12
əyləşdiyindən əlini ağzına tutdu ki, padşah onun ağzının
sarımsaq qoxusunu duymasın. Padşah öz-özünə dedi, o
kişi düz deyirmiş. Padşah vəzirə qiymətli xələt bağışladı
və qulamlardan birinə versin deyə bir məktub da ona
verdi. Bayıra çıxdıqda paxıl dedi: Sultan səninlə neylədi?
Vəzir dedi: Xələt verdi və xəzinədardan əlli min dirhəm
hədiyyə almaq üçün, bir yazı da verdi. Paxıl dedi: Yazını
mənə bağışla. Vəzir yazını ona bağışladı və o paxıl,
qulamın yanına gələrək yazını ona verdi. Qulam dedi:
Yazılmışdır ki, sizi öldürüm, başınızı dərisini soyaraq
samanla doldurum. Paxıl dedi: Vallah bu yazı məndən
ötrü
yazılmayıb,
bir
ayrısı
üçün
yazılmışdır,
inanmırsansa get padşahdan soruş. Qulam dedi:
Padşahın əmrini yubatmaq olmaz. Beləliklə onu öldürdü.
Ertəsi gün vəzir padşahın məclisinə gəldikdə, padşah
məsələni araşdırır və bəlli olur ki, o kişi vəzirə paxıllıq
etmiş və öz çirkin əməlinin cəzasına da çatmışdır.
Dostları ilə paylaş: