Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə278/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   274   275   276   277   278   279   280   281   ...   339
 
MATERĠAL VƏ METODLAR 
Tədqiqatlarda  yerli  seleksiyanın  yüksək  məhsuldarlığa  və  abiotik  amillərə  qarşı  fərqli 
davamlılıq nümayiş etdirən T. durum Desf. (Bərəkətli-95, Qaraqılçıq-2) və T. aestivum L. (Əzəmətli-
95,  Qiymətli-2/17)  genotiplərindən  istifadə  olunmuşdur.  Toxumlar  yuyularaq  45  dəq  müddətində 
distillə  suyunda  isladılmış,  sonra  isə  3%-li  hidrogen  peroksid  məhluluna  köçürülərək  15  dəq 
müddətində  saxlanılmış  və  sonda  distillə  suyu  ilə  yuyularaq  cücərmə  qablarında  yerləşdirilmişdir. 
İnkişafın 3-cü gününün sonunda cücərtilər su mühitindən NaCl duzunun müxtəlif qatılıqlı (0; 50; 100 
və  200  mM)  məhlullarına  köçürülərək  laboratoriya  şəraitində  hazırlanmış  qurğuda,  3000  Lk 
işıqlanmada  (lüminessent  və  közərmə  lampalarından  istifadə  edilməklə,  12  saatlıq  növbəli 
işıq/qaranlıq  rejimində  əlavə  olaraq  7  gün  (cəmi  10  gün)  becərdilmişdir.  Becərmə  mühiti  bitkilərin 
inkişafı dövründə hava ilə üfürülmüşdür. 
Bitkilərin  yarpaqlarında  fotosintetik  elektron  daşınmasına  xas  olan  fotokimyəvi  fəallıq  Mini-
Pam  (WALZ,  Almaniya)  flüorometri  vasitəsi  ilə  qiymətləndirilmişdir.  Bu  flüorometr  xlorofilin 
başlanğıc (Fi) və maksimal (Fm) flüoressensiyasını, eləcə də FS II-nin fotokimyəvi fəallığı xarakterizə 
edən nisbi flüoressensiya çıxımı – (Fm-Fi)/Fm parametrini təyin etməyə imkan verir.  
NaCl  duzunun  hər  bir  qatılığına  uyğun  ölçülər  eyni  şəraitdə  cücərdilmiş  bitkilər  üzərində  6 
təkrarda aparılmış və orta qiymət hesablanaraq nəticələrin qrafiki təsvirində istifadə edilmişdir. 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin