Altıncı: Övlad haqları;
Allah taala övladlara bir çox valideyn haqlarını tanımağı vacib etdiyi kimi, valideynlərə də övlad haqlarını vacib etmişdir. Bu övlad haqlarının bəziləri dünyaya gəlməmişdən əvvəl, digərləri isə doğulduqdan sonra yaranır. İndi isə bu hüquqlardan bəzilərini sadalayaq və bu hüquqlara məxsus olan İslamın gözəlliklərini qeyd edək.
Birinci: Övladların dünyaya gəlməmişdən öncə olan haqları:
-
Evlənərkən və ya qız ərə verərkən onun saleh bəndə olmasına, eləcə də dini və əxlaqi xüsusiyyətlərinə daha üstünlük vermək. Peyğəmbər buyurmuşdur:
قال النبي e: «فاظفر بذات الدين تربت يداك». جزء من حديث أبي هريرة t، أخرجه البخاري في صحيحه ومسلم.
"Dini gözəllik xüsusiyyətinə görə seç, xeyrə çatarsan!"3.
Həmçinin başqa bir hədisdə buyurur:
وقال أيضا: «إذا جاءكم من ترضون دينه وخلقه فأنكحوه إلا تفعلوا تكن فتنة في الأرض وفساد». جزء من حديث أبي حاتم المزني، أخرجه الترمذي في سننه وحسنه الترمذي وله طرق وشواهد.
"Sizin yanınıza dinindən və əxlaqından razı qaldığınız adamlar (evlənmək məqsədi ilə) gəlsələr, onları evləndirin. Əgər belə etməsəniz yer üzündə fitnə-fəsad olar"1.
Çünki evlənməkdən məqsəd sadəcə olaraq ehtiras hisslərini ödəmək deyildir. Əslində evlənmək gözəl yaşayış, yaxşılıq və mütilik üzərində olan bir həyatdır. Ər öz arvadına xeyir işləri və Allah taalaya müti olmağı əmr edir, arvad da kişiyə nəsihət edir və bunları həyata keçirmək üçün ərinə kömək olur. Həmçinin ər-arvad uşaq üçün saleh tərbiyə mənbəyi olmalıdır. Valideynlərin əməlisaleh olmaları uşağın gözəl tərbiyə alması üçün çox əhəmiyyətlidir. Bütün bu gözəl xüsusiyyətlərə nail olmaq yalnız əməlisaleh qadınla evlənmək və əməlisaleh kişiyə qız verməklə mümkündür.
-
Cinsi əlaqədən öncə kişinin bu duanı deməsi sünnədir. İbn Abbas Peyğəmbərdən rəvayət edərək deyir:
عن النبي e قال: «لو أن أحدكم إذا أراد أن يأتي أهله فقال: باسم الله، اللهم جنبنا الشيطان وجنب الشيطان ما رزقتنا، فإنه إن يقدر بينهما ولد في ذلك، لم يضره شيطان أبداً». أخرجه البخاري في صحيحه ومسلم.
"Sizlərdən biriniz ailəsi ilə yaxınlıq etmək istədikdə: "Bismilləh, Allahummə cənnibnəş şeytanə və cənnibiş şeytanə mə razəqtənə" bu duanı dedikdən sonra həmin əlaqədən uşaq qalarsa həmin uşağa şeytanın heç bir zərəri dəyməz"2. Çünki, kişi öz qadını ilə yaxınlıq etdiyi zaman şeytan dünyaya gələcək uşaqda öz payını istər. O, Allah taalaya and içərək demişdir:
(النساء: 118)
"O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”." (ən-Nisa: 118). Bu vaxt Allah taalaya sığınmaq şeytanı uzaqlaşdırır. Onu uşağın ilk yaradılışına təsir etməkdən kor-peşman döndərir. Bu da Allah taalanın izni ilə uşağın şeytandan qorunmasıdır.
İkinci: Övlad doğulduqdan sonra onun haqları.
-
Doğulmuş uşağın qulağına azan oxumaq.
عن أبي رافع t قال: «رأيت رسول اللهe أذن في أذن الحسن بن علي حين ولدته فاطمة بالصلاة» أخرجه أبو داود في سننه والترمذي في سننه وقال الترمذي: هذا حديث صحيح والعمل عليه.
Əbu Rafi deyir ki, mən Peyğəmbəri Hüseyn İbn Əli doğularkən onun qulağına azan verdiyini gördüm"1.
Bu, körpənin ilk olaraq Allah kəlməsini və onun əzəmətli Rəbb olduğunu eşitməsi, şəhadət kəlməsini duyması, şeytanın azan sözlərini eşitdikdə qaçması, Allah taalanın dəvətinin şeytanın çağırışından əvvəl olması və s. üçündür.
-
Doğulmuş uşağın əvəzinə əqiq etmək (yəni, Allaha şükr əlaməti olaraq qoç kəsmək), başını qırxmaq və adını qoymaq. Salman ibn Amir əl-Dabbi Peyğəmbərin belə buyurduğunu deyir:
قال رسول الله e: «مع الغلام عقيقة، فأهريقوا عنه دما، وأميطوا عنه الأذى». أخرجه البخاري في صحيحه.
"Doğulmuş körpə ilə əqiq (qurban) vardır, onun əvəzinə qan axıdın və üzərindəki natəmizliyi (saçını) təmizləyin"2.
Səmurə Peyğəmbərin belə buyurduğunu deyir:
وعن سمرة t قال: «كل غلام رهين بعقيقته، تذبح عنه يوم سابعه ويحلق رأسه ويسمى». أخرجه أبو داود في سننه والترمذي في سننه والنسائي في سننه وابن ماجه، قال الترمذي: هذا حديث حسن صحيح والعمل على هذا.
"Hər bir doğulmuş uşağın əqiqi (qurbanı) onunladır. Yeddinci günü onun adından heyvan kəsilir, başı qırxılır və adı qoyulur"3.
Aişə Peyğəmbərdən rəvayət edərək deyir:
قال رسول الله e: «عن الغلام شاتان مكافئتان، وعن الجارية شاة». أخرجه الإمام أحمد في المسند والترمذي في سننه وغيرهما، وقال الترمذي: حديث حسن صحيح.
"Doğulmuş oğlan uşağının əvəzinə birgə iki, qız uşağının əvəzinə isə bir qoç (yaxud qoyun) kəsilir"4.
Bu heyvanların kəsilməsi Allah taalaya, onlara uşaq bəxş etdiyindən şükür əlaməti olaraq kəsilir. Hamıya məlumdur ki, əksər hallarda valideynlər tərəfindən oğlan uşağı daha çox sevilir. Ona görə də oğlan uşağının doğulması daha böyük nemət sayılır. Onun üçün Allah taala oğlan uşağının əvəzinə iki, qız uşağının əvəzinə isə bir qoç kəsməyi əmr etmişdir. Bunların hər ikisi Allah taalanın neməti olduğu üçün onların əvəzinə qoç kəsib ətinin paylanmasını əmr etmişdir ki, qoy bununla çox insanlar sevinsin və hamı bu uşaq üçün xeyirli dua etsin. Doğulmuş uşağın gözəl qarşılanması, onun qədrini bilmək, onu doğru yola yönəltmək və gözəl tərbiyə etmək üçün müsəlman valideynlərə bir xatirədir.
-
Uşaqlara gözəl adlar vermək: Peyğəmbər uşaqlara gözəl adlar verməyi tövsiyə edərdi. Abdullah Ibn Ömər deyir ki, Peyğəmbər buyurmuşdur:
قال رسول الله e: «إن أحب أسمائكم إلى الله عبد الله وعبد الرحمن» أخرجه مسلم.
"Sizin Allah taalaya ən sevimli adlarınız, Abdullah və AbdurRəhmandır"1.
Gözəl ad seçmək, uşaqların haqlarından sayılır. Çünki, uşaq adı ilə tanınır və onunla da çağırılır. Ad, uşağın üzərində bir əlamətdir. O, xoşladığı və qəlbi rahat olduğu adı eşitdikdə rahatlanar və nəfsi dayaq tapar. Həmçinin burada olacaq haqda xəbər verən gözəl əlamət vardır və Peyğəmbər gözəl əlamətləri xoşlayardı. Əgər uşağın adı pis olarsa o yalnız pis söz eşidəcək və bununla çağırılacaqdır. Bu da onun təbiətini korlamaq üçün bir səbəb ola bilər. Bu ad onun canını sıxar və ciddi problemlərə səbəb ola bilər. İslam şəriətinin, uşaqlara gözəl ad qoymağı əmr etməsi, bu şəriətin gözəlliyindən bir guşədir. Peyğəmbər buyurmuşdur:
«فإن الله لا يحب الفحش ولا التفحّش» كما قال عليه الصلاة والسلام.
"Çünki, Allah taala pis işləri və pislikləri sevməz".
-
Sünnət etmək. Uşaqları sünnət etmək fitrətdən və Peyğəmbərin sünnəsindəndir (qoyduğu qaydalardandır). Əbu Hureyrə Peyğəmbərin belə buyurduğunu rəvayət edir:
قال رسول الله e: «الفطرة خمس: الختان، والاستحداد، وقص الشارب، وتقليم الأظفار، ونتف الإبط».أخرجه البخاري في صحيحه ومسلم.
"Fitrət (işləri) beşdir: Sünnət, övrət yerlərini qırxmaq, bığları qısaltmaq, dırnaqları tutmaq və qoltuqaltı tükləri yolmaq"1.
Eləcə də, sünnət təmizlik və yaradılışın gözəlləşdirilməsi deməkdir. Sünnət olunmayanlar natəmizlikdən və digər səhhətə aid problemlərdən şikayətlənirlər. Bu da açıq dəlildir ki, sünnət etmək fitrətdəndir. İslam şəriəti də bu fitrəti dəstəkləyərək sünnət etməyi müstəhəb etmişdir.
-
Onlarla nəvaziş və rəhmətlə davranmaq. Peyğəmbər bu xüsusiyyətə görə Qureyş qəbiləsindən olan saleh qadınları tərifləmişdir. Əbu Hureyrə Peyğəmbərin belə buyurduğunu deyir:
عن النبي e قال:«خير نساء ركبن الإبل صالح نساء قريش، أحناه على ولد في صغره، وأرعاه على زوج في ذات يده». أخرجه البخاري في صحيحه ومسلم.
"Dəvə üzərində oturmuş ən xeyirli qadınlar Qüreyşli qadınlardır. Bu qadınlar körpə uşağa nəvazişlə baxar, öz ərinə gözəl xidmət göstərərlər"2.
Uşaqlara qarşı rəhmli və şəfqətli davranmaq lazımdır. Əslində həyatı, rəhmət və mərhəmətsiz təsəvvür etmək mümkün deyildir.
-
Onlar özlərini dolandırmaq iqtidarında olana qədər, onların xərcliklərini və gündəlik təlabatlarını ödəmək atanın boynundadır. Bu xərclik və gündəlik təlabata yemək, içmək, geyim, məskunlaşma, müalicə, oxutmaq və tərbiyə etmək daxildir. Bunlar həm qız, həm də oğlan uşaqlarının haqlarıdır.
Sovban Peyğəmbərin belə buyurduğunu rəvayət edərək deyir:
قال رسول الله e: «أفضل دينار ينفقه الرجل: دينار ينفقه على عياله، ودينار ينفقه الرجل على دابته في سبيل الله، ودينار ينفقه على أصحابه في سبيل الله» أخرجه مسلم.
"Kişinin xərclədiyi ən yaxşı dinar (pul), ailəsi, Allah taala yolunda mindiyi miniyi və Allah yolunda öz yaxınları üçün xərclədiyi dinardır (puldur)"1.
Əbu Hureyrə Peyğəmbərdən rəvayət edərək deyir:
قال رسول الله e: «دينار أنفقته في سبيل الله، ودينار أنفقته في رقبة، ودينار تصدقت به على مسكين، ودينار أنفقته على أهلك، أعظمها أجرا الذي أنفقته على أهلك». أخرجه مسلم.
"Allah yolunda xərclədiyin dinar, kölə azad etdiyin dinar, kasıba verdiyin dinar və ailən üçün xərclədiyin dinar. Bunların ən çox savab olanı ailən üçün xərclədiyin dinardır"2.
Çünki, azyaşlı uşaq, qız və ya oğlan olmasından asılı olmayaraq qazanc əldə etmək iqtidarında deyildir. Ona görə də Allah taala bu xərcliyi ata üzərində vacib hüquqlardan etmişdir. Ona görə ki, bu uşaqların gələcək həyatları güclü kömək və dəstək əsasında qurulmalıdır. Allah taala ataların qəlblərində elə bir məhəbbət və mərhəmət yaratmışdır ki, onlar bu xərcləri ödəməkdə heç bir çətinlik çəkməzlər. Bununla belə Allah taala bunu vacib etmiş və atalara etdikləri bu əməlin əvəzi olaraq çoxlu savab vəd etmişdir. Peyğəmbər buyurmuşdur:
قال عليه الصلاة والسلام: «إنك لن تنفق نفقة تبتغي بها وجه الله إلا كان لك فيها أجر حتى ما تجعل في فِيِّ امرأتك» رواه البخاري في صحيحه ومسلم.
"Sən Allah yolunda xərclədiyin hər malın savabını qazanırsan. Hətta həyat yoldaşına yedizdirdiyin bir tikənin də savabını qazanırsan..."3. Bütün deyilən və vəd olunanlar ataları bu və digər xərcliklərdə xəsislik etməməyə çağırır!
-
Övladlar arasında bərabərliyin vacibliyi. Onların arasında qız yaxud oğlan olmasından asılı olmayaraq heç bir fərq qoymamaq.
عن النعمان بن بشير-رضي الله عنهما-قال: تصدق علي أبي ببعض ماله، فقالت أمي عمرة بنت رواحة: لا أرضى حتى تشهد رسول الله e فانطلق أبي إلى النبي e ليشهده على صدقتي. قال له رسول الله r: «أفعلت هذا بولدك كلهم »؟ قال: لا. قال: «اتقوا الله واعدلوا في أولادكم». فرجع أبي، فرد تلك الصدقة.أخرجه البخاري في صحيحه ومسلم.
Noman Ibn Bəşir deyir: Atam malının bir hissəsini mənə sədəqə olaraq vermişdi. Anam, Amratu Bint Rəvahə dedi ki, Peyğəmbərdən bu haqda soruşmasan mən razı olan deyiləm! Atam Peyğəmbərin yanına gedib mənə verdiyi sədəqə haqda soruşdu. Peyğəmbər buyurdu: "Bu sədəqəni, övladlarının hamısına vermisənmi?" Atam: xeyr, deyərək cavab verdi. Peyğəmbər buyurdu: "Allahdan qorxun və övladlarınız arasında adillik edin!" Atam, qayıdıb mənə verdiyi sədəqəni geri götürdü1.
Övladlar arasında adillik etmək vacibdir.
( وإذا أعطى بعض ولده شيئا لم يجز حتى يعدل بينهم ويعطي الآخرين مثله ).أخرجه البخاري في صحيحه.
"Övladlarının bəzilərinə bir şey verdikdə digərlərinə də eynisini vermək lazımdır. Yalnız bu halda onlara qarşı adil olmaq mümkündür"2.
Bu şəriət qaydasında, ataya və övlada həddindən artıq çox mərhəmət və lütf vardır.
-
Övladlar arasında fərq qoymaq, onların birini digərinə qarşı həsədli, nifrətli və qəzəbli edir. Bunu, Yusif peyğəmbər (Ona Allahın salamı olsun!) və onun qardaşlarının əhvalatı təsdiq edir. Əslində Yaqub (Ona Allahın salamı olsun!) Yusifə digər qardaşlarından daha çox xərclik verməmişdi. Sadəcə olaraq atalarının Yusifi onlardan daha çox sevdiyini hiss edib istədiklərini etdilər.
Əgər qardaşlar arasında həsəd və nifrət varsa, deməli onların qohumluq əlaqələri qırılmış hesab olunur. Belə halda onlar bir-birinə dayaq olmaqdan vaz keçər, düşmənçilik və nifrət göstərərlər.
-
Övladlar arasında fərq qoymaq, onların valideynin üzünə ağ olmalarına səbəbdir. Çünki şeytan, məhrum edilmiş övlada: “atan səni sevmir, digər qardaşını səndən çox sevir” deyərək vəsvəsə verəcəkdir. Nəticədə övlad valideynlərin haqlarını layiqincə verməyəcəkdir. Ona görə də Peyğəmbər Noman ibn Bəşirin nəql etdiyi hədisinin bəzi rəvayətlərində buyurmuşdur:
في إحدى روايات حديث النعمان بن بشير: «أيسرك أن يكونوا لك في البر سواء؟»
"Sənə göstərdikləri yaxşılıqda eyni olmalarını istəmirsənmi?"
-
Ata xərclik verməkdə övladları arasında fərq qoymaqla, övladlarının niyyətlərini korlamış olur. Çünki, bundan sonra onlar, etdikləri əməlləri və itaətlərini Allah taala üçün deyil, atalarının gözündə yaxşı görünmək və digər qardaşa verilən xərcliyə nail olmaq üçün edəcəklər.
-
Xərclik verilən övlad özünü digər qardaşlarından üstün və daha layiqli hesab edə bilər. Bu da onun həlak olması və işlərinin pozulması üçün kifayətdir.
-
Övladlara yaxşı tərbiyə vermək: Allah taala buyurur:
(الإسراء:24)
"“Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de." (əl-İsra: 24).
... إلى قوله تعالى: (لقمان: 13-19)
"(Ya Rəsulum!) Yadında qalsın ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)”. Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara qulaq as!), tövbə edib Mənə tərəf dönənlərin (İslamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman öyüd-nəsihətinə davam edərək) dedi: “Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır! Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir! Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!" (Loğman: 13-19).
Bu, ataların boynuna düşən ən mühüm vacib olandır. Çünki Allah taala insanı yalnız Ona ibadət etmək üçün yaratmışdır. Allah taala buyurur:
(الذريات:56)
"Mən, cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!" (əz-Zariyat: 56).
İbadətlərin ən əzəmətlisi də namazdır. Atanın öz övladına namaz qılmağı əmr etməsi vacibdir. Peyğəmbər buyurmuşdur:
قال عليه الصلاة والسلام: «مروا أولادكم بالصلاة لسبع واضربوهم عليها لعشر وفرقوا بينهم في المضاجع» رواه أبو داود في سننه، وهو حديث حسن.
"Övladlarınıza yeddi yaşları tamamlandıqda namaz qılmağı əmr edin. On yaşlarından isə (namaz qılmasalar) onları vurun və (qızlarla oğlanların) yataqlarını ayırın"1.
Bu, övladların ata üzərində olan ən əhəmiyyətli haqdır. Çünki ata yalnız əməlisaleh övladından xeyir görə bilər. Əməlisaleh övlad öz atasına yaxşılıq edər, onun üçün dua edər, adından sədəqə verər və onun vəfatından sonra ona fayda verər. Allah taala atalara öz övladlarını tərbiyə etməyi və şəriət qanunlarına riayət etməyi əmr etmişdir. Bu, atanın övlada olan hədsiz yaxşılığıdır. Əslində bu, atanın özü üçün etdiyi bir yaxşılıqdır. Çünki, əgər övlad əməlisaleh olarsa, atasına həm sağlığında və həm də öləndən sonra fayda verər. Övlad fasiq olarsa sağlığında ona zərər verər, öləndən sonra isə ona xeyir verməz.
Onlar üçün xeyir və doğru yol istəməklə dua etmək: Allah taala İbrahim və İsmailin dualarından bəzilərini xatırladaraq buyurmuşdur:
(البقرة:128)
"(İbrahim və İsmail dedilər: ) “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər. tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!”" (əl-Bəqər: 128).
Həmçinin Allah taala Zəkəriyyə peyğəmbərin belə dua etdiyini buyurur:
(مريم: 5-6)
"Mən özümdən sonra gələn qohum-əqrabamdan (yerimə keçəcək əmioğlularımın və digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki, O həm mənə, həm də Yəqub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o (öz əqidəsi, itaəti və gözəl əxlaqi ilə) riza (Sənin rizanı) qazanmış olsun!”" (Məryəm: 5-6)
Əbu Hureyrə Peyğəmbərdən rəvayət edərək buyurur:
عن النبي e قال: «ثلاث دعوات مستجابات لا شك فيهن، دعوة الوالد، ودعوة المسافر، ودعوة المظلوم». رواه أبو داود في سننه والترمذي في سننه وابن ماجه في سننه وحسنه الترمذي والألباني وغيرهما.
"Üç dua qəbul olunandır və bu duaların qəbul olunmasında heç bir şübhə yoxdur. Atanın duası, müsafirin duası və məzlumun duası"1.
Əgər Allah taala rəhmət olaraq, ata-analara övladları üçün etdikləri duaları qəbul edəcəyini vəd edibsə, onlar övladları üçün gözəl dualar etməyi unutmamalıdırlar. Çünki övladlar nə qədər bu dünyada sağdırlarsa, valideynlər üçün dünyada göz işığı, öldükdən sonra isə daimi sədəqə ola bilərlər.
Bu, valideynlərin boynuna düşən bəzi övlad haqlarıdır. Biz sadəcə olaraq onun az bir hissəsində İslamın gözəlliklərini qeyd etdik. Deyilənlərin hamısı, İslam şəriətinin kamil və hikmətli şəriət olmasının sübutudur.
Yeddinci: İslamda qadın hüquqları:
-
İslamdan öncə, Cahillik dövründə insanlar qız uşaqlarını özlərinə ayıb və ar hesab edərdilər. Bu hissiyat bəzi yerlərdə, başqa üsullarla, hələ də davam etməkdədir. İlk Cahillik dövründə bəziləri doğulmuş qız uşaqlarını diri-diri basdırırdılar. Müasir Cahillik dövründə isə çox insanlar var ki, uşağının qız olduğunu bilib uşağı saldırır (abort etdirir) və həmin körpəni həyatdan məhrum edirlər.
İslam dini qız uşaqlarına qarşı olan bu münasibəti rədd edir, onlara bəslənən nifrət və məyusluğa qarşı mübarizə aparır, qadınlara həyatda zəruri olan hüquqlarını verir. Ona görə də Cahillik dövrünə bunu eyib sayaraq buyurmuşdur:
(النحل:57-59)
"Onlar Allaha qızlar isnad edirlər (Mələklər Allahın qızlarıdır, deyirlər). Allah pakdır, müqəddəsdir. (Onun oğula-qıza ehtiyacı yoxdur.) Özlərinə gəldikdə isə istədiklərini (oğlan uşaqlarını) aid edirdilər. Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralır. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənir. (Allah bilir!) Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? (Diri-diri basdıracaq?) Bir görün onlar necə pis mühakimə yürüdürlər! (Oğlanları özlərinə götürüb qızları Allaha isnad edirlər.)" (ən-Nəhl: 57-59).
(التكوير: 8-9)
"Diri-diri torpağa gömülən körpə qızdan: “Axı o hansı günaha görə öldürüldü?”; soruşulacağı zaman;" (ət-Təkvir: 8, 9).
Əslində İslam dini qızları gözəl tərbiyə etməyə, onlara yaxşı baxmağa yönəltmiş və bunun əvəzində çox böyük savab vəd etmişdir.
فعن عائشة – رضي الله عنها – قال: جاءتني مسكينة تحمل ابنتين لها، فأطعمتها ثلاث تمرات، فأعطت كل واحدة منهما تمرة، ورفعت إلى فيها تمرة لتأكلها، فاستطعمتها ابنتاها، فشقت التمرة التي كانت تريد أن تأكلها بينهما، فأعجبني شأنها، فذكرت الذي صنعت لرسول الله e فقال: «إن الله قد أوجب لها بها الجنة أو أعتقها بها من النار». أخرجه مسلم.
Aişə deyir: "kasıb bir qadın iki qızı ilə birlikdə mənim yanıma gəldi. Mən ona üç ədəd xurma verdim. O, qızlarının hərəsinə bir xurma yedizdirdi. Birini də özü yemək istədikdə qızları ondan həmin xurmanı da istədilər. O, əlində olan xurmanı iki hissəyə bölüb onlara verdi. Qadının bu hərəkəti mənim çox xoşuma gəldi. Mən onun hərəkətini Peyğəmbərə danışdıqda o belə buyurdu: "Allah taala bu qız uşağı ilə ona cənnəti (oraya daxil olmağı) vacib etmiş, yaxud o qız uşağı ilə onu cəhənnəmdən xilas etmişdir"1.
Ənəs ibn Malik Peyğəmbərdən rəvayət edərək deyir:
قال رسول الله e: «من عال جاريتين حتى تبلغا جاء يوم القيامة أنا وهو وضم أصابعه». أخرجه مسلم.
"Kim iki qız uşağını böyüdüb başa çatdırarsa qiyamət günü mənimlə belə olar" deyərək (şəhadət və orta) barmaqlarını birləşdirdi"1.
-
İslam, qadının ibadət əhli və şəriət qanunlarının icraçılarından olduğunu qeyd etmişdir. Kişilərə müraciət etdiyi kimi onlara da müraciət etmişdir. İtaət etmələri müqabilində kişilərə verilən savab qadınlara da verilmişdir. Bu haqda Allah taala buyurur:
(آل عمران:195)
Dostları ilə paylaş: |