İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə84/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   80   81   82   83   84   85   86   87   ...   93
İSLAMDA-ŞİƏLİK

İMAM
 
SƏCCAD
 
Zeynəl-abidin və Səccad ləqəbləri ilə məşhur olan 
Əli ibni Hüseyn, üçüncü imamın sağ qalan yeganə oğlu 
idi.
Digər üç qardaşı isə Kərbəla hadisəsində şəhid 
edilmişdi.
1
Onun anası İran şahı Yezdəgirdin qızı idi. 
O həzrət də atası ilə birlikdə Kərbəlaya gəlmişdi, lakin 
çox ağır xəstə olduğundan silah götürüb müharibə 
1 “Məqatilut-talibin”, səh-52 və 59. 


239 
etməyə qüdrəti yox idi; ona görə də cihad edib şəhid 
olmaqdan məhrum oldu və əsirlərlə birlikdə Şama 
göndərildi. 
Əsirlik dövrünü keçirdikdən sonra Yezidin göstərişi ilə 
ümumxalq etirazlarını yatırlatmaq üçün möhtərəm 
şəkildə Mədinəyə yola salındı. O həzrəti ikinci dəfə olaraq 
Əməvi xəlifəsi Əbdül Məlikin əmri ilə zəncirə bağlayaraq 
Mədinədən Şama apardılar və yenidən oraya qaytardılar.
1
İmam Mədinəyə qayıtdıqdan sonra evin bir guşəsinə 
çəkildi və qapını yadların üzünə bağlayaraq ibadətlə 
məşğul oldu. Əbu Həmzə Somali və Əbu xalid Kabuli 
kimi xüsusi şiələrdən başqa heç kəslə rabitə bərqərar 
etmirdi. Əlbəttə, xüsusi şiələrin o həzrətdən əxz etdikləri 
maarif şiələrin arasında yayılır və bununla da şiəlik 
genişlənməyə başlayırdı ki, onun nəticələri 5-ci imamın 
dövründə daha artıq hiss olunmağa başladı. 
4-cü 
imamın 
əsərlərindən 
“Səhifeyi-Səccadiyyə” 
dualarını qeyd etmək olar ki, 57 duadan ibarət olub, ən 
dəqiq ilahi maarifləri əhatə edir və “Ali-Məhəmmədin 
Zəburu” adlanır. 
4-cü imam 35 il imamət etdikdən sonra bəzi şiə 
rəvayətlərinə əsasən əməvi xəlifəsi Hişamın təhriki və 
Vəlid ibni Əbdülməlikin əli ilə zəhərləndirildi və 95-ci 
hicri ilində vəfat etdi.
2
1 “Təzkirətul-xəvass”, səh-324; “İsbatul-hudat”, 5-ci cild, 
səh-242. 
2 “Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-176; “Dəlailul-
imamət”, səh-80; “Fusulul-mühimmə”, səh-190. 


240 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin