Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 476,68 Kb.
səhifə57/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   53   54   55   56   57   58   59   60   ...   93
Mushfiga Mammadova Ajdar
SUMMARY
Indicators characterizing the financial stability of businesses in the agricultural sector also are defined in the article. 5 classes and accordingly 5 types of financial and economic situation of businesses are shown in the article.

Key words: agrarian sector, business entities, financial stability, a system of indicators.

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/2 səh.71-77

MALİYYƏ VƏ UÇOT
UOT 338.22.
Aqrar sahəyə qoyulan investisiyaların prioritetliyin təmin edilməsi məsələləri
Əbdülhəsənov Tural Tofiq oğlu

Az.ETKTİ və Tİ-nin doktorantı
XÜLASƏ
Dünya təcrübəsi göstərir ki, yalnız maddi istehsalın inkişafına yönəldilmiş birtərəfli tədbirlər arzu edilən nəticənin əldə olunmasına gətirib çıxarmır. İnkişaf etmiş ölkələr sənayedə, kənd təsərrüfatında və tikintidə inkişafa nail olaraq, xidmətlər bazarının genişlənməsinə, investisiya qoyuluşlarının artırılmasına və rəqabətin inkişafına müvəffəq olmuşlar. Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafının davamlı olması üçün bu sahəyə investisiya qoyuluşunun artırılması zərurəti yaranmışdır. Bu məqalədə respublikamızda kənd təsərrüfatına investisiya qoyuluşu ilə bağlı mövcud vəziyyəti qiymətləndirilir və müvafiq təkliflər verilir.

Açar sözlər: kənd təsərrüfatı, investisiya, kredit, prioritet, istehsal.
Ölkə iqtisadiyyatının dayanıqlı və tarazlı inkişafının təmin edilməsinə investisiya qoyuluşlarının həcm və strukturu birbaşa təsir göstərir. İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə əlverişli investisiya mühitinin yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Bu məqsədlə mülkiyyətin formasından asılı olmayaraq bütün investorlar üçün daha əlverişli rəqabət mühitinin yaradılması, Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə imicinin formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi, investisiya fəaliyyətinin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi, xüsusi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsi, investisiya obyektlərinin seçimi və təhlili məqsədi ilə müəssisələr haqqında investorların məlumatlandırılması sisteminin yaxşılaşdırılması, əmanətlərin investisiyalara səmərəli transformasiyasını təmin edən müasir institusional infrastrukturun inkişaf prosesinə yardımın artırılması v s. tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində investisiyaların cəlb edilməsi xüsusi rol oynayacaqdır. İnvestisiya qoyuluşlarının prioritetləşdirilməsinin iqtisadi inkişaf istiqamətlərinin müəyyən olunması bu baxımdan vacibdir. İstənilən ölkədə iqtisadi resursların məhdudluğu iqtisadi inkişafın əhəmiyyətli və səmərəli istiqamətlərinin seçilməsini zəruri edir. Ölkənin iqtisadi inkişafının prioritet istiqamətlərinin müəyyən olunması haqqında qərarın verilməsi kompleks təhlil və ciddi qiymətləndirmələr əsasında qəbul edilir. Çünki, ayrı-ayrı dövrlərdə iqtisadi inkişafın prioritet istiqamətləri bir-birindən fərqlənir. Ölkə iqtisadiyyatında investisiya qoyuluşlarının prioritet istiqamətləri sosial-iqtisadi inkişafa və ayrı-ayrı sahələrin inkişaf məqsədlərinə uyğun olmalıdır. Xüsusilə də yoxsulluğun və regional bərabərsizliyin azaldılması baxımından həm mikro, həm də makro səviyyədə prioritetləşdirilməlidir. İnvestisiya qoyuluşlarının prioritet istiqamətlərini müəyyən edərkən, ilk növbədə, iqtisadi resursların iqtisadiyyatın real sektora yönəldilməsi və onun digər sahələrin inkişafı üçün əsas olmasını nəzərə almaq zəruridir.

Hazırda Azərbaycanda dövlət investisiya siyasətinin əsas istiqamətlərini aşağıdakı prioritetlər təşkil edir:


    • investisiyaların qeyri-neft sektoruna və regionların inkişafına yönəldilməsi;

    • regionlar arasında investisiyaların bölüşdürülməsinin optimallaşdırılması;

    • ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyinin təmin edilməsi;

    • ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması;

    • dövlətin müdafiə qabiliyyətinin artırılması;

    • dövlət investisiya siyasətində tam şəffaflığın təmin edilməsi.

Respublikamızda özəl investisiyalar üzrə siyasətin əsas istiqamətlərini aşağıdakı prioritetlər təşkil edir:

  • ölkə müəssisələrinin investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə müvafiq tədbirlərin davam etdirilməsi;

  • müəssisələrin modernləşdirilməsi məqsədilə müasir texnoloji avadanlığın ölkəyə gətirilməsi üçün xarici ticarət rejiminin daha da təkmilləşdirilməsi;

  • birbaşa xarici investisiyaların ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsinin stimullaşdırılması;

  • xidmət sahələrində birbaşa xarici investisiyaların tənzimləmə rejiminin təkmilləşdirilməsi;

  • beynəlxalq standartlara uyğun mühasibat uçotu sisteminin və auditor fəaliyyətinin yaradılması prosesinin sürətləndirilməsi;

- iqtisadiyyatın prioritet sahələrinə xarici investisiyaların cəlb edilməsi.

Qeyd edək ki, son illər aqrar sektora hökumət tərəfindən qayğının artırılmasına paralel olaraq dövlət büdcəsi vasitəsilə kənd təsərrüfatına ayrılan vəsaitlərin həcmi də artmışdır. Belə ki, 3 formada funksional təsnifat üzrə “kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq” bölməsi üzrə kənd təsərrüfatına ayrılan xərclər, həmçinin, “sənaye, tikinti və faydalı qazıntılar” bölməsində yer alan əsaslı vəsait qoyuluşu paraqrafı üzrə aqrar sektora yönəldilən maliyyələşmə və “iqtisadi fəaliyyət” bölməsi üzrə sahibkarlığa kömək milli fondu vasitəsilə ayrılan kreditlərdə artım var.



Kənd təsərrüfatına ayrılan xərclər əsasən aşağıdakı istiqamətləri əhatə etmişdir:

  • kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın və motor yağının dəyərinin orta hesabla 50%-nin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsi;

  • kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri mineral gübrənin dəyərinin orta hesabla 50%-nin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsi;

  • kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi;

  • “Aqrolizinq” ASC-nin maliyyələşdirilməsi (6).

Eyni zamanda statistik rəqəmlərə nəzər saldıqda 2012-ci ildə respublikamızda iqtisadiyyata ÜDM-in 28.3% həcmində və ya 15.3 mlrd. manat investisiya qoyulmuşdur ki, bu da ötən illə müqayisədə 18.3% çoxdur.


Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin