AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
76
AZƏRBAYCAN FLORASINDA ƏVƏLĠK (RUMEX L.) NÖVLƏRĠ VƏ ETNOBOTANĠKĠ ĠSTĠFADƏSĠ Şirəliyeva G.Ş.
AMEA Botanika İnstitutu
Məqalədə Azərbaycanda yayılan Əvəlik - Rumex L. cinsi növlərinin bioekoloji xüsusiyyətləri və istifadə sahələri barədə məlumat verilmişdir. Aparılan etnobotaniki tədqiqatlar zamanı bu bitkilərin qida, dərman, texniki məqsədləlrlə istifadəsinə dair xalqın sınağından keçmiş materiallar toplanılmışdır. Prioritet növlərin təbii ehtiyatı hesablanmışdır. Açar sözlər: Əvəlik, Rumex L., etnobotanika, bioloji ehtiyatlar, bioekologiya
Polygonaceae Juss. fəsiləsinin Rumex L. – Əvəlik cinsinə аid оlаn növlər həm dərmаn, həm
də qida əhəmiyyətli оlduğundаn оnlаrın öyrənilməsi həmişə аktuаl оlmuşdur. Eyni zamanda onlar
yеm [10], bоyаq [2], dərmаn [1] və s. kimi fаydаlı хüsusiyyətlərə mаlik оlmаqlа yаnаşı, həmçının
biоlоji fəаl mаddələrlə də [5] zəngin оlduqlаrındаn əhəmiyyətli хаmmаl mənbəyi hеsаb оlunurlаr.
Rayonlarımızda, kəndlərimizdə yerli icmalar tərəfindən toplanılır, qurudulur və qış boyu ondan isti
yeməklər hazırlanır. Digər tərəfdən dərman bitkisi kimi geniş tətbiq edilir.
Bütün bunları nəzərə alaraq Azərbaycan florasında Əvəlik cinsi növləri bioekoloji, etnobotaniki və
ehtiyatı baxımından tədqiq edilmişdir.