160
1.6.
Azərbaycan Respublikasının ərazisində fəaliyyət gös-
tərən beynəlxalq təĢkilatlarla (və ya onların nümayəndəlikləri ilə)
və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazıĢmalar
Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici
dildə Azərbaycan dilinə tərcümə olunmaq Ģərtilə aparıla bilər.
Maddə 2.
Azərbaycan Respublikasında dövlət dili
haqqında qanunvericilik
Azərbaycan Respublikasında dövlət dili haqqında qanun-
vericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu
Qanundan, digər normativ hüquqi
aktlardan və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
M a d d ə 3.
Dövlət dilinin işlənməsi, qorunması və inkişafı
sahəsində dövlətin əsas vəzifələri
3.0.
Dövlət dilinin iĢlənməsi, qorunması və inkiĢafı sahə-sində
dövlətin əsas vəzifələri aĢağıdakılardır:
3.0.1.
Azərbaycan Respublikası Konstitusiyasının və bu
Qanu
nun tələblərinə uyğun olaraq dövlət dili ilə bağlı
hüquq
qaydalarının müəyyənləĢdirilməsi;
3.0.2.
Dövlət dilinin tətbiqi iĢinə, bu dilin iĢlənməsi və qorun-
ması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmasının
təmin edilməsi;
3.0.3.
Dövlət dilinin inkiĢaf proqramının hazırlanması və
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələĢdirilməsinin təmin
edilməsi;
3.0.4.
Dövlət dilinin saflığının qorunması,
dilçilik elminin
nəzəriyyəsi və praktikasının inkiĢafı üçün müvafiq Ģəraitin
yaradılması və tədbirlərin həyata keçirilməsi;
3.0.5.
Dövlət dilinin iĢlənməsi üçün zəruri olan maddi bazanın
yaradılması;
3.0.6.
Xarici ölkələrdə yaĢayan azərbaycanlıların Azər-baycan
dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə
köməklik göstərilməsi.