"Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər." (Əş-Şura: 30).
{ } (الأنعام:129)
"Beləliklə, qazandıqları günahlara görə zalımların bəzisini digərinə hakim edərik." (əl-Ənam: 129).
Əgər camaat rəhbərin zülmündən xilas olmaq istəyirlərsə özləri zülmdən əl çəkməlidirlər.
Alimlərdən biri deyirdi: "Həccac İbn Yusif Allahın əzabıdır. Allahın əzabını öz əllərinizlə aparmayın. Siz Allaha dua edin və Onun qarşısında əyilin. Çünki Allah taala buyurur:
{ } (المؤمنون:76)
"Biz həqiqətən, onları əzabla yaxaladıq, lakin onlar yenə öz Rəbbinə itaət etmədilər, (Ona) yalvarıb-yaxarmadılar (iman gətirmədilər ki, gətirmədilər)." (əl-Muminun: 76).
Alimlərdən digəri bu məsələni təkid edərək buyurur: "Bütün bunlar Peyğəmbərin zalım rəhbərlərə qarşı səbr etmək, onlara qarşı üsyan etməmək əmrləri bəndələrin həm dünya, həm də axirətləri üçün daha xeyirli olduğunu bildirir. Kim buna bilərəkdən və ya səhvən müxalif olarsa öz əməli ilə islah etməz, əksinə fəsad törədər. Ona görə Peyğəmbər Həsəni bu sözlərlə tərifləmişdir:
«إن ابني هذا سيد، وسيصلح الله به بين فئتين عظيمتين من المسلمين»
"Mənim bu oğlum seyiddir. Allah taala onun əli ilə iki böyük müsəlman dəstəni birləşdirəcəkdir". Peyğəmbər heç vaxt rəhbərlərə qarşı üsyan edənləri və fitnə-fəsad çıxararaq döyüşənləri tərifləməmişdir. Heç vaxt itaətsizlik etməyi və camaatdan ayrılmağı bəyənməmişdir. Peyğəmbərdən rəvayət olunan bütün səhih hədislər bu məna üzərində təkid edir".
Bəzi alimlər deyirlər: "Əgər münkəri inkar etmək (pis işdən çəkindirmək) daha da pis işə, Allaha və Onun Peyğəmbərinə qarşı qəzəbə səbəb olacaqsa, belə halda onu inkar etmək düzgün deyildir. Rəhbərlərin etdikləri pis işləri inkar etməklə onlara qarşı üsyana qalxmaq buna bir misaldır. Üsyan, dünyanın sonuna qədər hər bir şərin və fitnənin əsası olaraq qalmaqdadır. İslam ümmətinin başına gəlmiş kiçik və böyük fitnələrə nəzər salan adam həmin hadisələrin səbəbini deyilən əsasa riayət edilmədiyindən baş verdiyini görər. Pis işlərə qarşı səbirsizlik edərək onu inkar etmək istəyərkən onun nəticəsində ondan da böyük pis iş meydana çıxar".
Münkəri (pis işi) daha da pis işlə inkar etmək yol verilməzdir.
Rəhbərlərə qarşı çıxmaq şərdir və onda heç bir xeyir yoxdur. Çünki bunun nəticəsində daha böyük fitnələr, müsəlmanların qanlarını haqsız yerə axıtmaq, onların birliklərini pozmaqla fitnə və şər meydana çıxır.
Aqillər demişlər: "Altmış il zalım sultanla yaşamaq bir gecə sultansız yaşamaqdan xeyirlidir".
İslam tarixi boyu rəhbərlərə qarşı üsyanlar nahaq yerə qan axıtmaq, kin-küdurət yaratmaq, zalımlığı daha da artırmaq, ümməti cihaddan, kafir və münafiq düşmənlərə qarşı mübarizə aparmaqdan yayındırmaqdan başqa bir nəticə verməmişdir. Bununla yanaşı ümmətin bütün gücünün bu fitnəyə sərf edilməsi, iqtisadiyyatın zəifləməsi kimi digər zərərləri də olur. Xoşbəxt insan başqasının nəsihətini dinləyəndir, bədbəxt isə öz nəfsinə uyandır.
Alimlərdən biri bu məsələni təkid edərək deyir: "Hakimiyyətə sahib olan rəhbərə qarşı çıxanların çoxu öz əməlləri ilə fitnə-fəsaddan başqa bir şeyə nail olmamışlar".
Müsəlman, Allaha asilikdən başqa hər bir əmrdə öz rəhbərini eşitməli və ona itaət etməlidir. Bilmək lazımdır ki, rəhbərlərin zülmünə səbr etmək dinin əsas prinsiplərindən, nəsihətçi alimlərin tövsiyələrindəndir. Həmçinin bilmək lazımdır ki, rəhbərlərə itaət ən gözəl ibadətlərdən və ən əfzəl itaətlərdəndir. Bu rəhbərlərin zalım və ya adil olmalarından asılı deyildir. Əsas odur ki, onlar müsəlman olsunlar. Bu, onlara itaət etmək üçün yetərlidir. Allahın və rəsulunun əmrlərini və qadağalarını buyurduqda onlara itaət edilir. Belə halda Allahdan savab diləyərək, Onun razılığını qazanmaq və əzabından qorunmaq üçün belə etmək lazımdır.
Sözümün sonunda demək istəyirəm ki, rəhbər ilə camaat arasında olan əlaqələr qarşılıqlı əlaqələrdir. İslah etmək və dəyişiklik aparmaq hamıdan tələb olunur. Allah taala buyurur:
{ } (الرعد: 11)
"Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz..." (ər-Rəd: 11).
Cəza əməlin cinsindən olduğu üçün, siz necə olsanız, sizin rəhbərləriniz də sizə uyğun olacaqdır.
İnsanlar iki qismə bölünürlər: rəhbərlər və itaət edənlər. Rəhbərlərin haqqı onlara nəsihət etməkdir, itaət edənlərin haqları isə camaatla bir olmaqdır. Çünki onların xeyirləri yalnız birlikdədir. Onlar heç vaxt zəlalət üzərində birləşməzlər. Onların din və dünya rahatlığı birlikdə və hamılıqla Allahın ipindən sıx tutmaqdadır.
Yeddinci fəsil:
İslamın gözəl əxlaqa çağırışının gözəllikləri;
Bu dinin gözəlliklərindən biri də gözəl əxlaqa, yüksək ədəbə dəvət etməsi, pis əxlaq və xüsusiyyətlərdən isə çəkindirməsidir. Bu din kamil din olduğundan, şəriət və ağıl baxımından bəyənilən hər şeyi özündə cəm etmişdir. Həmçinin fərdlər və toplumlar üçün məsləhətli və xeyirli olanları da özündə toplamışdır. Bu dinə iman gətirib, ehkamlarına riayət edən hər kimsəyə Islam gözəl həyat bəxş edər. Allah taala buyurur:
{ô`tB @ÏJtã $[sÎ=»|¹ `ÏiB @2s ÷rr& 4Ós/Ré& uqèdur Ö`ÏB÷sãB ¼çm¨ZtÍósãZn=sù Zo4quym Zpt6ÍhsÛ ( óOßg¨YtÌôfuZs9ur Nèdtô_r& Ç`|¡ômr'Î/ $tB (#qçR$2 tbqè=yJ÷èt ÇÒÐÈ} (النحل:97)
"Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafatlarını verəcəyik!)" (əh-Nəhl: 97).
Bu ayədə Allah taala dinə riayət edən kişi və qadınlara dünyada xoş həyat, axirətdə isə etdiyi əməllərin bol savabını vəd edir. Yaxşı həyat hərtərəfli rahatlığı əhatə edir. Gözəl əxlaqa yiyələnmək xoşbəxt həyatın səbəblərindəndir. Hikmətli insanların bildiyinə görə insanın əxlaqı kamilliyə doğru getdikcə onun həyatı daha rahat və ləzzətli olar.
Bu şəriət, müsəlman ictimaiyyətinin bir-birlərinə qarşı mərhəmətli, şəfqətli, mehriban olmalarını öyrətmək, onların bədəninin bir üzvü ağrıyarkən digərinin ona cavab verdiyi bir bədən kimi olduqlarını çatdırmaq, bir-birini möhkəm saxlayan bina divarı kimi olmalarını çatdırmaq üçün gəlmişdir. Bu mənada Qurani Kərimdə belə bir ayə vardır. Allah taala buyurur:
{$yJ¯RÎ) tbqãZÏB÷sßJø9$# ×ouq÷zÎ) (#qßsÎ=ô¹r'sù tû÷üt/ ö/ä3÷uqyzr& 4 (#qà)¨?$#ur ©!$# ÷/ä3ª=yès9 tbqçHxqöè? ÇÊÉÈ} (الحجرات: من الآية10)
"Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!" (əl-Hucurat: 10).
Həmçinin bu şəriət kasıb, fağır, miskin, yetim, aciz kimi zəiflərə qarşı mərhəmətli olmağı, böyüklərə, fəzilətli və elmli adamlara hörmət etməyi əmr etmişdir. Bu şəriət, müsəlman cəmiyyətlərin gözəl və xoşbəxt həyat yaşamaları üçün, cəmiyyətin hər bir fərdinə nəzər salıb, hüquqlarını onlara bildirməyi əmr edən kamil düsturdur.
Allah taala Peyğəmbəri Məhəmmədi təkəbbürlük, zalımlıq, düşmənçilik və yekəxanalıq edən Cahillik dövrü cəmiyyətinə göndərmişdir. O, bu sifətlərin hamısını rədd edib onları gözəl və misli olmayan əxlaqla əvəz etmişdir. Həmçinin onlarda olan bəzi gözəl əxlaq keyfiyyətləri olan qeyrət, hamilik, vəfalılıq kimi xüsusiyyətləri isə tamamlamışdır. Peyğəmbər gözəl əxlaqı ən başlıca vəzifə, mühüm qayə edən bir din ilə göndərilmişdir. Onun şəriətinə görə əxlaqı yüksələn insanın imanı da bir o qədər yüksələr. Peyğəmbər buyurmuşdur:
«أَكْمَلُ الْمُؤْمِنِينَ إِيمَانًا أَحْسَنُهُمْ خُلُقًا». رواه أبو داود في سننه والترمذي في سننه وقال: هذا حديث حسن صحيح.
"Möminlərin ən kamil imanlısı, gözəl əxlaqa sahib olanlarıdır"1.
Peyğəmbər insanlar arasında ən kamil iman və ən gözəl əxlaqa sahib olandır. Rəbbi onu tərifləyərək buyurmuşdur:
{y7¯RÎ)ur 4n?yès9 @,è=äz 5OÏàtã ÇÍÈ}(القلم:4)
" Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!" (əl-Qələm: 4).
Peyğəmbərin belə olmasına səbəb, onun Qurani Kərimdə buyurulan gözəl sifətlərə, xüsusiyyətlərə və fəzilətlərə yiyələnməsi, qadağan edilmiş pis və kobud xüsusiyyətlərdən əl çəkməsi olmuşdur. Ona görə də ona ən yaxın olub, onu gözəl tanıyan zövcəsi Aişədən Peyğəmbərin əxlaqı haqda soruşulduqda belə demişdir:
(كَانَ خُلُقُهُ الْقُرْآنَ). رواه مسلم ضمن حديث طويل .
"Onun əxlaqı Quran idi"2.
Yəni, o Quranda buyurulan ədəb-ərkan, əmr və qadağalara riayət edərdi. Peyğəmbərin Quranda buyurulan hər hansı bir (digər) peyğəmbərin gözəl əxlaqı xüsusiyyətlərinə, gözəl əxlaqa yiyələnməsi, bütün qadağalardan çəkinməsi məsələni daha da açıqlayır.
İslam ədəbi və əxlaqı özünün orta mövqeyi və ədaləti ilə digərlərindən fərqlənir. O yerində mərhəmət və şəfqəti əmr edir, lazımi məqamlarda, cəza tədbirlərini tətbiq edərkən, Allah yolunda cihad edərkən və s. - vaxtlarda isə qətiyyətli olmağı tələb edir. Nəfsə görə qəzəblənməyi qadağan edir, pis əməllərin şahidi olduğu zaman Allah xatirinə qəzəblənməyi tələb edir. Allahın Öz kitabında və Peyğəmbərinin Sünnəsində bizə çatdırdığı bütün işlərdə belə olmaq lazımdır. Allah taala buyurur:
{ } (الإسراء:9)
"Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, ..." (əl-İsra: 9).
Allah taala Öz kitabı Quranın ən gözəl, adil və doğru yola dəvət etdiyini vurğulayır. Bu, bütün işlərdə, ibadətlərdə, əlaqələrdə, ədəb və əxlaqda öz əksini tapır.
Bu din insanları ən gözəl əxlaqa səsləyir. Elə bir gözəl əxlaq və ya xüsusiyyət yoxdur ki, İslam şəriəti onun yerinə yetirilməsini tələb etməsin. Həmçinin elə bir şər və pis sifət yoxdur ki, İslam şəriəti ondan çəkindirməsin. Hətta bu din ən gözəl əxlaqı imanın əsaslarından biri etmiş və belə əxlaqa yiyələnənin ən kamil iman sahibi və başqalarından daha üstün olduğunu buyurmuşdur. Bu yerdə Peyğəmbər buyurmuşdur:
«أَكْمَلُ الْمُؤْمِنِينَ إِيمَانًا أَحْسَنُهُمْ خُلُقًا». رواه أبو داود في سننه والترمذي في سننه وقال: هذا حديث حسن صحيح.
"Möminlərin ən kamil imanlısı, gözəl əxlaqa sahib olanlarıdır"2.
İndi isə sənə İslamın təşviq etdiyi ən gözəl əxlaq nümunələrindən bəzilərini xatırladaq.
Doğruluq (Sidq, sadiqlik):
Doğru olmağı tələb etmək, ona təşviq etmək, doğruları tərifləmək və onlara gözəl aqibət vəd etmək bu dinin gözəlliklərindəndir. Allah taala buyurur:
{ } (التوبة:119)
"Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun! (Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə olun!)" (ət-Tövbə: 119).
Peyğəmbər buyurmuşdur:
وقال r: «عَلَيْكُمْ بِالصِّدْقِ؛ فَإِنَّ الصِّدْقَ يَهْدِي إِلَى الْبِرِّ، وَإِنَّ الْبِرَّ يَهْدِي إِلَى الْجَنَّةِ، وَمَا يَزَالُ الرَّجُلُ يَصْدُقُ وَيَتَحَرَّى الصِّدْقَ حَتَّى يُكْتَبَ عِنْدَ اللَّهِ صِدِّيقًا، وَإِيَّاكُمْ وَالْكَذِبَ؛ فَإِنَّ الْكَذِبَ يَهْدِي إِلَى الْفُجُورِ، وَإِنَّ الْفُجُورَ يَهْدِي إِلَى النَّارِ، وَمَا يَزَالُ الرَّجُلُ يَكْذِبُ وَيَتَحَرَّى الْكَذِبَ حَتَّى يُكْتَبَ عِنْدَ اللَّهِ كَذَّابًا». رواه البخاري في صحيحه ومسلم.
"Sadiq olun. Sadiqlik insanı yaxşılığa doğru aparar. Yaxşılıq isə insanı cənnətə aparar. Bir insan sadiqlik etməyə çalışıb onu axtararsa, Allah yanında sadiqlər kimi qeyd olunar. Yalandan çəkinin! Yalan insanı günaha aparır. Günah isə insanı cəhənnəmə aparar. Bir insan yalan danışmağa çalışar və onu axtararsa Allah yanında yalançılar kimi qeyd olunar"1.
Toplum və fərdlərin sadiqlik sifətinə yiyələnməsi cəmiyyət üzvləri arasında əmin-amanlığın və etibarın yayılması deməkdir. Çünki insanlar sadiq insana inanır və hər işlərində ona etibar edirlər.
Sadiq insanı hər kəs sevər, onun sözünü dinləyər və onun sözü onların qəlbinə təsir edər.
Sadiqlik insana cəmiyyət arasında izzət, özünə inam, alicənablıq və gözəl şərəf gətirər.
Qarşılıqlı əlaqələrdə sadiqlik etmək ruzinin bol olmasına səbəbdir. Yalan danışmaq isə əksinə.
Rəhmət:
Bu dinin əsas xüsusiyyətlərindən biri onun rəhmət dini olmasıdır. O, ona iman gətirənlər üçün rəhmətdir. Çünki o həmin adamı həm dünyada həm də axirətdə sevindirir. İslam dini bütün bəşəriyyət üçün rəhmətdir. Çünki o, zəifə, fağıra, acizə və kiçiyə rəhm etməyi buyurur. O həmçinin bütün məxluqat üçün də rəhmətdir. Məsələn, bu şəriət heyvanlara apara bilməyəcəyini yükləməyi və onlara əzab verməyi qadağan etmişdir. Onları kəsəndə isə rahat kəsilməsini əmr etmişdir.
Bu din rəhmət dinidir. Allah taala onu Rəhman və Rəhim olan rəhmət sifətindən etmişdir. Həmçinin bu dini bizə çatdıran Peyğəmbəri də rəhmət və şəfqət sifətləri ilə vəsf edilmişdir. Allah taala buyurur:
{ } (التوبة:128)
"(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!" (ət-Tövbə: 128).
Rəhmət həmçinin Allahın mömin bəndələrinin simalarındandır. Allah taala buyurur:
{ } (الفتح:29)
"Muhəmməd (əleyhissalam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər..." (əl-Fəth: 29).
Onlar bu sifətləri bir-birlərinə tövsiyə edirlər. Allah taala buyurur:
{ } (البلد: 17-18)
"Sonra da iman gətirən və bir-birinə səbirli olmağı tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!)" (əl-Bələd: 17-18).
Peyğəmbər möminlərin vəziyyətini vəsf edərək buyurmuşdur:
«مَثَلُ الْمُؤْمِنِينَ فِي تَوَادِّهِمْ وَتَرَاحُمِهِمْ وَتَعَاطُفِهِمْ مَثَلُ الْجَسَدِ إِذَا اشْتَكَى مِنْهُ عُضْوٌ تَدَاعَى لَهُ سَائِرُ الْجَسَدِ بِالسَّهَرِ وَالْحُمَّى». أخرجه البخاري في صحيحه ومسلم.
"Möminlər öz rəhmət, şəfqət və mehribanlıqlarında bir bədən kimidirlər. Həmin bədənin bir əzası şikayətləndikdə bədənin digər əzaları onun ağrısından təsirlənir və hərarəti artır"1.
Peyğəmbər buyurmuşdur:
«لاَ يَرْحَمُ اللَّهُ مَنْ لاَ يَرْحَمُ النَّاسَ». أخرجه البخاري في صحيحه ومسلم.
"İnsanlara rəhm etməyənə Allah da rəhm etməz"1.
İslam, hətta heyvanlara göstərilən mərhəməti cənnətə aparan səbəb etmişdir. Peyğəmbər buyurmuşdur:
«بَيْنَمَا رَجُلٌ يَمْشِي بِطَرِيقٍ اشْتَدَّ عَلَيْهِ الْعَطَشُ فَوَجَدَ بِئْرًا فَنَزَلَ فِيهَا فَشَرِبَ ثُمَّ خَرَجَ فَإِذَا كَلْبٌ يَلْهَثُ يَأْكُلُ الثَّرَى مِنْ الْعَطَشِ، فَقَالَ الرَّجُلُ: لَقَدْ بَلَغَ هَذَا الْكَلْبَ مِنْ الْعَطَشِ مِثْلُ الَّذِي كَانَ بَلَغَ مِنِّي فَنَزَلَ الْبِئْرَ فَمَلأَ خُفَّهُ مَاءً ثُمَّ أَمْسَكَهُ بِفِيهِ حَتَّى رَقِيَ فَسَقَى الْكَلْبَ فَشَكَرَ اللَّهُ لَهُ فَغَفَرَ لَهُ قَالُوا يَا رَسُولَ اللَّهِ وَإِنَّ لَنَا فِي هَذِهِ الْبَهَائِمِ لأَجْرًا فَقَالَ فِي كُلِّ كَبِدٍ رَطْبَةٍ أَجْرٌ». أخرجه البخاري في صحيحه ومسلم.
"Bir kişi yol ilə gedərkən yaman susayır. Bu vaxt bir quyu tapır. Quyuya enib su içir. Quyudan çıxdıqdan sonra ləhləyən bir it görür. Həmin it susuzluqdan nəm torpağı yalayırdı. Həmin kişi dedi: Mən necə susamışdımsa bu it də elə susamışdır, deyib quyuya enir və xöffinin (dəridən olan corabın) içərisinə su doldurdu. Xöffü ağzı ilə tutub quyudan çıxdı və itə su verdi. Onun bu əməlinə görə Allah taala onun üçün şükr edib onu bağışladı. Səhabələr dedilər: “Ey Allahın Elçisi, bu heyvanlara görə bizim üçün savab vardır? Peyğəmbər buyurdu: hər bir canlıda sizin üçün savab vardır2”.
Müsəlman cəmiyyətinin arasında bu sifətin yayılması, onların bir-birlərinə qarşı şəfqətli, mərhəmətli və dayaq olmalarına, başına müsibət gələnlərə kömək edənlərin tapılmasına səbəb olur. Çünki müsəlmanlar öz aralarında bir-birlərinə mərhəmətlidirlər. Həmçinin bu sifət əmin-amanlığın yayılmasına da səbəb olur.
Səbir:
Səbir sifətinə təşviq etmək bu şəriətin ali məqamlığından irəli gəlir. Çünki din məfhumu haqqı bilmək və ona əməl etməkdir. Dinə əməl etmək və onu öyrənmək üçün mütləq səbirli olmaq lazım gəlir. Həmçinin insan öz istəyinə yalnız səbirlə yetişə bilər. İbadətlərdə, pis işləri tərk etməkdə, insanlarla davranmaqda, dünya müsibətlərini qarşılamaqda və həyat çətinliklərinə dözməkdə səbrə böyük ehtiyac vardır.
Allah taala Öz kitabında səbri doxsandan çox yerdə xatırlatmışdır. Bu, səbrin əhəmiyyətini və fəzilətini göstərən bir amildir. Belə ayələrdən:
{ } (آل عمران:200)
"Ey iman gətirənlər! Səbr edin, dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!" (Ali İmran: 200).
{ } (الزمر: 10)
"Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbirli olanlara (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!”" (əz-Zümər: 10).
Peyğəmbərin Sünnəsində də səbir və səbirli olanların fəziləti haqda çoxlu hədislər rəvayət edilmişdir. Peyğəmbər buyurmuşdur:
« مَنْ يَصْبِرْ يُصَبِّرْهُ اللَّهُ، وَمَا أُعْطِيَ أَحَدٌ مِنْ عَطَاءٍ خَيْرٌ وَأَوْسَعُ مِنْ الصَّبْرِ». أخرجه البخاري في صحيحه ومسلم.
"Kim səbr edərsə Allah taala ona səbr verər. Heç kəsə səbirdən daha xeyirli və geniş pay varilməmişdir"1.
Peyğəmbər buyurmuşdur:
«الْمُؤْمِنُ الَّذِي يُخَالِطُ النَّاسَ وَيَصْبِرُ عَلَى أَذَاهُمْ أَعْظَمُ أَجْرًا مِنْ الْمُؤْمِنِ الَّذِي لاَ يُخَالِطُ النَّاسَ وَلاَ يَصْبِرُ عَلَى أَذَاهُمْ». أخرجه الترمذي في سننه وابن ماجه، وإسناده صحيح.
"İnsanlarla ünsiyyətdə olub, onların əziyyətlərinə səbirli mömin, insanlarla ünsiyyətdə olmayıb onların əziyyətlərinə də səbirlilik göstərməyən mömindən daha xeyirlidir"2.
İnsanın səbirli olmasının bir çox gözəl səmərələri vardır:
Bəndənin saleh əməllərdə davamlı olması, belə əməlləri etməkdən yorulmaması, dünya və axirət istəklərinə nail olması və s. Ümumiyyətlə bunlara yalnız səbirlə nail olmaq mümkündür. Ona görə ikinci raşidi xəlifə Ömər İbn Xəttab buyurmuşdur: "Ən gözəl həyata səbrlə nail olmuşuq".
Səbrin faydalarından həmçinin bunları demək olar: qəzəbdən, təlaşdan və axmaqlıqdan qorunmaqla özünü idarə etmək, nəfsi pis işlərə və şəhvətlərə düşməkdən mühafizə etmək və müsibətlər baş verdikdə onu sakit saxlamaq.
Təvazökarlıq:
Təvazökarlıq sifəti müsəlmanları digərlərindən fərqləndirən sifətdir. Müsəlmanların təvazökarlıqlarını görməklə neçə-neçə insanlar İslamı qəbul etmişlər. Heç şübhəsiz Peyğəmbərimiz digər peyğəmbərlərin seyidi və məxluqatın ən şərəflisi olduğu bir halda çox təvazökar idi.
كانت الأمة من إماء أهل المدينة لَتَأْخُذُ بِيَدِ رَسُولِ اللَّهِ r فَتَنْطَلِقُ بِهِ حَيْثُ شَاءَتْ. أخرجه البخاري في صحيحه
Hətta Mədinə şəhərində yaşayan azyaşlı bir qız uşağı Peyğəmbərin əlindən tutar və Peyğəmbər də onun ardınca istədiyi yerə gedər və onun dilədiyi ehtiyaclarını yerinə yetirərdi1.
Peyğəmbər belə deyərdi:
«ابْغُونِي فِي ضُعَفَاءِكُمْ فَإِنَّمَا تُرْزَقُونَ وَتُنْصَرُونَ بِضُعَفَائِكُمْ». أخرجه الترمذي في سننه وأبو داود في سننه والنسائي في سننه، وإسناده صحيح
"Məni öz zəiflərinizin arasında görün. Həqiqətən siz zəiflərinizə görə ruzi əldə edir və qələbə çalırsınız"2.
Bu kəramətli sifət insanların İslamı qəbul etmələrinə və onun ətrafına toplanmalarına səbəb idi. Allah taala buyurur:
{ }(آل عمران:159)
"(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər...." (Ali İmran: 159).
{ } (الشعراء:215)
"Sənə tabe olan möminləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!)" (əş-Şuəra: 215).
İslam, müsəlmana öz qardaşına qarşı təkəbbürlüyü unutmağı və təvazökar olmağı öyrədir. Müsəlman mülayim, nəvazişli, qardaşları tərəfindən sevilən və dost tutulan kimsə olmalıdır. Çünki o, öz qardaşlarına qarşı təvazökar davranır, Allahın, Peyğəmbərinin vasitəsi ilə bizə buyurduqlarını, yerinə yetirir. Peyğəmbər buyurur:
«إِنَّ اللَّهَ أَوْحَى إِلَيَّ أَنْ تَوَاضَعُوا حَتَّى لاَ يَفْخَرَ أَحَدٌ عَلَى أَحَدٍ وَلاَ يَبْغِ أَحَدٌ عَلَى أَحَدٍ». أخرجه مسلم
"Allah taala, bir-birinizin üzərində fəxr etməyəsiniz və bir-birinizə qarşı zülm etməyəsiniz deyə, mütləq təvazökar olmanızı mənə vəhy etdi"1.
İslam təkəbbürlüyə qarşı şiddətli mübarizə aparmışdır. Çünki təkəbbürlü adam digər insanlar tərəfindən sevilməz. Belə adam haqdan azıb nəfsi ilə fəxr edən və haqq ona yetişdikdə ondan üz çevirəndir. Ona görə təkəbbürlü adamın cənnətə daxil olmayacağı vəd edilmişdir. Peyğəmbər buyurur:
«لاَ يَدْخُلُ الْجَنَّةَ مَنْ كَانَ فِي قَلْبِهِ مِثْقَالُ ذَرَّةٍ مِنْ كِبْرٍ». أخرجه مسلم
"Qəlbində zərrə qədər təkəbbürlük olan insan cənnətə daxil olmayacaqdır"2.
Təvazökarlığın gözəl səmərələrindən biri də, öz sözü və əməli ilə fəxr edən, insanlar tərəfindən sevilməyən təkəbbürlü adamın əksi olaraq təvazökar insanın haqq yoluna yönəlib onunla həmişəlik getməsi və insanlar tərəfindən sevilməsidir.
Təvazökarlığın gözəl səmərələrindən biri də belə insanın cəmiyyət arasında gözəl məqama yetişməsidir. Ona görə Peyğəmbər buyurur:
«وَمَا تَوَاضَعَ أَحَدٌ لِلَّهِ إِلاَّ رَفَعَهُ اللَّهُ» أخرجه مسلم.
"Kim Allah üçün təvazökarlıq edərsə, Allah taala onu ucaldar"3.
Dostları ilə paylaş: |