2) DAR GEYİMLƏR(dar şalvarlar, koftalar) Müctəhidlər dar geyimləri (bədən üzvlərini qabarıq
göstərən) şəhvət oyadıcı olduqları təqdirdə, haram bilir
və naməhrəm qarşısında ondan istifadə etməyi caiz
hesab etmirlər.
Zaman keçdikcə və nəsillər dəyişdikcə qəribə bir
vəziyyət yaranır. O da hər şeyin kiçilməsidir: balaca
evlər, kiçik maşınlar, gödək və dar şalvarlar, dar manto
və köynəklər. Sanki dərzi parça qıtlığı ilə üzləşmiş və
bütün paltarları qısa tikmişdir. Qeyd etmək lazımdır ki,
bu dar geyimlər yeni dəbin məhsuludur. Amma bu cür
dəblər sağlamlıq üçün təhlükəlidir.