1. Bədii sual; 2. Təkrir; 3. Mübaliğə;
4. Litota; 5. İnversiya; 6. Kinayə; 7. Bədii təzad
1.Bədii sual. Fikrin emosional təsirini artırmaq, güclü hiss – həyəcan yaratmaq məqsədilə təsdiq olunan fikrin sual şəklində qurulması bədii sual adlanır. Bədii suala cavabı tələb olunmayan və cavabsız qalan suallar aiddir. Buna bəzən ritorik sualda deyilir.
Hanı məni gül qoynunda doğuran?
Məzarımda laylay balam çağıran? (A.İldırım)
Nümunənin hər iki misrasında cavabı tələb olunmayan bədii sualdan istifadə olunmuşdur. Başqa nümunələrdə misal göstərmək olar. Məsələn;
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Dostları ilə paylaş: |