Islamın gözəllikləri



Yüklə 3,26 Mb.
səhifə17/19
tarix01.05.2017
ölçüsü3,26 Mb.
#16392
1   ...   11   12   13   14   15   16   17   18   19

Salamı yaymaq:

İslam şəriəti müsəlmanlar arasında mehribançılıq və mülayimlik yarada biləcək hər bir vasitəni buyur­muş­dur. Belə vasitələrdən biri salam vermək və müsəlmanlar arasında onu yaymaqdır. Həqiqətən müsəlman top­lum arasında salamın yayılması həmin cəmiyyətdə məhəbbətin, mehribançılığın və ülfətin yayılmasına həd­siz dərəcədə təsir edir. Salam qəlblərdə olan kin-küdurəti, qəzəb və nifrəti yox edir və qardaşı qardaşa sev­dirir. Ona görə Peyğəmbər  buyurmuşdur:

«لاَ تَدْخُلُونَ الْجَنَّةَ حَتَّى تُؤْمِنُوا وَلاَ تُؤْمِنُوا حَتَّى تَحَابُّوا أَوَلاَ أَدُلُّكُمْ عَلَى شَيْءٍ إِذَا فَعَلْتُمُوهُ تَحَابَبْتُمْ أَفْشُوا السَّلاَمَ بَيْنَكُمْ». أخرجه مسلم.

"İman gətirməyincəyə qədər cənnətə daxil olan deyilsiniz. Bir-birinizi sevməyincə də iman gətirməyəcəksiniz. Sizə elə bir şey deyimmi ki, onu etsəniz bir-birinizi sevəsiniz?! Öz aranızda salamı yayın"1.

Mömin şəxs öz qardaşına salam verdikdə həmin adamın salamı qaytarması vacibdir. Beləliklə, hər iki tə­rəfdə mehribançılıq və ülfət yaranır. Allah taala buyurur:

{                } (النساء:86)

"Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır" (ən-Nisa: 86).

Salamın faydaları əvvəldə deyilənlər olduğu bir halda müsəlmana hər kəsə tanıdığı və tanımadıqlarına salam vermək əmr edilir. Salam sadəcə tanıyanlara verilmir və bununla müsəlman cəmiyyət bir-birini tanıyır. Bir kişi Peyğəmbərdən  soruşur:

سأل رجلٌ رَسُولَ اللَّهِ r: أَيُّ الإِسْلاَمِ خَيْرٌ ؟ قَالَ: «تُطْعِمُ الطَّعَامَ، وَتَقْرَأُ السَّلاَمَ عَلَى مَنْ عَرَفْتَ وَمَنْ لَمْ تَعْرِفْ». أخرجه البخاري في صحيحه ومسلم.

“Hansı İslam daha xeyirlidir?” Peyğəmbər buyurur: "Yemək yedizdirmək, tanıdığın və tanımadığın kimsələrə salam vermək"2.

Salam möminin şüarı və tutduğu yoldur. O, böyüyə və kiçiyə, tanıdığı və tanımadığı, dostu və düşməninə salam verər. Peyğəmbər  buyurur:

«لاَ يَحِلُّ لِمُسْلِمٍ أَنْ يَهْجُرَ أَخَاهُ فَوْقَ ثَلاَثٍ يَلْتَقِيَانِ فَيَصُدُّ هَذَا وَيَصُدُّ هَذَا، وَخَيْرُهُمَا الَّذِي يَبْدَأُ بِالسَّلاَمِ» أخرجه البخاري في صحيحه ومسلم.

"Müsəlmana öz qardaşı ilə üç gündən artıq küsülü qalması halal olmaz (qadağandır). Onlar bir-biri ilə qarşılaşdıqda bu üzün o tərəfə, o isə başqa tərəfə çevirir. Onların ən xeyirlisi birinci salam verəndir"3. Hədisdə Peyğəmbər  küsülü insanları salam verməyə təşviq etmişdir. Çünki salam sülhün əldə edilməsi üçün çox mühüm vasitədir.

Yaxşı qonşuluq:

Hər bir müsəlman öz həyatını yaşamaq üçün mütləq haradasa məskunlaşmalı və kiməsə qonşuluq etməlidir. Ona görə İslam şəriəti qonşuluq əlaqələrini də tənzimləmişdir. Qonşu, yaxınlıqda yaşayan insanlar demək­dir. Onlara yaxşılıq etmək əmr olunur. Allah taala buyurur:

{                                  } (النساء:36)

"Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!" (ən-Nisa: 36).

Bu ayədə Allah taala qohum olan və ya olmayan qonşuya yaxşılıq etməyi əmr etmiş və onun əhəmiyyətini bildirmək üçün onu Özünə edilən ibadətlə birgə xatırlatmışdır. Peyğəmbərin  sözü deyilənlərə daha da aydınlıq gətirəcəkdir:

«مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ اْلآخِرِ فَلْيُحْسِنْ إِلَى جَارِهِ». أخرجه البخاري في صحيحه ومسلم.

"Kim Allaha və axirət gününə iman gətirirsə qonşu­su­na yaxşılıq etsin"1.

İslam şəriətinin qonşuya ayırdığı yer çox uca və yüksəkdir. Bunu Peyğəmbərin  sözü tam açıqlayır:

«مَا زَالَ جِبْرِيلُ يُوصِينِي بِالْجَارِ حَتَّى ظَنَنْتُ أَنَّهُ سَيُوَرِّثُهُ». أخرجه البخاري في صحيحه ومسلم.

"Cəbrail mənə o qədər qonşu haqda məsləhətlər verdi ki, hətta mən onun varis olacağını zənn etdim"2.

Qonşuya yaxşılıq etmək haqda olan hədislər sadəcə yaxşılığa təşviq etməklə kifayətlənməmiş və yaxşılığın növlərini də açıqlamışdır. Indi isə bəzi misallar çəkəcəyəm:

Peyğəmbər  buyurmuşdur:

«لَيسَ الْمُؤْمِنُ الّذِي يَشْبَع وَجَارُه جَائِعٌ إِلَى جَنْبِهِ» أخرجه البخاري في الأدب المفرد والطبراني في الكبير من حديث ابن عباس رضي الله عنهما، وصححه الألباني بشواهده في السلسلة الصحيحة.



"Özünün qarnı tox olub, yanındakı qonşusu ac olan, mömin deyildir"1.

Varlı qonşuya özü tox olduğu halda qonşularını ac qoyması haram edilmişdir. Hədisdə qonşunun vəziyyətini öyrənməyə bir işarə vardır.

Peyğəmbər  buyurmuşdur:

«يَا أَبَا ذَرٍّ إِذَا طَبَخْتَ مَرَقَةً فَأَكْثِرْ مَاءَهَا وَتَعَاهَدْ جِيرَانَكَ»، أخرجه مسلم.



"Ey Əbu Zərr! Sulu yemək bişirəndə suyunu çox et və qonşularını da gör"2.

Burada “qonşularını da gör” ifadəsinin mənası: hətta kasıb olmayan qonşuya mehribançılıq məqsədi ilə yemək vermək mənasını daşıyır.

Peyğəmbər  buyurmuşdur:

«لاَ يَمْنَعْ أَحَدُكُمْ جَارَهُ أَنْ يَغْرِزَ خَشَبَةً فِي جِدَارِهِ». أخرجه البخاري في صحيحه ومسلم.



"Biriniz, divarınıza (ev tikmək məqsədi ilə) ağac basdırmaq istəyən qonşusuna bunu qadağan etməsin"3.

Hədisdə divara ağac basdırmaq istəyən qonşuya buna görə qadağa qoymaq yasaq edilir. Çünki iki müsəlmanın evi bir ev kimidir.

İslam alimləri qonşulara veriləcək bir çox haqlar sadalamışlar. Məsələn, səndən kömək istədikdə ona kömək etmək, borc istədikdə borc vermək, möhtac olduqda ona əl tutmaq, xeyir işində ona xeyir-dua vermək, müsibət baş verdikdə başsağlığı vermək, öldükdə cənazəsinin ardınca getmək, evinin yanında ondan icazəsiz evini ucaldıb küləyin qarşısını kəsməmək, evdə bişirilən ətirli yeməklərdən onlara da vermək, meyvə aldıqda onlara da hədiyyə etmək, əgər etməyəcəksənsə onda bunları onlara görsətməmək üçün onları evə gizli şəkildə daxil etmək lazımdır. Atanın aldıqlarını uşağın əlinə götürüb qonşu uşaqlarına acıq verməsi düzgün deyildir.

Müsəlman tərəfindən qonşuya qarşı edilən ədəb-ərkan nümunələri, bizə dinin buyruqlarına əməl edən müsəlman qonşunun necə də böyük nemət olmasını göstərir.

İslam şəriətinin qonşuya olan böyük qayğısı onun cəmiyyəti saflaşdırmaq və islah etmək prinsiplərindən bir nümunədir.

Təsəvvür et ki, bir cəmiyyətdə hər kəs qonşusuna yaxşılıq edir, onun halına acıyır, ehtiyaclarını ödəyir, işlərində ona kömək edir, kiməsə müsibət baş verəndə qonşular onun köməyinə gələr və müsibətinə şərik olmaqla onu sakitləşdirirlər və s. Belə cəmiyyət həqiqətən çox nümunəvi, dünyada tayı-bərabəri olmayan bir toplum olar.



Valideynlərə yaxşılıq etmək və qohumluq əlaqələrini bərkitmək:

Bu əzəmətli dinin daha bir gözəlliyi ailə və cəmiyyət əlaqələrini tənzimləməsidir. O, ailənin sonra isə cəmiyyətin bir-birinə bağlanmasına xüsusi diqqət yetirir. Müsəlmana, qohumluq dərəcəsindən asılı olaraq öz yaxınlarına yaxşılıq etmək və onlarla əlaqələrini bərkitmək əmr olunur. Bu haqda Allah taala buyurur:

{                  } (الروم:38)

"(Ya Rəsulum!) Yaxın qohuma, yoxsula (miskinə), (pulu qurtarıb yolda qalan) müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın camalını) diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər) məhz onlardır!" (ər-Rum: 38).

Peyğəmbər  hədislərin birində buyurur:

«إِنَّ اللَّهَ يُوصِيكُمْ بِأُمَّهَاتِكُمْ، إِنَّ اللَّهَ يُوصِيكُمْ بِأُمَّهَاتِكُمْ، إِنَّ اللَّهَ يُوصِيكُمْ بِأُمَّهَاتِكُمْ، إِنَّ اللَّهَ يُوصِيكُمْ بِآبَائِكُمْ إِنَّ اللَّهَ يُوصِيكُمْ بِالأَقْرَبِ فَالأَقْرَبِ». أخرجه أحمد وابن ماجه، وهو حسن بطرقه.

"Allah taala analarınızı sizə tövsiyə edir. Allah taala analarınızı sizə tövsiyə edir. Allah taala analarınızı sizə tövsiyə edir. Allah taala atalarınızı sizə tövsiyə edir. Allah taala dərəcəsindən asılı olaraq qohumlarınızı sizə tövsiyə edir (yəni, deyilənlərə bu tərtiblə yaxşılıq etmək vacibdir)"1.

Peyğəmbər  buyurur:

«مَنْ أَحَبَّ أَنْ يُبْسَطَ لَهُ فِي رِزْقِهِ وَيُنْسَأَ لَهُ فِي أَثَرِهِ فَلْيَصِلْ رَحِمَهُ». أخرجه البخاري في صحيحه ومسلم.

"Kim ruzisinin çoxalmasını və ömrünün uzanmasını istəyirsə qohumluq əlaqələrini bərkitsin"2.

İslamda qohumluq əlaqələrini bərkitmək və onlara yaxşılıq etmək mənfəət və məsləhət üçün deyil. Əksinə bu daha əzəmətli və şərəfli əməldir. Müsəlman bu əməlini xalis Allah üçün edir. Məqsəd isə Allaha itaət etmək və savab qazanmaqdır. Ona görə hər nə olursa olsun qohumluq əlaqələri qorunub saxlanır. Bir kişi Peyğəmbərin  yanına gəlib dedi:

جاء رجلٌ إلى رسول الله r فقال: يَا رَسُولَ اللَّهِ إِنَّ لِي قَرَابَةً أَصِلُهُمْ وَيَقْطَعُونِي وَأُحْسِنُ إِلَيْهِمْ وَيُسِيئُونَ إِلَيَّ وَأَحْلُمُ عَنْهُمْ وَيَجْهَلُونَ عَلَيَّ ؟ فَقَالَ: «لَئِنْ كُنْتَ كَمَا قُلْتَ فَكَأَنَّمَا تُسِفُّهُمْ الْمَلّ وَلاَ يَزَالُ مَعَكَ مِنْ اللَّهِ ظَهِيرٌ عَلَيْهِمْ مَا دُمْتَ عَلَى ذَلِكَ»، أخرجه مسلم.

Ey Allahın Elçisi! Mənim qohumlarım var və mən onlarla əlaqələrimi bərkidirəm, onlar isə mənimlə əlaqəni kəsirlər. Mən onlara yaxşılıq edirəm, onlar isə mssaənə pislik edirlər. Mən onların qayğısına qalıram, onlar isə məni saymırlar? Peyğəmbər buyurdu: "Əgər sənin dediyin həqiqətdirsə, onda sanki sən onlara qaynar qum yedizdirirsən. Sən belə davam etdikcə Allah taala səni onlardan üstün edər"1.

İslam valideynlərin haqlarını uca tutmuş və onlara yaxşılıq etməyi əmr etmişdir. Çünki onlar ən yaxın qohumdurlar. Ona görə onların haqları Allahın haqqından sonra birinci edilmişdir. Allah taala buyurur:

{                                       }(الإسراء: 23-24)



"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de." (əl-İsra: 23-24).

Allah taala onlara yaxşılıq etməyi əmr etmişdir. Xüsusən də qocalıb və xəstələnib zəif olan vaxtlarında. Oğul onların keçmiş yaxşılıqlarını xatırlayar, uşaqlıqda verdikləri tərbiyənin nəticəsi olaraq onların bağışlanması üçün dua edər. Allah taala onlara qarşı təvazökar, mərhəmətli və itaətkar olmağı əmr edir. Onların buyruqlarına hirslənməməyi buyurur. Hətta buyruğu yerinə yetirərkən "Uf" belə deməsi qadağan edilmişdir. Dediklərini etsən yenə də "Uf" demək olmaz.

Peyğəmbərin  Sünnəsində valideynlərin üzünə ağ olmağa yol verilməmiş və belə edənlərə təcili əzab vəd edilmişdir. Peyğəmbər  buyurur:

«مَا مِنْ ذَنْبٍ أَجْدَرُ أَنْ يُعَجِّلَ اللَّهُ لِصَاحِبِهِ الْعُقُوبَةَ فِي الدُّنْيَا مَعَ مَا يَدَّخِرُ لَهُ فِي الآخِرَةِ مِنْ الْبَغْيِ وَقَطِيعَةِ الرَّحِمِ». أخرجه الترمذي في سننه وأبو داود في سننه وابن ماجه في سننه، وهو حديث صحيح.



"Zülm etmək və qohumluq əlaqələrini kəsmək günahların içərisində bu dünyada Allah taala tərəfindən təcili cəzaya və axirətdə də cəzalanmağa daha layiqdir"1.

Valideynlərin vəfatından sonra da onlara yaxşılıq etməyin əmr edilməsi İslamin təəccüb doğuran əmrlərindəndir. Vəfatından sonra onlara edilən yaxşılıq: onlar üçün dua etmək, vəsiyyətlərini yerinə yetirmək, onların dostlarına və sevdiklərinə qarşı mehriban olmaq. Peyğəmbər  buyurur:

«إِنَّ أَبَرَّ الْبِرِّ صِلَةُ الْوَلَدِ أَهْلَ وُدِّ أَبِيهِ». أخرجه مسلم.

"Ən gözəl yaxşılıq - övladın atasının dostları ilə əlaqələri saxlamasıdır"2.

Qohumların sıx əlaqələri və yaxınlara yaxşılıq etməyin faydası, İslam cəmiyyətinin bir-birinə bağlanması, qüvvətli və dözümlü olmasıdır.


Mülayim olmaq və qəzəbdən əl çəkmək:

İslamın mülayimliyi əmr etməsi onun kamilliyindəndir. Gözəl əxlaq qəzəbi tərk etməkdir. Kim tez qəzəblənərsə pisliklərə dözməz və bir pislik baş verəndə özünü idarə edə bilməz. Beləliklə o gözəl əxlaq və davranışın nə olduğunu bilməz. Ona görə İslam mülayim olmağı və qəzəblənməməyi əmr etmişdir. Allah taala buyurur:

{                          } (آل عمران:133-134)

"Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış, Cənnətə tələsin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər." (Ali İmran: 133-134).

Peyğəmbər  mülayimliyin Allah tərəfindən sevilən xasiyyət olduğunu bildirərək səhabələrdən sayılan Abdullah İbn Əşəcc əl-Qeysə buyurmuşdur:

«إِنَّ فِيكَ خَصْلَتَيْنِ يُحِبُّهُمَا اللَّهُ الْحِلْمُ وَالأَنَاةُ». أخرجه مسلم.



"Səndə, Allah taalanın sevdiyi iki xasiyyət: mülayimlik və səbr vardır"1.

Qəzəb bütün şərləri özündə cəm edir. Ağıllı və xeyirxah insan qəzəbli halda ən pis iş və qatı cinayət törədə bilər. Ona görə bir kişi Peyğəmbərin  yanına gəlib deyir:

جاء رجل إلى النبي r فقال: أَوْصِنِي، قَالَ: «لا تَغْضَبْ» فَرَدَّدَ مِرَارًا قَالَ: «لا تَغْضَبْ». أخرجه البخاري في صحيحه.

Mənə tövsiyə et! Peyğəmbər buyurur: "Qəzəblənmə" həmin adam sualını bir neçə dəfə təkrarladı və Peyğəmbər eyni cavabı verdi"2.

İslam müsəlmana mülayimliyi, geniş qəlbli olmağı və əziyyətə dözməyi öyrədir. Belə halda insanın nəfsi rahat olar. Birinci, qəzəblənən insan təlaş və kədər içərisində olar. Ikinci, mülayim insanı hər kəs sevər. Əgər kimsə ona pislik etsə o buna səbr edər, pislik edən adamın günahından keçər. Bunu görən həmin adam etdiyi pisliyə görə özünü məzəmmət edər və peşman olar.

İslam şəriəti kamil şəriət olduğundan müsəlmanın ehtiyacı olan hər bir iş haqqında danışmışdır. O sadəcə olaraq mülayimliyi əmr, qəzəbi də qadağan etməmişdir. Hətta bunun qarşısını necə almağın yolunu da açıqlamışdır. Qəzəblənən adama Allahın mərhəmətindən qovulmuş şeytanın şərindən sığınmağı:

فأمر الغضبان بأن يستعيذ بالله من الشيطان الرجيم. جاء ذلك في حديث سليمان بن صرد t الذي أخرجه البخاري في صحيحه ومسلم.



"Əuzu bil­ləhi minəş şeytanir rəcim" deməyi, - əmr etmişdir1.

Çünki qəzəb şeytan şərinin bir növüdür. Həmçinin:

وأمر الغضبان بأن يتوضأ. جاء ذلك في حديث عطية القرظي t الذي أخرجه أبو داود في سننه وهو حديث حسن.

"Peyğəmbər qəzəblənən adama dəstəmaz almağı əmr etmişdir"2.

Çünki su qəzəbin hərarətini soyudur.



Eləcə də ayaq üstədirsə oturmaq əmr edilmişdir. Əgər qəzəbi getməsə, onda dirsəklənməlidir. Çünki ayaq üstə olan adam hərəkət etmək və həyəcanlanmağa hazır olur. Oturan qəzəblənməkdə ayaq üstə durandan bir pillə aşağıdır. Dirsəklənən isə tamamilə qəzəbdən uzaq olar3.

Qəzəbli olarkən peşmançılıq gətirən bir əməli etməmək üçün, bu halda oturmaq və ya dirsəklənmək əmr edilmişdir.

Bəzi hallarda, Allaha asilikdə və haram buyurduqlarının halal edildiyini gördükdə, Allah xatirinə qəzəb­lənmək yaxşı əməllərdən sayılır. Belə məqamlarda Allah üçün hirslənməyi şəriət tərifləmiş, lakin onun üçün digər şəriət qanunları şərt qoyulmuşdur. Məsələn, dili söyməkdən və ya təhqir etməkdən qorumaq, bu növ qəzəbə səbəb olan – Allaha asilik və s. aradan qalxdığı anda qəzəbin sönməsi şərtdir. Aişənin dediyinə görə:

ولم ينتقم الرسول الكريم r لنفسه قط إلا أن تنتهك حرمة الله عز وجل كما قالت أم المؤمنين عائشة رضي الله عنها. أخرجه البخاري في صحيحه ومسلم.



Peyğəmbər heç vaxt özü üçün qisas almamışdır. Qisası yalnız Allaha asilik edənlərdən almışdır 4.

Şükür:

İslamın möminə nemət verənə şükür etməyi və Onun verdiyini etiraf etməyi, yaxşılıq edənlərlə xoş rəftarı öyrətməsi bu şəriətin gözəlliyindəndir. Bu, həqiqətən gözəl əxlaq nümunələrindən və sifətlərdəndir. Bunun əksi olaraq, verilmiş neməti inkar etmək, yaxşılıq edənlərə kobudluq və ya pislik etmək pis sifətlərdəndir. Belə əməl sahibi özünü heyvanlardan da aşağı səviyyəyə endirir. Çünki əksər heyvanlar edilən yaxşılığı itirmirlər.

İslam, yaxşılığı qorumaq və ona şükür etmək qaydalarını müsəlmana öyrətmişdir. Allah taala buyurur:

{     }(الرحمن:60)



"Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!" (ər-Rəhman: 60).

Kim yaxşılıq edirsə ona da yaxşılıq edilir. Ona görə Allah taala dünyada yaxşı əməl edənə axirətdə ona yaxşılıq olaraq cənnətə daxil ediləcəyini vəd etmişdir. Allah taala buyurur:

{                   } (النحل:97)

"Mömin olub yaxşı işlər görən kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafatlarını verəcəyik!)" (ən-Nəhl: 97).

Bu böyük əxlaq nümunəsini həyata keçirmək üçün Allah taala Öz bəndələrinə Ona şükür etməyi əmr etmiş­dir. Çünki onlara ruzi verən və lütfündən bəxş edən Odur. Allah taala buyurur:

{              }(البقرة:172)

"Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!" (əl-Bəqərə: 172).

İnsana öz valideynlərinə şükür etmək əmr edilmişdir. Çünki onlar onun həyata gəlməsinə səbəbdirlər. Onlar onun çox əziyyətini çəkmiş və ona yaxşılıqlar etmişlər. Məsələn, anası onu hamilə olan zaman gəzdirmiş, hər ikisi onu tərbiyələndirmiş, xərcini çəkmiş və s. yaxşılıqlar etmişlər. Allah taala buyurur:

{                  } (لقمان:14)

"Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!" (Loğman: 14).

Ümumilikdə bütün insanlara bir-birlərinə təşəkkür etmək, yaxşılığın əvəzini yaxşılıq edən üçün dua etmək, ona yaxşılıq etmək və sairə gözəl üslubda qaytarmaq əmr olunmuşdur. Peyğəmbər  buyurmuşdur:

«مَنْ لاَ يَشْكُرُ النَّاسَ لاَ يَشْكُرُ اللَّهَ» أخرجه أبو داود في سننه والترمذي في سنن، وإسناده صحيح.

"Kim insanlara təşəkkür etməzsə, Allaha da şükür etməz"1.

Peyğəmbər  digər hədisdə isə belə buyurmuşdur:

«مَنْ صَنَعَ إِلَيْكُمْ مَعْرُوفًا فَكَافِئُوهُ فَإِنْ لَمْ تَجِدُوا مَا تُكَافِئُونَهُ فَادْعُوا لَهُ حَتَّى تَرَوْا أَنَّكُمْ قَدْ كَافَأْتُمُوهُ». أخرجه أبو داود في سننه والنسائي في سننه، وإسناده صحيح.

"Sizə yaxşılıq edən adamın yaxşılıq əvəzini qaytarın. Əgər yaxşılığın əvəzini verməyə bir şey tapmasanız onun üçün yaxşılığın əvəzi qədər dua edin"2.

İslam dininin qanunlarına əməl edən müsəlman cəmiyyət xoşbəxt və gözəl cəmiyyətdir. Çünki onlar yaxşılıq edənə təşəkkür edər, pislik edənin pisliyinə səbir edər və onu bağışlayarlar. Bu, insanların daima bir-birlərinə yaxşılıq etməsinə əsas verir. Edilən yaxşılıqların əvəzinə pislik və kobudluq etmək isə həmin yaxşılıqların qarşısını kəsir.

Mömin kimsə başqalarının bilmədikləri bir sevinc yaşayır. Çünki mömin bəndəyə nemət verildikdə nemət sahibi Allaha şükür edər. Beləliklə, ona verilən nemət daha da artar. Ona müsibət baş verdikdə isə səbir edər və onun əvəzində savab diləyər. Belə halda müsibət ona təsir etməz və heç bir zərər verməz. Peyğəmbər  buyurmuşdur:

«عَجَبًا لأَمْرِ الْمُؤْمِنِ إِنَّ أَمْرَهُ كُلَّهُ خَيْرٌ وَلَيْسَ ذَاكَ لأَحَدٍ إِلاَّ لِلْمُؤْمِنِ إِنْ أَصَابَتْهُ سَرَّاءُ شَكَرَ فَكَانَ خَيْرًا لَهُ وَإِنْ أَصَابَتْهُ ضَرَّاءُ صَبَرَ فَكَانَ خَيْرًا لَهُ». أخرجه مسلم.



"Möminin işi necə də qəribədir. Onun bütün işləri xeyirdir və bu yalnız möminə məxsusdur. Onu bir iş sevindirdikdə Allaha şükür edər və bu onun üçün xeyirli olar. Ona bir pislik baş verdikdə səbirli olar və bu onun üçün xeyirə çevrilər"1.
Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin