18.Lay modelleri Fiziki hadisələri öyrənmək üçün aşagıdakı modellərdən istifadə etməkolar: determinik, stoxastik və eyniləşdirmə (identifikasiya) modelləri.
Determinik modellər bu və ya digər fiziki hadisəni xarakterizə edən amillər məlum olduqda tətbiq edilərək bu amillərin dəyişmə qanunauyğunluqlarını təyin edir.Stoxastik modellər təsadüfi xarakter daşıyan fiziki hadisələri mükkəmməl surətdə öyrənmək üçün tətbiq edilir. Eyniləşdirmə modelləri bu və ya digər fiziki hadisə haqqında kifayət qədər məlumat olmadıqda onları xarakterizə edən amilləri təyin etmək üçün işlədilir.
İndi isə determinik model əsasında süxurların modellərinin tərtibine baxaq. Əgər süxurdakı məsamələrə oxları bir-birinə paralel olan slindrik boşluqlar kimi baxılarsa, belə modelə ideal süxur modelideyilir . Əgər süxur eyni diametrli sferik dənəciklərin yığımından təşkil olunubsa, belə modelə fiktiv süxur modeli deyilir. Fiktiv süxur modeli riyazi hesablamalar üçün əlverişli olmaqla təbii süxurun ən sadə modelidir. Bu modellərdən istifadə etməklə, təbii süxurları və məsamələrdə baş verən hərəkəti xarakterizə edən kəmiyyətləri, onların dəyişmə hədlərini təyin etmək olur.
Suzulme, modelləşdirmə və s. proseslərin öyrənilməsi zamanı məsaməli mühitin müxtəlif fiziki modellərini tətbiq edirlər: 1.Şelkaçev V.N. modeli. Kubik model kub şəklində toplanmış eyni ölçülü elastik kürələrdən ibarətdir. 2.Q.Brandt modeli.Tesadufi sistemlə doldurulmuş eyni elastik kürələrdən toplanaraq, araları nizamsız kiçik diametrli kürələrlə doldurulmuşdur.
3. İ.Fetta modeli.Model bərabər ölçülü müxtəlif elastikliyə və yüksək Yunq modellu E1 (kvars) kürələr, onların arasında kiçik Yunq modullu E2 (gil və ya qum daşı qarışığı) kürələrdən ibarət kimi təsvir edilmişdir.