Islamın gözəllikləri



Yüklə 3,26 Mb.
səhifə18/19
tarix01.05.2017
ölçüsü3,26 Mb.
#16392
1   ...   11   12   13   14   15   16   17   18   19

Həya:

İslamın həyanı əmr etməsi, onun əzəmətini və gözəlliyini bildirir. Hər bir dinin öz əxlaqı meyarı varsa, İslamın əxlaqı da həyadır. Peyğəmbərin  buyurduğu kimi:

والحياء لا يأتي إلا بخير كما قال رسول الله r. أخرجه البخاري في صحيحه ومسلم.

Həya yalnız xeyir gətirir2.

Həyalı əxlaq ən gözəl, əzəmətli, üstün və çox faydalı əxlaqdır. Həm də o insana xas olan xüsusiy­yət­lər­dəndir. Kimin həyası yoxdursa insanlıqda onun payı yalnız bədənindəki ət, qan və onun zahiri görünüşüdür. Belə adamda xeyirdən də bir pay olmaz. Əgər həya olmasaydı qonağa hörmət olunmaz, vədə sadiqlik olmaz, əmanətlər qaytarılmaz, heç kəsin ehtiyacı ödənilməz, insan yaxşı işləri axtarmaz, pisliklərdən çəkinməz, ayıb yerlərini qorumaz, fahişəlikdən çəkinməzdi. Çox adamlar var ki, həyası olmasaydı onlara əmr edilənləri yerinə yetirməz, heç kəsin haqqına fikir verməz, qohumluq əlaqələrini saxlamaz və ya atadan yaxşılıq gör­məzdilər. Bu əməllərin həyata keçirilməsinə səbəb dini və ya dünyəvi ola bilər. Dini səbəb: etdiyi bu əməlin savabını arzu etmək, dünyəvi səbəb isə: insanın öz əxlaqında olan həyası ilə deyilən əməlləri etməsidir. Deyilənlərdən görünür ki, əgər Allahdan və bəndədən həya edilməsə adını çəkdiyimiz əməllərin heç biri həyata keçməz.

Ona görə Peyğəmbər  ənsarlardan (Mədinəli səhabələrdən) birinin öz qardaşını həyaya görə danladığını eşitdikdə buyurmuşdu:

مَرَّ رَسُولُ الله r عَلَى رَجُلٍ مِنْ الأَنْصَارِ وَهُوَ يَعِظُ أَخَاهُ فِي الْحَيَاءِ فَقَالَ رَسُولُ اللَّهِ r: «دَعْهُ فَإِنَّ الْحَيَاءَ مِنْ الإِيمَانِ»، أخرجه البخاري في صحيحه ومسلم.



"Ondan əl çək. Həqiqətən həya imandandır"3.

Digər hədisdə Peyğəmbər  buyurmuşdur:

«إِنَّ مِمَّا أَدْرَكَ النَّاسُ مِنْ كَلامِ النُّبُوَّةِ إِذَا لَمْ تَسْتَحْيِ فَافْعَلْ مَا شِئْتَ» أخرجه البخاري في صحيحه.

"İnsanların eşitdikləri Peyğəmbər kəlamlarından biri: Əgər utanmırsansa istədiyini et! – kəlamıdır"4.

Yəni, kim öz həyasını itirərsə görülən yaxşı və ya pis işlərə fikir verməz.



İffətli olmaq və ayıb yerlərini qorumaq:

İslam dininin, əsası paklıq, şərəf, ləyaqət, iffət olan bir cəmiyyət qurması onun daha bir özəlliyidir. O, Allah taala tərəfindən nazil edilən bir dindir. Bu əsaslar hər bir cəmiyyətin əsasını təşkil etdiyi üçün İslam dini bu əxlaq əsaslarına xüsusi yer vermiş və misli-bərabəri olmayan nizam-intizam qaydaları yaratmışdır. Bu qaydaların əsas prinsipi insanın fitrətinə, yaradılış əslinə uyğunluğudur. Bu əxlaq qaydaları insanı pis və rəzil işlərə düşməkdən qoruyur. Amma bu heç də sizə təəccüblü və qəribə gəlməsin. Çünki bu əxlaq qanunlarını buyuran bütün varlıqların xaliqi Allah taaladır. O, bəndələrinin ehtiyaclarını və onları islah edəcək amilləri yaxşı bilir. Allah taala bunu təkidlə belə buyurur:

{       } (الملك:14)

"Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!" (əl-Mülk: 14).

Bu mövzuda İslamın buyurduğu əsas və qaydalardan danışmaq çoxşaxəli mövzudur. Hörmətli oxucu! Ona görə də yalnız: İslamın cəmiyyəti və fərdi iffət və şərəflə tərbiyə etməsinin gözəlliyini və doğru yolunu açıqlayan bəzi misallara nəzər yetirməklə kifayətlənəcəyəm:



  • Allah taala mömin bəndələrinə ayıb yerlərini qorumağı əmr etmiş və buna görə onlara cənnəti vəd etmişdir. Allah taala buyurur:

{                 } (النور:30)

"(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!" (ən-Nur: 30).

Allah taala, Öz bəndələrinə ayıb yerlərini və gözlərini qorumağı əmr etmişdir. Çünki, gözü qorumaq ayıb yerlərini qorumaq üçün bir vasitə və köməkçidir. Bundan sonra onları bu işə: ayıb yerlərini və gözlərini qorumağa təşviq edərək bu əməlin qəlb və dinləri üçün daha pak olduğunu buyurmuşdur.



  • Dünyada ayıb yerlərini zinadan qoruyanlara cənnətdə hurilər vəd etmişdir. Hurilər də yaradılmış qadınların ən gözəlidir. İslam ilə qeyrisinin arasında olan fərq elə bundadır. İnsanın qoyduğu qanunlarda, fahişəlik cəzadan, rüsvaydan və biabırçılıqdan qorxaraq tərk edilir. Bu qorxu, yəni, işinin aşkara çıxması, olmasaydı o həmin əməli edərdi. İslamda isə belə deyil, əksinə müsəlman pis işləri Rəbbinin razılığını və vəd etdiyi savabı qazanmaq üçün tərk edir. Onun edə biləcəyi pis işi heç kəs görməsə də o yenə həmin pis əməli yerinə yetirməz. Çünki onun istəyi məxluqatın Rəbbinədir. Allah taala isə insanın nə etdiklərindən xəbərdardır.

  • İslam, iffət və izzəti qorumaq və yad kişiləri məftun etməmək üçün qadınlara hicab geyməyi və ayıb yerlərini yad kişilərdən qorumağı əmr etmişdir. Allah taala buyurur:

{             } (النور: 31)

"Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər;..." (ən-Nur: 31).

İslam şəriəti belə halların qarşısını almaq, gənclərin şəhvətinin təmin edilməsi və onların haramdan qorunması üçün onlara evlənməyi əmr, onu tezləşdirməyi isə tövsiyə etmişdir. Evlənmək iqtidarında olmayanlara isə oruc tutmağı tövsiyə etmişdir. Oruc: hər hansı bir gün Allaha ibadət olaraq yemək və içməkdən imtina etməkdir. Belə olduqda oruc onun şəhvətini yüngülləşdirir. Peyğəmbər  buyurmuşdur:

«يَا مَعْشَرَ الشَّبَابِ مَنْ اسْتَطَاعَ مِنْكُمْ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ وَأَحْصَنُ لِلْفَرْجِ وَمَنْ لَمْ يَسْتَطِعْ فَعَلَيْهِ بِالصَّوْمِ فَإِنَّهُ لَهُ وِجَاءٌ». أخرجه البخاري في صحيحه ومسلم.

"Ey Cavanlar! Kim evlənməyi bacarırsa evlənsin. Çünki evlənmək gözün və ayıb yerlərinin qorunması üçün vasitədir. Kim evlənməyi bacarmırsa onda oruc tutsun. Və oruc onun (şəhvətin qarşısını almağın.) dərmanıdır"1.


  • İffətin dünyəvi faydası: bədənin sağlam və cəmiyyətin xəstəliklərdən salamat olmasıdır. Həkimlər yekdilliklə deyirlər ki, cəmiyyətdə xəstəliklərin yayılmasının ən başlıca səbəbi həmin cəmiyyətdə edilən fahişəliklərdir.

  • Fahişəliyin yayılması və iffətin itməsinin nəticələri isə cinayətlərin yayılması və nəsil-nəcabətin itməsi ilə əlaqəlidir.

  • Iffətini itirmiş cəmiyyət xəstə və fitnə-fəsadlı, ləyaqət və şərəfdən uzaq düşmüş bir toplumdur. Çünki insanı heyvandan fərqləndirən ən böyük səbəb iffətdir.

Müsəlmanın eybini örtmək:

Bu əzəmətli din, çətinlik deyil asanlıq, rəhmət və mərhəmət dinidir. Allahın dininə riayət edən müsəlman günah etdikdə ona həmin günahdan tövbə etmək əmr olunur. Əgər o Allaha tövbə edərsə Allah taala onun tövbəsini qəbul edər və onun günahını bağışlar. Onun günah işlətdiyini görən müsəlmanlara isə həmin günahkarı rüsvay etməmək üçün onun eybini örtmək əmr olunur. Çünki belə halda o, daha rahat və asan tövbə edə bilər. Müsəlmanın eybini örtmək din qardaşlığı haqlarındandır. Hədislərin birində Peyğəmbər  buyurur:

«مَنْ سَتَرَ مُسْلِمًا سَتَرَهُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ». أخرجه البخاري في صحيحه ومسلم.

"Kim bir müsəlmanın eybini örtərsə Allah taala qiyamət günü onun eyiblərini örtər"1.

Ona görə də müsəlman cəmiyyətlərinin üzvləri çox arxayınlıq və rahatlıqda yaşayırlar. Digər cəmiyyətlərdən fərqli olaraq, onların etdikləri günahlar şişirdilmir. Çünki pis iş görən adamın eybi örtülür və rüsvay edilmir. İnsan öz evində hər tərəfdən örtülüdür. Onun evinin sirlərini bilmək üçün casusluq etmək və övrətlərini araşdırmaq olmaz. Peyğəmbər  buyurmuşdur:

«يَا مَعْشَرَ مَنْ آمَنَ بِلِسَانِهِ وَلَمْ يَدْخُلْ الإِيمَانُ قَلْبَهُ لاَ تَغْتَابُوا الْمُسْلِمِينَ وَلاَ تَتَّبِعُوا عَوْرَاتِهِمْ فَإِنَّهُ مَنْ اتَّبَعَ عَوْرَاتِهِمْ يَتَّبِعُ اللَّهُ عَوْرَتَهُ وَمَنْ يَتَّبِعْ اللَّهُ عَوْرَتَهُ يَفْضَحْهُ فِي بَيْتِهِ». أخرجه أبو داود في سننه وأحمد في مسنده، وسنده حسن.

"Ey dilləri ilə iman gətirib, qəlblərinə iman daxil olmayanlar! Müsəlmanların qeybətini etməyin. Onların eyiblərini axtarmayın. Həqiqətən kim onların eyiblərini axtararsa Allah taala də onun eyiblərini araşdırar. Və Allah taala kimin eyiblərini araşdırarsa onu olduğu evində rüsvay edər"2.

Hətta bəndəyə pis iş etdikdə öz eyiblərini örtmək əmr olunmuşdur. O, etdiyi əməlini insanlar qarşısında danışmaq və günahını ifşa etməklə Allahın ona verdiyi örtüyü açmasın. Çünki belə etmək onun tövbəsi üçün daha yaxşıdır. Günahı ifşa etmək və o haqda başqasına danışmaq günaha kiçik baxış yaradır. Günaha kiçik baxmaq isə ondan tövbə etməməklə nəticələnir. Müsəlmanın eyibni örtmək edilən günahların yayılmamasına səbəbdir. Bu isə İslama riayət edən digər müsəlmanların günahlardan qorunmalarına kömək edir. Həmçinin eyiblərin gizli saxlanması həmin adamı rəzalətdən qoruyur. Çünki günahlar insanı rəzalətə uğradır. Peyğəmbər  buyurmuşdur:

«كُلُّ أُمَّتِي مُعَافًى إِلاَّ الْمُجَاهِرِينَ وَإِنَّ مِنْ الْمُجَاهَرَةِ أَنْ يَعْمَلَ الرَّجُلُ بِاللَّيْلِ عَمَلاً ثُمَّ يُصْبِحَ وَقَدْ سَتَرَهُ اللَّهُ عَلَيْهِ فَيَقُولَ: يَا فُلاَنُ عَمِلْتُ الْبَارِحَةَ كَذَا وَكَذَا وَقَدْ بَاتَ يَسْتُرُهُ رَبُّهُ وَيُصْبِحُ يَكْشِفُ سِتْرَ اللَّهِ عَنْهُ». أخرجه البخاري في صحيحه ومسلم.

"Mücahirlərdən (günahlarını və pis işlərini ifşa edənlərdən) başqa, bütün ümmətim bağışlanandır. Mücahirliyə məsəl olaraq: Kimsə gecə vaxtı bir pis iş görür və Allah taala onun bu eybini örtür. O isə deyir: Ey filankəs! mən dünən belə-belə iş görmüşəm. Allah taala gecə o yatan zaman onun eybini örtür, o isə səhər açılan kimi öz eybini ifşa etməklə üzərindən Allah örtüyünü götürür"1.

İslam şəriətinin günahları bu üsulla müalicə etməsi çox təəccüblü bir üsuldur. Bu üslubun günah işlətməklə haqq yoldan azanlara çox böyük müsbət təsiri var. Bununla onlar islah olunur, fəlakət yolundan uzaqlaşır, öz namus və ləyaqətlərini insanların dedi-qodusundan qoruyarlar.

Bu həmçinin cəmiyyətdə yaranmış gizli xəstəliklərin ictimai müalicəsidir. Beləliklə, həmin günahlar cəmiy­yət­də yayılmaz və ümumi qaydaya çevrilməz. Eyiblərin ifşa edilməsi nifrət, qəzəb və cəmiyyətdə parça­lanma ilə nəticələndiyi halda, eyiblərin gizli saxlanması insanlar arasında mehribançılıqla nəticələnir.

Öyüd-nəsihət:

Möminlərə öz aralarında bir-birlərinə öyüd-nəsihət verməyi əmr etmək İslam şəriətinin əzəmət və mərhə­mə­tini göstərir. Hər bir müsəlman öz qardaşına öyüd-nəsihətlə, onu yaxşı işlərə təşviq edir və şər işlərdən isə çəkindirir.

Öyüd-nəsihət möminlərin simalarındandır. Bu haqda Allah taala buyurur:

{                } (العصر:1-3 )



"And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına) ki, İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir? Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)" (əl-Əsr: 1-3).

Bu ayələrdə Allah taala, iman gətirib, yaxşı əməl görən, haqqı, səbri tövsiyə və öyüd-nəsihət edənlərdən başqa bütün insanların ziyan içində olduqlarını qeyd edir.

İslam, öyüd-nəsihəti müsəlmanın qardaşlıq haqlarından etmişdir. Bir müsəlman mülayim şəkildə digərinin səhvlərini ona çatdırmalı və ona öyüd-nəsihət etməlidir. Onu insanlar qarşısında rüsvay etməməlidir. Əs­lində onun öyüd-nəsihətdə məqsədi qardaşının xətasını düzəltmək və ona tövsiyə etmək olmalıdır. Çox vaxt insan öz xətalarından qafil olduğu üçün bir müsəlmanın digərinə nəsihət etməsi əmr edilmişdir. Peyğəmbər  hədislərinin birində buyurur:

«حَقُّ الْمُسْلِمِ عَلَى الْمُسْلِمِ سِتٌّ، قِيلَ: مَا هُنَّ يَا رَسُولَ اللَّهِ ؟ قَالَ: إِذَا لَقِيتَهُ فَسَلِّمْ عَلَيْهِ، وَإِذَا دَعَاكَ فَأَجِبْهُ، وَإِذَا اسْتَنْصَحَكَ فَانْصَحْ لَهُ، وَإِذَا عَطَسَ فَحَمِدَ اللَّهَ فَشَمِّتْهُ، وَإِذَا مَرِضَ فَعُدْهُ، وَإِذَا مَاتَ فَاتَّبِعْهُ». أخرجه مسلم.



"Bir müsəlmanın digəri üzərində altı haqqı vardır". Səhabələr: onlar hansılardır? – deyə soruşdular. O buyurdu: "Səninlə qarşılaşdıqda ona salam ver, səni qonaq çağırdıqda onun dəvətini qəbul et, səndən öyüd-nəsihət istədikdə ona öyüd-nəsihət ver, asqırıb Əlhəmdulilləh dedikdə, ona Yərhəmukəllah de, xəstələndikdə onu ziyarət et və öldükdə onun cənazəsini müşayiət et"1.

Heç şübhə yoxdur ki, öyüd-nəsihət cəmiyyətin islah edilməsi üçün ən gözəl vasitədir. Öyüd-nəsihətlə xətalar düzələr, şərəf və ləyaqət yayılar, zəlalətdə olan doğru yola gələr, qafil insan qəflətdən ayılar.



Susmaq və dili qorumaq:

İnsana dilini qorumasını və batil sözlərdən çəkinməsini əmr etmək İslam şəriətinin kamilliyindəndir. Çünki dilin həcmi kiçik, təhlükəsi isə böyükdür. İslam, müsəlmana yalnız xeyir danışmağı əmr etmişdir. Danışmağa xeyirli sözü olmadıqda isə susmağı ona əmr etmişdir. Peyğəmbər  buyurmuşdur:

«مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ فَلْيَقُلْ خَيْرًا أَوْ لِيَصْمُتْ». أخرجه البخاري في صحيحه ومسلم.

"Kim Allaha və axirət gününə iman gətirirsə xeyir söyləsin və ya sussun"1.

Qurani Kərimdə deyilir ki, kim nə danışırsa onun əməl kitabına yazılır və qiyamət günü ona görə sorğu-sual olunacaqdır. Allah taala buyurur:

{        } (قّ:18)

"Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf: 18).

Bu İslam üslubu çox əzəmətli üslubdur. O, dilin böyük təhlükəsini nəzərə alaraq onu qorumağı əmr etmişdir. Çünki tarix boyu dil: ixtilaflar, qırğınlar, nifrət, qəzəb, müharibələr, qan axıtmaq və .s bu kimi - çox bəlalar gətirmişdir.



Ona görə də İslam şəriəti dili yersiz işlətməkdən çəkindirmişdir. Buna misal olaraq aşağıdakıları demək olar:

  • Yalan danışmağın qadağan edilməsi. Bu haqda sadiqlik haqda danışanda qeyd etmişdik.

  • Qeybətin qadağan edilməsi. Qeybət, qardaşının xoşlamadığı pis işləri başqalarının hüzurunda danışmaqdır. Qeybət, müsəlmanlar arasında olan mehribançılığa son qoyur və aralarına nifaq salır. Bu, qeybət edənin pis əməlini və nəfsi alçaqlığını göstərir. Peyğəmbər  buyurmuşdur:

«أَتَدْرُونَ مَا الْغِيبَةُ ؟» قَالُوا: اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ: «ذِكْرُكَ أَخَاكَ بِمَا يَكْرَهُ » قِيلَ: أَفَرَأَيْتَ إِنْ كَانَ فِي أَخِي مَا أَقُولُ ؟. قَالَ: «إِنْ كَانَ فِيهِ مَا تَقُولُ فَقَدْ اغْتَبْتَهُ، وَإِنْ لَمْ يَكُنْ فِيهِ ما تقول فَقَدْ بَهَتَّهُ». أخرجه مسلم.

"Bilirsinizmi qeybət nədir?" Səhabələr dedilər: Allah və rəsulu daha yaxşı bilərlər. O, buyurdu: "Qeybət: qardaşının xoşlamadığını onun haqda danışmaqdır". Orada olanlar dedilər: bəs əgər dediyim doğurdan da qardaşımda olarsa, onda necə? O, buyurdu: "Əgər dediyin qardaşında varsa sən onun qeybətini edirsən. Əgər sənin dediyin onda yoxdursa onda ona böhtan atmış olursan"2.

  • Nəmmamlığın (söz gəzdirməyin) qadağan edilməsi. Nəmmamlıq: insanların bir-birlərinə dedikləri pis sözləri onlara çatdırmaqdır. Bu əməl mehriban insanların arasını vurur, bir-birlərinə qarşı düşmənçilik yaradır, məhəbbət və ülfəti yox edir. Əməlin belə pis nəticəsi onu edən adamın şərəfsiz və ləyaqətsiz olduğunu göstərir. Ona görə Peyğəmbər  buyurmuşdur:

«لاَ يَدْخُلُ الْجَنَّةَ نَمَّامٌ». أخرجه البخاري في صحيحه ومسلم.

"Nəmmamlıq edən cənnətə daxil olmayacaqdır!"1.

  • Lağa qoymağın və istehza etməyin qadağan edilməsi. Bu əməllər insanın haqlarını tapdalamaq, cəmiyyətin ləyaqətini pozmaqdır. İstehza olunan istehza edəndən özünün qisasını almağa bir fürsət axtarır. Allah taala buyurur:

{                                           }(الحجرات:11)

"Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)" (əl-Hucurat: 11).

  • Yalandan şahidlik etməyin qadağan edilməsi. Bu, batilə: nəfsi tələf etmək, malı mənisəmək, insanlara zülm etmək və s. - nail olmaq üçün yalandan şahidlik etməkdir. Yalançı şahidlik insanların haqlarını tapdalayır, ədalət və insaf nişanələrini məhv edir. Beləliklə cəmiyyətdə onu məhv edəcək kütləvi fitnə-fəsad yayılır, əminəmanlıq və sabitlik pozulur. Peyğəmbər  buyurmuşdur:

«أَلاَ أُنَبِّئُكُمْ بِأَكْبَرِ الْكَبَائِرِ» ثَلاَثًا ؟ قَالُوا: بَلَى يَا رَسُولَ اللَّهِ، قَالَ: «الإِشْرَاكُ بِاللَّهِ وَعُقُوقُ الْوَالِدَيْنِ» - وَجَلَسَ وَكَانَ مُتَّكِئًا - فَقَالَ: «أَلاَ وَقَوْلُ الزُّورِ» قَالَ الراوي: ( فَمَا زَالَ يُكَرِّرُهَا حَتَّى قُلْنَا لَيْتَهُ سَكَتَ) أخرجه البخاري في صحيحه ومسلم.

"Sizə günahların ən böyüyünü söyləyimmi?" bunu üç dəfə təkrarladıqdan sonra, səhabələr: “Bəli”, deyərək cavab verdilər. O, buyurdu: "Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq", o, dirsəklənmişdi və bunları dedikdən sonra oturdu və buyurdu: "Həmçinin yalan deyilən söz". Rəvayətçi deyir: (o, bu sözü o qədər söylədi ki, hətta biz "kaşki susaydı" dedik)1.

  • Batil münaqişə, münazirə və mübahisə etməyin qadağan edilməsi. Çünki belə münaqişələr nifrətlə nəticələnir. İşi-gücü münaqişə yaratmaq olan adam çox nadir hallarda haqqa çatır. Allah taala buyurur:

{                          } (العنكبوت:46)

"Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! (Onlarla söhbət etdikdə) belə deyin: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!”" (əl-Ənkəbut: 46).

Əhdə vəfalı olmaq :

Vədi yerinə yetirməyi və əhdə vəfalı olmağı əmr etmək İslam şəriətinin gözəlliklərindəndir. Bu haqda Allah taala buyurur:

{    } (المائدة:1)

"Ey iman gətirənlər! Əhdlərə sadiq olun. ..." (əl-Maidə: 1).

{       }(الإسراء: 34)



"Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir. (İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda sorğu-suala tutulacaqdır)." (əl-İsra: 34).

Vəfalı olmaq İslam cəmiyyətinin bünövrəsinin əsaslarındandır. Çünki vəfalı olmaq, digər işləri də əhatə edir. İctimaiyyətdə olan bütün əlaqələr, vədlər və əhdlər vəfalılığa əsaslanır. Vəfalılıq itdikdə inam da itir. Bu isə işlərin korlanması və məcrasından çıxması deməkdir. Peyğəmbər  xəyanətin, xainliyin və vəfasızlığın möminlərin sifətlərindən deyil, münafiqlərin sifətlərindən olmasını qeyd edərək buyurmuşdur:

«أَرْبَعٌ مَنْ كُنَّ فِيهِ كَانَ مُنَافِقًا خَالِصًا وَمَنْ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنْهُنَّ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنْ النِّفَاقِ حَتَّى يَدَعَهَا إِذَا اؤْتُمِنَ خَانَ وَإِذَا حَدَّثَ كَذَبَ وَإِذَا عَاهَدَ غَدَرَ وَإِذَا خَاصَمَ فَجَرَ». أخرجه البخاري في صحيحه ومسلم.

"Dörd əlamət kimdə olarsa o xalis münafiq olar. Bu dörd əlamətdən biri olarsa o əməli tərk edənə qədər həmin adamda münafiqliyin bir xüsusiyyəti olar. Əmanətə xəyanət edər, danışanda yalan danışar, vəd verdikdə vəfasızlıq edər, münaqişə etdikdə günah (pis, nalayiq sözlərlə) danışar"1.

Şübhə yoxdur ki, İslamın qadağan etdiyi vəfasızlıq sifəti həmin adamın nəfsinin alçaqlığını göstərir. Belə adam cəmiyyət arasında nifrət olunan və sevilməyən insandır.

Vəfalı cəmiyyət bir-birinə inanan güclü cəmiyyətdir və düşmənləri ondan qorxarlar. Çünki vəfalı adam dediyini yerinə yetirəndir.

Yetimə himayədarlıq etmək:

İslam şəriəti cəmiyyətin bütün üzvlərinə və təbəqələrinə diqqət yetirən, hər kəsin haqqını verən kamil bir sistemdir. Onun qaydalarından biri də atasını itirmiş yetimə himayədarlıq etməkdir. Ata nəvazişindən məhrum olmuş bu kiçik uşaq istədiyinə lazımınca nail ola bilmir. Onun yeganə köməkçisi Allah taaladır. Belə halda İslam şəriəti yetimi himayəsinə götürüb onu tərbiyələndirənə böyük fəzilət bəxş etmişdir. Peyğəmbər  buyurmuşdur:

«كَافِلُ الْيَتِيمِ لَهُ أَوْ لِغَيْرِهِ أَنَا وَهُوَ كَهَاتَيْنِ فِي الْجَنَّةِ»، وَأَشَارَ راويه مالك: بِالسَّبَّابَةِ وَالْوُسْطَى. أخرجه مسلم.

"Öz yaxını olan və yaxını olmayan yetimə himayədarlıq edən, mənimlə cənnətdə belə olacaqdır" – deyərək şəhadət və orta barmağını bir yerdə gös­tərdi1.

Yetimə əziyyət vermək Qurani Kərimin çox ayələrində qadağan edilmişdir. Allah taala buyurur:

{      } (الضحى:9)

"Elə isə yetimə zülm etmə!" (əd-Duha: 9).

{         } (الماعون:1-2 )



"(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);" (əl-Maun: 1-2).

Yəni, yetimi təhqir edər, ona zülmkarlıq göstərər, yaxşılıq etməz və onu yedizdirməz .

{              } (النساء:10)

"Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiya­mət­də) alovlu Cəhənnəmə girəcəklər." (ən-Nisa: 10).

Şübhə yoxdur ki, cəmiyyətdə yaşayanların yetimlərə himayədarlıq etmələri həmin toplumda şəfqət və mərhəmətin yayılması deməkdir.

Həmçinin yetimləri başsız buraxmaq böyük fitnə-fəsaddır. Əgər yetimi islah edən himayədar olmasa o zəlalət içərisində boğular və pis insanların əlinə keçər. Ona görə İslam şəriəti yetimə belə böyük əhəmiyyət vermişdir.


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin