MATERĠAL VƏ METODLAR Əksər xinoid birləşmələrinin yüksək antibiotik maddələr kimi, tibbdə tətbiq edilməsi nəzərə
alınaraq, Azərbaycanda geniş yayılmış D.lotus L. və D.koki L. bitkilərinin Mərkəzi Nəbatat Bağında
becərilən nümunələri yeni xammal kimi sınaqdan keçirilmişdir. Həmin bitkilərin yarpaqlarında və
gövdə qabıqlarında xinoid birləşmələri aşağıdakı üsullarla aşkar edilmişdir. Yığılmış bitki xammalı
1:3 nisbətində heksan həlledicisi ilə 24 saat müddətində ekstraksiya olunmuş və bu qarışıq süzgəcdən
keçirilmişdir. Bu proses 3 dəfə təkrar olunmuşdur. Həlledici qovulduqdan sonra çıxımın miqdarı
müəyyən edilmişdir. Vegetasiya dövründən asılı olaraq yarpaq və gövdələrdən alınmış ekstraktiv
toplumun optimal miqdarının müddətini təyin etmək məqsədilə eyni şəraitdə may və oktyabr aylarında
təcrübələr təkrar edilmişdir. Toplumda xinoid birləşmələrin təyin edilməsi üçün ―Sulifol‖ nazik
təbəqəli xromatoqrafiya lövhələrindən istifadə edilməklə, müxtəlif sistemlərdə maddələrin ayrılması
sınaqdan keçirilmiş və heksan-xloroform sistemi münasib hesab edilmişdir.