
"istəmək" həddində olduğundan göstərilən problemlərin
yalnız
bəzisinə,
"eşq"
dərəcəsinə
çatdıqda
isə,
xəstəliklərin hamısına yoluxa bilər. Bəzən də intiharla
1
"Nur" surəsi, ayə 30.
2
"İlk universitet sonuncu peyğəmbər", c. 19, səh.53.
10
nəticələnə bilər. İbrət götürmək üçün bir hadisəni qeyd
edirik. İranın cənub şəhərlərinin birində bir qız, bir
oğlana baxmaqla ona aşiq olur və ondan gözünü çəkə
bilmir. Oğlan isə, qıza məhəl qoymur. Qız dəfələrlə
oğlana məktub yazmışdı ki, səni sevirəm, mən sənsiz heç
nəyəm, sən mənim həyatımsan və s. Lakin oğlanın ürəyi
ram olmur. Qız məşuquna çatmaq ümidilə işıq gələn hər
bir tərəfə baş vurur. Ancaq getdiyi bütün yollar, dalana
dirənir. Sonda çayın kənarına gələrək özünü çaya atır.
Yol ötənlər hər nə qədər çalışırlarsa, qızı boğulmaqdan
qurtara bilmirlər. Sonralar ondan tapılan bir məktubda
yazmışdı ki, mən sevdiyim oğlanın eşq vüsalına çata
bilmədiyimə görə, dünya həyatını istəmirəm. Ona deyin
ki, mən ancaq ona qovuşa bilmədiyimdən dolayı, intihar
edirəm, çünki dünya onsuz mənim üçün dəyərsizdir.
1
PAXILLIQ
Paxıllıq
və
ya
həsəd,
əxlaqən
mənfi
xüsusiyyətlərdəndir, belə ki bəzi alimlər onu haram
bilmiş, bəziləri isə həsədə əməl olunduğu təqdirdə günah
və haram sayılacağını demişlər.
Həsədə əməl etmək bu deməkdir ki, bir şəxs digərinə
həsəd
apararaq, paxıllığı üzündən onu öldürə,
vura və ya
arxasınca qeybət edə və s.
Möminlərin əmiri Əli (ə) bu barədə buyurur
: "Bədənin
Dostları ilə paylaş: