m əqam Əzizim göz yeri va Üz Ġnsan gündəlik həyatda ən müxtəlif məqamları yaĢamalı
olur. T
əbii ki, məqamların özünəməxsusluğu nitq fəaliyyətinə də
öz təsirini göstərir, daha doğrusu, rastlaĢdığımız məqamlar
arasında oxĢarlıq təĢkil edən məqamlar da az deyildir və bunun
nəticəsi olaraq nitqdə bu məqamlara uyğun hazır qəliblər özünə
ye
r tutur. Həyati məqamlar ardıcıl olaraq nitqdə öz əksini tapır.
Nəticə etibarilə, məqamlar daxilində ünsiyyət xeyli asanlaĢır və
insan çətinlik çəkmədən öz fikirlərini ifadə etmək imkanı
qazanır. Məqam haqqında bitkin cavab aĢağıdakı kimidir:
Məqam – subyektin gerçəkliklə üzləĢdiyi anlardır.
Məqam – dinamik xarakterli anlayıĢdır. Təkrarlanan
məqamlar nisbi mənada statik məqamlar kimi təsəvvür
olunmalıdır.
Məqam – həyatın müxtəlif anlarının və ünsiyyətdə olan
tərəflərin münasibətlərinin toplusudur. Bu mənada məqamlar
sistem təĢkil edir. Bu sistemin nəticəsi olaraq məqsədəuyğun
fəaliyyət olan nitq prosesi meydana gəlir.
Müəyyən məqam daxilində sosial rol, sosial status bir
tərəfdən, yaĢ və cins fərqləri digər tərəfdən, ünsiyyət aktının
iĢtirakçılarından yüksək nitq mədəniyyəti tələb edir. Çünki yaĢlı
insanlarda özündən yaĢca cavanlara, öz növbəsində cavanların
da yaĢlılara münasibətində daxili bir barıĢmazlıq yaĢayır.
«Qerontofobiya» adlanan bu hadisə kommunikasiya (ünsiyyət)
baxımından da maraqlıdır.
Kommunika
tiv səlahiyyəti bir çox hallarda insanlar əldən
vermək istəmədiyindən ən adi məqamların özü də əsl zid-
diyyətə aparan yolun baĢlanğıcı ola bilər. Vəzifə səlahiyyətləri
yuxarı olanlar, yaĢlılar, kiĢilər bu baxımdan daha aktivdirlər.
Əzizim göz yeri var Üzündə göz yeri var.