Nitqi dolğunlaşdıran və gücləndirən vasitələr (ədəbi-bədii materiallar, intonasiya, mimika və jestlər).
İmtahan tapşırıqlarını hazırlayıb geri göndərərkən xahiş edirik ki, imtahan tapşırıq vərəqinin həm faylın adı yerinə həm də elektron poçt maildə Subject ( Tema) yerində adınızı, soyadınızı və qrup nömrənizi mütləq qeyd edin.
Cavablar MÜTLƏQ imtahan tapşırığını aldığınız gün saat 17:00-a qədər imtahan tapşırığını qəbul etdiyiniz elektron poçt ünvanına geri göndərilməlidir.
İmtahanların nəticələrindən narazı olan tələbələr 48( qırx səkkiz) saat ərzində ərizə ilə Apellyasiya Komissiyasına müraciət edə bilər.
Tapşırıqların yazılması tövsiyə olunur ki, Times New Roman 14 şrift 1,5 ara ilə minimum 5 səhifə yazasınız. Əlyazma formasında yazmaq olmaz.
İmtahan sessiyası dövründə hər hansı çətinlik və ya sualınız olarsa ADPU-nun Quba filialının imtahan qərargahının üzvlərinə müraciət edə bilərsiniz.