Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Aqrar – sənaye müəssisələrinin inkişafında kreditləşmənin zəruriliyi



Yüklə 476,68 Kb.
səhifə64/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   60   61   62   63   64   65   66   67   ...   93
1.Aqrar – sənaye müəssisələrinin inkişafında kreditləşmənin zəruriliyi.

Son illər ölkə iqtisadiyyatının bütün sahələrində həyata keçirilən struktur dəyişiklikləri bir çox sahələrdə olduğu kimi aqrar sənaye müəssisələrində də iqtisadi artımın təmin edilməsinə əlverişli şərait yaratmışdır. Əsası ulu öndər, ümummilli lider H.Ə.Əliyev cənabları tərəfindən qoyulan bazar iqtisadiyyatına keçid konsepsiyası aqrar sahədə coxukladı, iqtisadiyyatın formalaşmasına, milli aqrar bazarın inkişafına müsbət təsir göstərmişdir. Ulu öndər Heydər Əliyev cənablarının əsasını qoyduğu iqtisadi kursun onun layiqli davamçısı İlham Əliyev cənablarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, respublikamız qlobal maliyyə böhranından layiqlə çıxmışdır. Həyata keçirilən iqtisadi siyasət aqrar - sənaye müəssisələrində iqtisadi artım tempinin olmasının daxili və xarici bazarlarında yerli istehsalın xüsusi çəkisinin artmasına gətirib çıxarmışdır.

Aqrar sənaye müəssisələrində əldə edilmiş müvəffəqiyyətlərlə yanaşı bu sahədə həllini tapmamış bir sıra problemlər də mövcuddur. Yeni iqtisadi şəraitlə aqrar - sənaye müəssisələrində həlli vacib problemlərdən biri onların vaxtında sərfəli güzəştli kreditləşməsindən ibarətdir.

1997-ci ildən başlayaraq İFAD uzrə Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində bir sıra proqramların həyata keçirməyə başlamışdır.

“Aqrokredit” kredit təşkilatı tərəfindən 2010-cu ildə kənd yerlərinin kreditləşməsi xətti ilə 692 sahibkarlıq subyektinə 5,6 milyon manat kredit verilmişdir. “Aqrokredit” səhmdar kredit təşkilatı 4 nümayəndəlik vasitəsilə 12 regionda kənd təsərrüfatına kreditlər verir.

Bununla yanaşı İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2005-2010-cu illər ərzində kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahələrinin 7449 sahibkarlıq subyektlərinə 209,8 milyon manat məbləğində kredit verilib.

Hesablamalar göstərir ki, bu illər ərzində hər bir təssərrüfat subyektinə verilən kredit 2005-ci ildə 10,9 min manat təşkil edirdisə bu məbləğ 2010-cu ildə 43,5 min manat təşkil etmişdir.

Ümumiyyətlə 2007-2011-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditlər üzrə Dövlət Agentliyi tərəfindən aqrar sektorun inkişaf etdirilməsi məqsədilə dövlət büdcəsindən ayrılan və əvvəllər verilmiş kreditlər üzrə qaytarılmış vəsait hesabına ölkənin 53 rayonunda aqrar sahədə fəaliyyət göstərən 1376 fiziki və hüquqi şəxsə 46,1 milyon manat həcmində güzəştli kredit verilmişdir.

Beynəlxalq Kənd Təsərrüfatı İnkişaf Fondunun dəstəyi ilə Xızı, Şabran, Siyəzən və Abşeron rayonlarından olan 42 fiziki və hüquqi sahibkarlar 125 min manat məbləğində kredit verilmişdir.

Rəqəmləri təhlil etdikdə görürük ki, kənd təsərrüfatının inkişafına daha çox kredit ayrılarsa kənd təsərrüfatının ümumi məhsulu ildən ilə çoxalır. Məsələn bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatının ümumi məhsulu 2007-ci ildə 2918,6 milyon manat təşkil etmişdirsə bu rəqəm 2011-ci ildə 4525,2 milyon manat təşkil etmişdir.

Bu göstəricilər uyğun olaraq kənd təsərrüfatı və sair təşkilatlarda 119,6 milyon manat və 236,0 milyon manata, Fərdi Sahibkarlıq, ailə kəndli və ev təsərrüfatlarında 2799,0 milyon manat və 4289,2 milyon manat təşkil etmişdir.

Qeyd olunan müsbət göstəricilərlə yanaşı onu da qeyd etmək lazımdır ki, kənd təsərrüfatına yönəldilən kreditlərin həcmi kifayət qədər yüksək deyildir. Məlumdur ki, Azərbaycan aqrar ölkədir və kənd təsərrüfatına əhəmiyyətli dərəcədə kreditin ayrılmasına çox böyük ehtiyacı vardır. Hesablamalar göstərir ki, bu gün kənd təsərrüfatını daha inkişaf etdirmək üçün 1 milyard manat pul ayrılarsa daha çox məhsul əldə etmək olar.

Bazar iqtisadiyyatlı ölkələrin demek olar ki, əksəriyyətində kreditləşdirmə problemlərinin həlli bank sisteminin yeni şəraitə uyğunlaşdırılmasına müvafiq hüquqi bazanın yaradılması ilə nail olunmuşdur. Girov mexanizminin yeni tələblərə uyğunlaşdırılması aqrar sahənin gəlirlik səviyyəsinin aşağı olması və ixrac yönümlü sahələrin zəif inkişafı da bu baxımdan az əhəmiyyətli deyildir.

Yeni iqtisadi şəraitdə bank sisteminin kredit imkanları aqrar sahənin inkişafı mühitini dəyərləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Haqqında danışılan imkanların genişləndirilməsi dövlətin aqrar sahəyə kreditlərin verilməsi mexanizminin çevikliyindən asılıdır və müvafiq fondlar, müvəkkil bankların iştirakı ilə mühüm müsbət nəticələr verir.




Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin