«Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar.» (Ali İmran, 159)
Dəvət edərkən mülayim olmaq tələb edilən xüsusiyətlərdəndir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Məkkədən Taifə dəvət üçün getdikdə insanlar Onu daşqalaq edərək qovdular. Mələk gəlib Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) deyəndə ki, istəyirsənsə dağı götürüm onların başına qoyum? O dua edərək dedi: «Allahım onları bağışla, onlar bilmirlər».
Allah Təala Musa peyğəmbəri (Allahın ona salamı olsun) Allahı inkar edən Firona göndərdikdə buyurur: «Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Taha 43-44).
İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən buyurur: «Bu ayədə bir çox ibrətlər vardır. Firon təkəbbürlüyün ən yüksək həddinə çatmasına baxmayaraq, Allah Təala Musaya onunla mülayim danışmağı əmr edir».
6.Səbr .
Dəvətdə mühüm səbəblərdən biri də səbirli olmaqdır. Ona görə Allah Təala Qurani-Kərimdə səbirli olmağı tövsiyyə edərək buyurur: «Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbr et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir». (Loğman, 17)
Allahın dininə dəvət edən kəsin qarşısına müxtəlif xüsusiyyətlərə malik insan çıxa bilər. Dəvət zamanı müxtəlif hadisələrlə qarşılaşa bilər ki, bu zaman səbirli olmazsa, dəvətinin faydası olmaz.
Dostları ilə paylaş: |