49
kəsdilər
və bu səbəbdən o, etiraz əlaməti olaraq mötəbər
toplantını tərk etdi. Dövlət və hökumət baĢçılarına reqlamentə
beĢ dəqiqə vaxt ayrılmıĢdı. Lakin bu xoĢagəlməz sonluğun əsl
səbəbkarı məqamın hüdudlarını geniĢləndirmək cəhdi oldu.
Belə qənaətə gəlməliyik ki, məqam danıĢan və dinləyənin
Ģərikli payıdır. Bundan savayı, məqam ölçüdür. Hər Ģeyin
ölçüsü olduğu fikrini əsas tutaraq qeyd etməliyik ki, məqam ölçü
olaraq müəyyən zaman daxilində
nitq fəaliyyətinin həm
kəmiyyət, həm də keyfiyyət tarazlaĢmasından asılıdır. Yəni, hər
hansı fikri necə və hansı sayda dil vahidinin istifadəsi ilə ortaya
qoyulmasının ölçüsüdür. Məqam anlayıĢı, bütövlükdə nitq
məqamı da daxil olmaqla, fəaliyyətin xüsusi forması kimi
ünsiyyətdə gerçəkləĢir. QarĢılıqlı ünsiyyət isə, tədqiqatçıların
haqlı
qeyd etdiyi kimi, hər hansı məsələnin, problemin həlli
zamanı qurula bilər.
Məqamın nəzarətsiz buraxılmaması da bu faktorla izah
oluna bilər. Daha bir neçə misala müraciət edək. Ġqtisadi
ƏməkdaĢlıq TəĢkilatının 2002-ci ilin 14 oktyabrında
keçirilən
zirvə toplantısında dövlət baĢçıları üçün 10 dəqiqə çıxıĢ vaxtı
ayrılmıĢdı. YUNESKO-nun BaĢ katibinin 2000-ci ildəki seçki-
lərinin prosedurası müəyyənləĢdirilərkən qərara alınmıĢdı ki, bu
ali vəzifəyə sahib olmaq istəyən hər bir namizəd bu təĢkilatın
gələcək inkiĢaf perspektivlərini əks etdirən 2 min sözdən ibarət
esse təqdim etməlidir və 30 dəqiqəlik Ģifahi çıxıĢ etməlidir.
9
Odur ki, iclaslar, müĢavirələr zamanı reqlament müəy-
yənləĢdirilir və bunun gözlənilməsi tələb olunur.
Bu deyilənlər
bir daha təsdiqləyir ki, məqamların hüdudları həm linqvistik,
həm də sosial tələbdir. Bu gün bir çox fəaliyyət sferalarına xas
olan məqamlar reqlamentləĢmiĢ məqamlardır. Belə məqamlar
diplomatik fəaliyyət sferasında daha çoxdur.
Ümumiyyətlə,
tədqiqatçılar insanın sözlə aktiv ünsiyyətinin
Dostları ilə paylaş: