ŞİƏLƏR
-
ON
-
ON
BİRİNCİ
HİCRİ
ƏSRLƏRİNDƏ
906-cı hicri ilində Şeyx Səfiyəddin Ərdəbilinin
sülaləsindən olan 13 yaşlı bir cavan
1
ata-babalarının
müridlərindən təşkil olunmuş üç yüz nəfərlik bir dəstə ilə
müstəqil və iqtidarlı bir şiə dövləti qurmaq üçün
Ərdəbildən qiyama başladı; o, öz ətrafında qoşun
toplayaraq İranın ayrı-ayrı xanlıqlardan təşkil olunmuş
şahlıq üsul idarəsini devirmək fikrində idi. Şah İsmayıl
Səfəvi xanlıqlar arasında, xüsusilə osmanlı imperatorluğu
tərəfindən
ələ
alınmış
Ali-Osman
padşahlarının
apardıqları qanlı müharibələrdə parçalanmış İranı vahid
bir ölkə halına salaraq, bu ölkədə şiəliyi rəsmi məzhəb
elan etdilər.
Şah İsmayılın vəfatından sonra səfəvi şahları 12-ci hicri
əsrinin ortalarına qədər hakimiyyətdə oldular və biri
digərindən sonra on iki imamçı şiə məzhəbinin
rəsmiyyətini təsdiq etdilər; hətta qüdrətin ən yüksək
zirvəsində olduqları dövrdə (Şah Abbas Kəbirin
dövründə) ölkə ərazisini və əhalinin sayını iki dəfə artıra
bildilər. Bu iki əsr yarımlıq dövrdə şiələr sair islam
ölkələrində əvvəlki kimi və öz təbii hallarında qalmaqda
idilər.
1 Şeyx Səfiyəddin Ərdəbili şiə aləmində böyük
şəxsiyyətlərdən sayılırdı və 735-ci ildə vəfat etmişdir.
74
ŞİƏLƏR - ON
İKİ-
ON
DÖRDÜNCÜ
ƏSRLƏRDƏ
Son üç əsrdə şiə məzhəbinin inkişafı öz təbii
formasında davam etmiş, on dördüncü hicri əsrinin
axırları olan müasir dövrdə şiəlik İranda rəsmi və ümumi
bir məzhəb kimi tanınmışdır. Yəmən və İraqda da
əhalinin əksəriyyətini şiələr təşkil edir. Dünyanın müsəl-
manlar yaşayan bütün ölkələrində şiələr vardır, artıq
onların sayı yüz milyonlarladır.
|