66
Musiqi nədir?
Musiqi barəsində çoxsaylı təriflər söylənilmişdir. Bu
təriflərdən hər biri, mənfi və müsbət yönümlərə malikdir.
Biz musiqi anlamının aydınlaşması üçün, iki təriflə
kifayətlənirik:
1- Bir tərifə əsasən, musiqi – səslərin ürəkaçan
formada tərkibidir. Bu baxımdan, günah məclislərilə
münasib olarsa, haramdır.
1
2- Musiqi – insanı, onun üçün vəsfəgəlməz bir aləmdə
seyr etdirən səslərdən və tonlardan ibarətdir. Musiqi
insan qəlbinə hakim kəsilərək, bəzən onu ağladır, bəzən
güldürür, bəzən onun bədən üzvlərini ixtiyarsız hərəkətə
gətirir və bəzi hallarda da, eşq və şəhvəti həyacana
gətirir, insanı öz quluna çevirərək, onun əsəb sisteminə,
düşüncəsinə, əqlinə və ruhuna hökmranlıq edir.
2
Misal
olaraq,
Farabinin
Seyf
əd-Dövlənin
qonaqlığındakı saz çalmasını göstərmək olar. Bir müddət
hamı güldü, ritmi, tonu dəyişməklə ağlamağa başladılar
və sonda digər bir avazı çalmaqla, bütün məclis əhli
yuxuya daldı.
Bu kitabda söhbət açacağımız mövzu, birinci tərifdə
toxunduğumuz haram musiqidir.
Dostları ilə paylaş: