AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
112
MATERĠAL VƏ METODLAR
Osetin güləvər növü Altıağac kəndinin ətrafından 2012-ci il iyul ayında çiçəkləmə fazasında
yığılmışdır. Bitki materialının yerüstü hissəsindən 500 qr (havada quru çəkisi) götürülmüşdür və 3
gün otaq şəraitində asetonla 3 dəfə ekstraksiya edilmiş, ekstraktiv məhlul kağız filtrdən süzülmüş və
qovulmuşdur. Alınan ekstraktiv maddələr cəmi 70 ml çatana qədər qatılaşdırıldıqdan sonra silikagel
(KSK) ilə doldurulmuş şüşə sütununa (h=120 sm, d=4 sm) keçirilmiş və xromotoqrafiya yolu ilə
bölünmə aparılmışdır.
Absorbsiya olunmuş maddələr əvvəlcə petroleyn efiri ilə, sonra petroleyn efiri + xloroform,
xloroform+spirtlə elyuasiya edilmişdir. Yığılan fraksiyaların cəmi 100 ml. İQ-spektrlər UR-20
spektrometrində vazelin yağında çəkilmiş ərimə temperaturu Kofler blokunda müəyyən edilmişdir.
Alınan maddələrin fərdliliyi müxtəlif həlledicilərdə (petroleyn efiri, xloroform, etilasetat,spirt və s.)
həll edilməklə ―Silufol‖ lövhəciklər üzərində yoxlanılmışdır.
Osetin güləvər bitkisinin yerüstü hissəsindən fərdi şəkildə 4 kristallik maddə alınmış. və onların
fiziki-kimyəvi xassələri öyrənilmişdir. Petroleyn efiri ilə xloroformun (3:1) nisbətində olan qarışığı ilə
elyuasiya etdikdə 22-28 fraksiyalarda ağ kristallik maddə əldə olundu. Maddənin İQ spektrində OH
qrupu(3300-3430 sm
-1
),metil radikalı (1380sm
-1
) və başqa funksional qruplar müşahidə olunur.
Maddə diqitonin ilə çöküntü verir, Liberman-Burxard və Salkovski reaksiyasında iştirak edir, bu da
maddənin steroid birləşmələrinə aid olduğunu göstərir. Aldığımız maddənin İQ-spektri β - sitosterinin
IQ spektri ilə eynidir. Maddənin element tərkibi C
29
H
50
O, ərimə temperaturu 136-137
0
.
Petroleyn efiri ilə xloroformun (2:1) nisbətində olan qarışığı iləelyuasiya etdikdə 34-39 fraksiyalarda
2 maddə qarışığı aşkar olundu. Fraksiyalar birləşdirilib 10 ml həcmə qədər qovuldu və alüminium
oksidi ilə doldurulmuş (h-35 sm, d- 1,5 sm) şüşə sütununda heksan+etilasetat (1:3) qarışığı ilə
rexromatoqrafiya edildi. 8-11 fraksiyalarda (fraksiyaların həcmi 10 ml) bir maddə aşkar oldu.
Maddənin İQ spektrində. OH qrupu (3370 sm
-1
), CO- γ lakton tsikli (1765 sm
-1
), CO- α, b- doymamış
mürəkkəb efir qrupu (1710 sm
-1
), ikiqat rabitələrə (1665, 1630 sm
-1
) aid zolaqlar müşahidə edilir.
Maddənin İQ-spektri knitsinin İQ-spektri ilə üst-üstə düşür. Maddənin element tərkibi C
20
H
26
O
7,
ərimə
temperaturu 143
0
.
Petroleyn efiri + xloroform (1:2) nisbətində olan qarışığı ilə elyuasiya zamanı 48-56 fraksiyalarda
yeni bir maddə aşkar olundu. Fraksiyalar birləşdirildi və 50 ml-ə qədər qovuldu və soyuducuda
kristallaşdırıldı. Fərdliliyi yoxlanıldıqdan sonra İQ spektri çəkildi. İQ spektrində OH qrupu(3480sm
-
1
),epoksiqrupu (3065, 1280, 1227, 1146 sm
-1
), CO- α metilenγ-lakton qrupu ( 1770, 1760 sm
-1
), CO-
mürəkkəbefir qrupu (1745 sm
-1
), ikiqat rabitələrə (1640 sm
-1
) rast gəlinir. Maddənin İQ spektri repinin
İQ spektri ilə eynidir.
Repinin element tərkibi C
19
H
22
O
7
, ərimə temperaturu 154-156
0
.
Xloroform + spirt (98:2) qarışığı ilə elyuasiya zamanı 64-71 fraksiyalarda yeni bir maddə aşkar
edildi. Fraksiyaları birləşdirib, 50 ml-ə çatana qədər qovub, soyuducuda saxladıqda maddə kristallaşdı.
Maddənin İQ spektrində CO-β laktona (1713, 1688 sm
-1
) aid zolaqlar müşahidə olundu. Bunlar
maddənin oksikumarin birləşmələrinə aid olduğunu göstərir. Alınan maddənin və umbelliferonun (7-
oksikumarin) İQ spektri eynidir. Maddə ultrabənövşəyi işıqda əlvan mavi işıq saçır. Umbelliferonun
element tərkibi C
9
H
6
O
3
, ərimə temperaturu 233-234
0
.
Umbelliferon verticillium dahliae göbələyin sintezini zəiflədir [17].Umbelliferon-α qlükozid nəzərə
çarpan dərəcədə antiaritmik aktivliyə malikdir [1]. Repin nəzərə çarpan dərəcədə antiprotozoy
aktivliyə malikdir [13].
Dostları ilə paylaş: