Islamın gözəllikləri


Oğurluğa təyin edilən cəzasının hikməti



Yüklə 3,26 Mb.
səhifə14/19
tarix01.05.2017
ölçüsü3,26 Mb.
#16392
1   ...   11   12   13   14   15   16   17   18   19

Oğurluğa təyin edilən cəzasının hikməti:

Heç şübhəsiz oğurluğun çox böyük zərəri vardır. Çünki o, oğurluq edəni şərəfli işlər görməkdən və halal ruzi qazanmaqdan yayındırır. Insanı hər zaman alçaldıcı işlər görməyə sövq etdirir.

Oğurluq edən adam etdiyi əməlinin cəzasını bildikdə oğurluqdan əl çəkər, doğru və halal yol ilə öz ruzisini qazanmaq haqda düşünür.

İslam şəriəti oğurluğun cəzasını təyin etməklə insanların var-dövlətini mühafizə edir, ölkədə əmin-amanlığı bərqərar edir, fərdi və ya toplum üçün halal qazanc və ruzi yollarını rahatlaşdırır. Beləliklə, hər kəs öz əlinin əməli ilə gözəl və xoşbəxt yaşayar.


Dördüncü: İçki içməyin cəzası;

İslam şəriəti içkini haram etmiş və onu içənlər üçün cəza təyin etmişdir. Bu haqda bir neçə hədis rəvayət edilir. Bu hədislər içki içən adama fiziki cəza təyin edilməsini bildirir. Bu cəzanın miqdarı, necəliyi haqda bir neçə rəvayət vardır. Həmçinin raşidi xəlifələr də içki içənlərin cəzasını belə təyin edərdilər.

فعن أنس بن مالك أن النبي t أتي برجل قد شرب الخمر فجلده بجريدتين نحو أربعين وفعله أبو بكر. فلما كان عمر استشار الناس فقال عبد الرحمن: أخف الحدود ثمانين. فأمر به عمر. أخرجه مسلم.

Ənəs deyir: Peyğəmbərin yanına içki içən bir kişini gətirdilər. O, həmin kişiyə xurma ağacının iki budağı ilə qırxa yaxın çubuq vurdurdu. Əbu Bəkr də öz xilafəti dövründə belə edirdi. Ömər xilafəti dövründə insanlarla müşavirə etdi. Əbdür Rəhman dedi: Ən az cəza miqdarı səksən çubuqdur. Sonra Ömər belə etməyi əmr etdi1. Əli ibn Əbu Talib dedi: Peyğəmbər ilə Əbu Bəkr qırx çubuq vurmuşlar, Ömər isə səksən. Bunların hamısı sünnədir2.



Içki içənin cəzasının təyin edilməsində hikmət:

Içki və sərxoşedicilərin zərərləri haqda düşündükdə bunların həqiqətən də fərdi və toplum şəklində insanlara zərər verməsi müşahidə olunur. Bu da cəmiyyətə və ailəyə mənfi təsir göstərir.

Belə zərərləri olan bir cinayətə qarşı qəti cəza təyin edilməsi zəruridir. Allah taala Öz hikmətli şəriətində insanlar üçün həm dünya və həm də axirət səadətini gerçəkləşdirmək üçün içkini, sərxoşedici maddələri haram etmiş və onları qəbul edənlərə qarşı ciddi və çəkindirici cəzalar təyin etmişdir.

Beşinci: Soyğunçuluğun və quldurluğun cəzası;

Allah taala yolkəsən quldurları Allaha və Onun Peyğəmbərinə qarşı savaşanlar və yer üzündə fəsad törədənlər adlandırmışdır. Belələrinin cəzasını bu ayələrdə təyin etmiş və buyurmuşdur:

{                                                   } (المائدة: 33-34)

"Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir. Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhm edəndir!" (əl-Maidə: 33-34).

Soyğunçuluğun cəzasının təyin edilməsində hikmət;

Soyğunçuluq və quldurluq cəmiyyətə qarşı ən təhlükəli cinayətdir. Gizli halda başqasının malını mənimsəmək oğurluq etmək səviyyəsindədir. Zinakarlığın da cəzası təyin edilmişdir. Qətlin cəzası da müəyyən edilmiş və bu məsələdə bağışlamaq qapısı da açılmışdır. Əgər cinayətkar zorla insanların malını mənimsəyir, zorla zinakarlıq edirsə (zorlayırsa), yaxud quldurluq edərək yol kəsir, qarşısına çıxanı öldürür, insanları silah gücü ilə vahiməyə salırsa, yer üzündə fitnə-fəsad törədirsə beləsinin cinayəti və cəzası da digər cinayətlərdən daha şiddətlidir. Ona görə də beləsinin cəzasının daha da şiddətli və qorxuducu olması hikmətə uyğundur.

Həmçinin soyğunçuluq hadisələrinin müxtəlif hallarda və formalarda baş verməsi ilə əlaqədar olaraq şəriət bu cinayət üçün dörd növ cəza tədbiri təyin etmiş və bu cəzaların tətbiqini hakimin və ya onun köməkçisinin öhdəsinə buraxmışdır. Belə halda onun cəzası etdiyi cinayətinin miqdarında, ədalətli və qorxuducu olur. Bu cəza nəticəsində cinayətlər azalır, günahkarlar cəzalandırılır, cəmiyyət gözəl və əmin-amanlıq şəraitində yaşayırlar.
Dördüncü: Qisas;

Şəriətdə Qisasın mənası, cinayət ilə cəzanı bərabər tutmaqdır. Allah taala buyurur:

{                                                  }(البقرة: 178-179)

"Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası əvəzində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə əvəzində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şıddətli əzab gözləyir! Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz." (əl-Bəqərə: 178-179).

Ibn Məsud Peyğəmbərin  belə buyurduğunu deyir:

قال رسول الله e:«لا يحل دم امرئ مسلم، يشهد أن لا إله إلا الله وأني رسول الله، إلا بإحدى ثلاث: النفس بالنفس، والثيب الزاني، والمفارق لدينه التارك للجماعة». أخرجه البخاري في صحيحه و مسلم

"Lə iləhə illəllah Məhəmmədən rəsuləllah” kəlməsinə şəhadət verən müsəlmanın qanı, üç hal müstəsna olmaqla, haramdır: nəfsə nəfs olaraq qisas, zina edən evli adam və camaatı tərk edib dinindən üz çevirən adam"1.

Qisasın təyin edilməsində hikmət:


  1. Həqiqətən İslam şəriəti bütün bəşəriyyət üçün nazil edilmişdir. Bu şəriət insanların bəzilərini digərlərindən mühafizə edir. Xüsusən də zəifi güclünün zülmündən qoruyur. Məzlumun haqqını zalımdan alır... həmçinin başqa insanı haqsız yerə öldürməyi və ona qarşı düşmənçilik etməyi qadağan edərək onun hörmət və şərəfini qoruyur. Allah taala buyurur:

{        } (الأنعام: 151) و(الإسراء: 33)

"Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. (Onu yalnız və yalnız böyük bir günah işlətdikdə, məsələn, iman gətirdikdən sonra küfrə düşdükdə, yaxud zinakarlıq etdikdə öldürmək olar)..." (əl-İsra: 33).

Nəfsinin istəklərinə uyaraq başqasına qəsd edib onu öldürməklə zərər yetirənin həm dünyada həm də axirətdə şiddətli cəzası vardır. Allah taala buyurur:

{    ....} (البقرة:178)

"Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu)..." (əl-Bəqərə: 178).

{                } (النساء: 93)



"Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!" (ən-Nisa: 93).

  1. Qisas almaq hökmü yalnız İslam şəriətində deyil, bütün peyğəmbərlərin və elçilərin şəriətidir. Allah taala, qardaşını öldürmüş Adəm övladları haqda danışdıqdan sonra buyurur:

{                                         } (المائدة: 32)

"Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq möcüzələr gətirmişdilər. Bundan (bu möcüzələrdən) sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar." (əl-Maidə: 32).

Həmçinin Allah taala Tövrat şəriətini bəyan edərək buyurur:



{                                  } (المائدة: 45)

"Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər kəs (qisası) bağışlasa, bu onun üçün bir kəffarədir (Allah onun günahlarının üstünü örtüb bağışlar. Və ya zərərdidə qisası bağışlasa, bu, cani üçün bir kəffarədir. Haqq sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalımdırlar!" (əl-Maidə: 45).

  1. Qisas, cinayətkarın törətdiyi qətlin cəzası olaraq eyni ilə belə cəzalanacağını xatırladaraq onun nəfsinə qorxu salır. Qisas onun nəfsinə qorxu salmaq üçün zamindir. Çünki qatil mütləq cəzalanacağını bilir, qaçmağın və ya gizlənməyin mənasız olduğunu, haqq və ədalətli cəzanın, boynu üzərində qoyulacaq qılıncın bir gün ona yetişəcəyini dərk edir. Insanın bu hissiyyatı güclü olduqca o, cinayətdən uzaq olar. Beləliklə, öldürüləcək adam ölümdən, qatil isə qisasdan xilas olar. Bu isə həm qatil, həm də öldürülən üçün həyat deməkdir.

  2. Qisas qətl cinayətinə uyğun cəzadır. Çünki qətl nəfsə qarşı qəsd edilən düşmənçilikdir. Ona görə də qatilin etdiyi əmələ uyğun cəzanın təyin edilməsi ədalətə uyğundur. Atanın öz oğlunun qatilini yer üzündə rahat gəzib dolaşmasını görməsi heç ağıla sığışmaz bir işdir. Axı ata gözünün işığı olan oğlunu itirməklə bu ləzzətdən məhrum edilmişdir. Həmçinin bir gözünü itirmiş adamın onun gözünü çıxarmış adamın rahat şəkildə insanlar arasında dolaşmasını, iki gözə sahib olduğunu görməsi də ağıla sığan bir şey deyildir.

  3. Qisas cəzasının tətbiq edilməsi fitnə-fəsadı yerindəcə yatırmaq, cinayətlərin qarşısını dərhal almaqdır. Çünki cinayətkarı cəzalandırmaq həm onun üçün, həm də digərləri üçün xəbərdarlıqdır. Insanları qırmaq, qanlarını axıtmaq üçün plan cızanlar cinayətkarlara qarşı tətbiq edilən qisas cəzasını gördükdə öz çirkin əməllərindən əl çəkərlər. Çünki onların da aqibətinin belə bitəcəyi əvvəlcədən onlara bəllidir.

  4. Qisas az bir müddətdə kin-küdurətə və düşmənçiliyə son qoyur. Çünki qətlin kin-küdurəti və nifrətinin ən gözəl şəfası ədalətli qisasdadır. Qətlin acısını heç bir cəza, həbs, qovulma və ya dustaqlıq kimi cəzalar ödəyə bilməz. Hətta bu cəzaların müddəti uzadılsa yenə də fayda verməz. Yalnız bir halda, qatilin törətdiyi qətl formasında cəzalandırılması, yaxud qatili ələ keçirib ondan ya qisas almaq və ya onu bağışlamaq buna dərman ola bilər. Zərərçəkənin kin-küdurətinin aradan qaldırılması çox əhəmiyyətlidir. Əks halda ölüm və düşmənçilik çox davam edə bilər. Çünki qana görə qəzəblənmək və qisas almaq insanın fitrətindəndir. İslam şəriəti bunları dərk etmiş və qisası qanuniləşdirmişdir. Bununla o, nəfslərdə olan nifrətləri sağaltmış, düşmənçilik və vəhşi intiqamın qarşısını almış, qəlbləri zülmdən, ədavətdən və nifrətdən təmizləmişdir. Həmçinin cəmiyyətdə tez-tez qətllərin baş verməsinin qarşısını almışdır.

  5. Qisas təkcə zərərçəkənlər üçün deyil bütün insanlar üçün faydalıdır. Çünki qisas olmazsa havayı qan axıdılar, şər insanlar cəmiyyətdə hakimlik edər, güclü zəifi yeyər, əmin-amanlıq itər, cəmiyyəti fitnə-fəsad bürüyər, yollar kəsilər və ticarət əlaqələri məhv olar, istehsalat və inkişaf dayanar və insanların hərtərəfli mənfəətləri puç olar. Əgər qisas tətbiq edildikdə isə cinayətkar cəzasını tapar və onun cəzası etdiyi cinayətin növündən olarsa belə halda fitnə-fəsad bitər, cinayətlər kəsilər, insanlar xoşbəxt və əmin-aman həyat sürərlər.

  6. İslam ədalət və mərhəmət dinidir. O, qatildən qisas almadan ölmüş insanın qanının boş yerə axıdılmasını istəmir. Bu ədalətin tam özüdür. Həmçinin İslam şəriəti daima qan axıdılmasını da istəmir. Qatilin qanının axıdılmasının qarşısını almaq üçün də diyəni (qanbahasını) qanuniləşdirmişdir. Bu çox böyük mərhəmət və mülayimlikdir. Lakin qisasın diyə (qanbahası) ilə əvəz edilməsinin təyini qan sahibinə, yaxud ölənin ailəsinə məxsusdur. Bu hökmün hikmətlərinin çoxluğunu Allah daha yaxşı bilir. Indi isə biz bəzilərini qeyd edəcəyik:

  1. Diyə (qanbahası) şəriət qanunlarının təyinindən sonra qan sahiblərinin ürəklərində yumşaqlıq yara­dır.

  2. Diyə (qanbahası) insanları dolayısı ilə sülhə və barışığa səsləyir. Bu İslam şəriətinin əsas prinsiplə­rindəndir.

  3. Diyə (qanbahası) sınmış iradələri düzəldir və hər tərəf üçün ixtiyari qapılar açır. Beləliklə cəza İslam şəriətinin ümumi tədbirləri ilə həyata keçirilir. Həmin ümumi tədbirlər isə bir hökmdə müxtəlif seçim­lərin olmasıdır.

  4. Diyə (qanbahası) müasir qanunların edamı ləğv etməyə can atdıqları hədəfləri əməli və orta yol ilə həyata keçirir. Bu yolla o, edamı tam ləğv etmir. Nəfsi və ictimai istəklərin əsasında işlərin məcrasını orta yolla həll edir. Bu yol doğru yol olduğu üçün özündən sonra zərərdən əsər-əlamət saxlamır.

  1. İslam zərərçəkən tərəfə qisas almaq, bağışlamaq və ya diyə götürməkdə ixtiyar vermişdir. Bu İslam şəriətinin orta mövqeli şəriət olmasına dəlildir. Tövrat camaatına yalnız qətl verilmişdi. Incil camaatına isə yalnız bağışlamaq verilmişdi. Onların qisas və ya diyə almaqda payları yox idi. Lakin Allah taala bu ümmətə asanlıq yaradaraq zərərçəkənə ixtiyar vermişdir. Istəsə qisas alar, yaxud bağışlayıb diyə götürər və ya tam bağışlayar, heç diyə də götürməz. Allah taala buyurur:

{                } (البقرة: 178)

"(Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası əvəzində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir...." (əl-Bəqərə: 178).

Altıncı fəsil:

Rəhbər ilə camaat arasında olan əlaqələrdə İslamın gözəllikləri;

Müsəlman rəhbərin mövcudluğu dinin ən əhəmiyyətli hissəsidir. Ona görə də müsəlmanların İslam dinini ya­şa­dan, məzlumlara kömək edən, qanunları tətbiq edən bir rəhbəri olmalıdır. Bu məsələ öz əksini Quran, Sünnə, icma və şəriət qaydalarında tapır.

Allah taala buyurur:

{          } (النساء:59)



"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!..." (ən-Nisa: 59).

Allah taala müsəlmanlara öz aralarından olan əmirlərə, rəhbərlərə itaət etməyi vacib etmişdir. Itaətin vacibliyi rəhbərin mövcud olmasının vacibliyini bildirir. Çünki Allah taala mövcud olmayana itaəti vacib etməz. Həmçinin əhəmiyyəti olmayana itaəti də fərz etməz. Itaətin əmr edilməsi rəhbərin mövcudluğunun vacibliyini bildirir. Deməli müsəlmanların üzərində rəhbərin olması vacibdir.

Sünnədə isə rəhbərin mövcudluğunun zəruriliyi haqda hədislər çoxdur. Misal olaraq bu hədisi demək olar:

Peyğəmbər  buyurmuşdur:

قول رسول الله r: «لا يحل لثلاثة يكونون بفلاة من الأرض إلا أمَّروا أحدهم» رواه الإمام أحمد في مسنده من حديث عبد الله بن عمرو-رضي الله عنهما-وله شاهد من حديث أبي سعيد الخدري t، وحديث أبي هريرة t، رواهما أبو داود في سننه.

"Üç nəfər hər hansı bir yerdə olarlarsa, öz aralarından birini başçı seçmələri vacib sayılır"1.

Alimlərdən biri deyir: "Əgər az bir topluma öz aralarından birini başçı seçmək vacib edilmişdirsə, deməli çoxluğun arasından birini başçı seçmək daha vacibdir".

Həmçinin alimlər yekdilliklə bu məsələni dəstəkləyirlər. Onların biri deyir: "Müsəlmanlara öz aralarından bir nəfəri xəlifə (rəhbər) seçmək vacibdir".

Başqa bir alim isə deyir: "Rəhbər seçmək vacibdir. Səhabə və tabiinlərin rəhbər seçməyin vacibliyi haqda yekdil rəydə olmaları bu məsələnin şəriətdə vacib olmasına dəlildir. Çünki Peyğəmbərin  səhabələri onun ölümündən sonra dərhal Əbu Bəkri xəlifə seçməyə üz tutdular və ona beyət etdilər. Bu əsrlər boyu belə olmuşdur. Məsələnin bu gedişatı onun vacibliyinə açıq-aşkar dəlildir".



Həmçinin rəhbər seçməyin vacibliyini şəriət qaydaları da təsdiqləyir. Məsələn, şəriət qaydalarının birində deyilir: "Vacib əməlin tamamlanması üçün lazım olan əməl də vacib sayılır".

Əli ibn Əbu Talib bu məsələni təsdiqləyərək deyir: "Insanlar üçün yaxşı və ya pis olmasından asılı olmayaraq mütləq bir rəhbər lazımdır." Orada olanlar dedilər: Ey Möminlərin Əmiri! Yaxşı rəhbərin necəliyini bildik. Bəs pis rəhbər necə olur? Əli dedi: "O, qanunları həyata keçirən, yollarda əmin-amanlıq yaradan, düşmənə qarşı cihad edən və qəniməti böləndir".

Rəhbər seçməyin vacibliyini bildirən daha bir amil də vardır. Rəhbərin seçilməsi ilə fitnə-fəsadın və özbaşınalığın qarşısı alınır. Çünki, rəhbər təyin edilməmiş bir məmləkətdə hədsiz fitnə-fəsad və özbaşınalıq olar. Şəriətə görə zəruri sayılan beş amilin: din, nəfs, namus, mal və ağılın qorunması vacibdir. Şəriətin məqsədlərindən biri də bunları mühafizə etməkdir. Deyilən mühafizənin olması üçün mütləq rəhbər lazımdır. Alimlərin biri deyir: "Rəhbər olmayan yerdə fitnə insanlara hökmranlıq edər".

Digər alim isə deyir: "Əgər rəhbərlər olmasaydı biz yolda əmin-amanlıqla gəzə bilməzdik. Bizim zəiflərimiz qüvvətlilərimizin hədəfi olardılar".

Şair deyir:

Özbaşınalıq insanları islah etməz, səadət verməz

Cahillər onlara ağalıq etsələr xoşbəxtlik olmaz!

Hər bir toplum öz istəklərinə nail olmaq üçün əmr edənlə əmr edilənin, rəhbərlə camaatın arasında əlaqə qurmalıdır. Hər kəs öz boynuna düşən vacib əməli, daşıdığı əmanəti yerinə yetirməlidir.

Rəhbər insanlar üzərində rəbb deyildir ki, insanlarla əlaqəsi olmadan yaşasın və ya Allah Elçisi deyil ki, onun işi yalnız Allah ilə insanlar arasında vasitəçilik olsun. Əslində rəhbər ilə camaat bir-birindən asılıdırlar. Ona görə də onlar din və dünya işlərini birgə yerinə yetirməlidirlər. Bir qafilə başçısı olub yol göstərən adam kimi, rəhbərin onlara kömək etməsi, camaatın da ona tabeçiliyi vacibdir. Yol göstərən qafilə başçısı yolunu düz getdikdə orada olanlar sakitcə onun ardınca gedər, yolu səhv getdikdə isə ona göstərişlər verməklə bir-birlərinə kömək edərlər. Qarşılarına çıxan çətinlikləri də birgə aşarlar.

Ona görə də həm rəhbərin həm də camaatın özünəməxsus vacib haqları vardır və onları gözləmək vacibdir.
Birinci: Rəhbərlərin haqları;

Rəhbərliyin böyük qayələri, alicənab məqsədləri vardır və bunlar aşağıdakı bəndlərdə öz əksini tapır:



  1. Dini təbliğ etmək və ona çağırmaq:

Bu, rəhbərliyin ən əsas vəzifələrindəndir. Bu məqsədi həyata keçirmək üçün müsəlmanların rəhbəri Məhəmməd  ona peyğəmbərlik verildikdən sonra Allahın buyuruğu ilə dini təbliğ etməyə başladı. Allah taala onu yer üzündə bərqərar etdikdən sonra o, digər ölkə və qəbilələrə Allahın dininə, haqq yola çağırış üçün elçilər göndərdi. Qonşu ölkələrin rəhbərlərini və tanınmış şəxsiyyətləri İslam dininə dəvət etmək üçün onlara məktublar yazdı. Ömrünün son nəfəsinə qədər Allahın dinini yaymaq üçün qoşunları səfərbər etdi. Ondan sonra gələn raşidi xəlifələr və Allahın müvəffəq etdiyi müsəlman rəhbərlər də onun bu yolunu davam etdirdilər.

  1. Şübhələrin, bidətlərin və batil fikirlərin qarşısını almaq və onlara qarşı mübarizə aparmaq:

Bu rəhbərin boynuna düşən əsas məsuliyyətlərdən biridir. O, dinə zərər verəcək və ya ona ləkə gətirəcək hər bir amilin qarşısını almalıdır. Alimlərdən biri deyir: "Rəhbər dini özündən əvvəl yaşamış sələfin qaydalarına əsasən qorumalıdır. Dinə şübhə edəni başa salmalı, doğrunu ona çatdırmalıdır. Bunun üçün lazımi tədbirləri görməlidir ki, dində boşluqlar, cəmiyyətdə isə peşmançılıq yaranmasın".

Dini qoruma yollarından biri, bidətlə mübarizə aparmaq, İslam düşmənlərinin təbliğ etdikləri şübhə və iftiraları dəf etmək, batil fikirlərə qarşı çıxmaqdır. Cəmiyyəti qorumaq üçün dağıdıcı fikirlərə qarşı müxtəlif vasitələrlə mübarizə aparmaqdır.

Dəvət edən bidət və dağıdıcı fikirlər müxtəlifdir. Həmçinin bu işlə məşğul olanlar da fərqli şəraitlərdə yaşayırlar. Belə hallara qarşı mübarizəni bəzən təlim-tərbiyə, bəzən isə dəlillərlə qarşı tərəfi susdurmaq və onların şübhələrini dəf etməklə aparmaq lazım gəlir. Əli ibn Əbu Talib xəvariclərlə belə etmişdir. O, Abdullah ibn Abbası xəvariclərlə söhbət etmək üçün göndərmişdi. Bəzən isə bu mübarizə zor gücü ilə olur. Bir vaxtlar Ömər Səbiğ adlı bir nəfəri tərbiyələndirmək üçün onu zorla öz yaşadığı yerdən qərib bir diyara sürgün etmişdi. Həmçinin Əli haqqa qarşı inadkarlıq edən xəvariclərə qarşı savaşmışdı.

Ümumiyyətlə belə bidət və fikirlərə qarşı aparılan mübarizə zərərin dərəcəsinə görə zaman və məkana münasib edilməlidir.


  1. Müsəlmanları və dövlət sərhədlərini qorumaq:

Rəhbər insanlar üçün əmin-amanlıq şəraiti yaratmalıdır. Bu əmin-amanlıq bütün sahələrdə, fikir, mədəniyyət və cəmiyyətdə olmalıdır ki, insanlar öz dinlərinə, ruhlarına, namusları və mallarına təminat veriləcəyinə əmin olsunlar.

  1. Cəza tədbirlərini həyata keçirmək:

Bu iş rəhbərin və onun təyin etdiyi hakimlərin məsuliyyətidir. Alimlərdən biri deyir: "Cəza tədbirlərini həya­ta keçirmək rəhbərlərə vacibdir. Bu cəzalar vacib işləri tərk etdikdə və ya haram işləri etdikdə təyin edilir".

Rəhbərin cəza tədbirlərini həyata keçirməsi vacibdir. Şəriət qanunlarını tətbiq etmək məsələsinə zəkatı toplamaq, qəniməti bölmək, insanlardan Allahın buyurduğu qayda-qanunlara riayət etmələrini tələb etmək, Onun əmrlərinə itaət etmək kimi məsələləri də daxildir.



  1. Ədalətli olmaq və zülmün qarşısını almaq:

Ədalətli olmaq və zülm etməmək hər bir insanın borcudur. Bu təkcə rəhbərlərə aid deyildir. Bu haqda şəriətdə sübutlar çoxdur. Lakin biz yalnız rəhbərlərə aid olan hissəyə toxunacağıq.

Belə dəlillərdən: Bir hədisdə Peyğəmbər  buyurmuşdur:

"السبعة الذين يظلهم الله يوم لا ظلّ إلا ظلّه وذكر منهم إمام عادل…" صحيح البخاري مع الفتح (12/112) برقم (6806) ومسلم: 2/715 برقم (1031).

"Yeddi qisim insanlar qiyamət günü heç bir kölgənin olmadığı halda, Allah taalanın kölgəsi altında kölgələnəcəklər. onlardan biri də ədalətli rəhbərdir..."1.

Digər hədisdə isə Peyğəmbər  buyurmuşdur:

قوله r: «ليس من وال أمة قلَّت أو كثرت لا يعدل فيها إلا كبه الله تبارك وتعالى على وجهه في النار» رواه الإمام أحمد في مسند

"Az və ya çox insan üzərində rəhbərlik edib ədalətli olmayan rəhbəri Allah taala üzü üstə cəhənnəmə atar"1.

Başqa hədisdə isə buyurmuşdur:

وقوله r: «المقسطون على منابر من نور عن يمين الرحمن وكلتا يديه يمين، هم الذين يعدلون في حكمهم وأهلهم وما ولوا» رواه مسلم

"Hökm verməkdə, öz ailələrində və məsuliyyət daşıdıqları yerlərdə ədalətli olanlar nurdan olan minbərlərin üzərində Rəhmanın sağ tərəfində olacaqlar. Allah taalanın hər iki əli sağ əldir"2.

Allah taala zülm etməkdən çəkindirmiş və zalımlara əzab vəd edərək buyurmuşdur:

{       } (الزخرف:65)


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin